Məhkəmə qərarları › İş №2-1(116)-1529/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1529/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1529/2021 14.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı "mülkiyyətində olan ünvan 3 36 ünvanından üçüncü şəxslər X8 və X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki Rayon ZDS İcraiyyə Komitəsinin 17.07.1959-cu il tarixli 10 nömrəli iclas protokolundan çıxarışa əsasən, X9 şəhərin Şərbablar küçəsi 108 nömrəli kvartalından ev tikmək üçün 300 kv.m torpaq sahəsinin verilməsi qərara alınmışdır. ünvan 3 36-da yerləşən ev mülkiyyət hüququ əsasında 17.07.1959-cu ildə X6 adına qeydə alınmış və ona bu barədə 6066/467 nömrəli "Qeydiyyat vəsiqəsi" verilmişdir. X12 06.06.2007-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi" ilə ünvan 3 36 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini və torpaq sahəsində yerləşən 50,6 kv.m ümumi, 41,4 kv.m yaşayış və 9,2 kv.m köməkçi sahəsinə malik fərdi yaşayış evini X5 bağışlamışdır. X3 ünvan 3 36 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ 06.02.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X1 şəhəri Şərbablar küçəsi ev 36 ünvanında yerləşən həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini 15.07.2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,03 ha, faktiki sahə 0,0349 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1960-cı il qeyd olunmuşdur. İddiaçı ünvan 3 36 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ 06.08.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, X6 mülkiyyətinə verilən 300 kv.m torpaq sahəsində onun qardaşı X13 ev inşa etdirmiş və Şəki Rayon Məhkəməsinin 27.07.2007ci il tarixli qətnaməsi ilə həmin 1 otaqlı fərdi yaşayış evinə onun mülkiyyət hüququ tanınmışdır. Şəki Rayon Məhkəməsinin 27.07.2007-ci il tarixli qətnaməsi əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X7 adına ünvan 3 36A ünvanında yerləşən evlə bağlı Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,0150 ha, faktiki sahə 0,026 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1965ci il qeyd olunmuşdur. X7 ünvan 3 36A ünvanında yerləşən 0,015 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ 20.08.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı özünə məxsus ünvan 3 36-da yerləşən mənzildən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, sözügedən mənzil hazırda onun mülkiyyətindədir və X8 və X4 həmin ünvanda qeydiyyatda qalmaları üçün əsas yoxdur. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər gəlmədiyinə, cavabdeh isə 03.12.2021-ci il tarixli məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını bildirdiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 06.06.2007-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi"ndən görünür ki, X12 06.06.2007-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi" ilə ünvan 3 36 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini və torpaq sahəsində yerləşən 50,6 kv.m ümumi, 41,4 kv.m yaşayış və 9,2 kv.m köməkçi sahəsinə malik fərdi yaşayış evini X5 bağışlamışdır. - İşdə olan, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, X3 0,03 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ 06.02.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, 15.07.2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X10 həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, İddiaçı həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ 06.08.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 22.09.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X8 və X4 ünvan 3 36 ünvanında qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etdi. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İddiaçı üçüncü şəxslərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmalarını, onların həmin evdə yaşamaması, qeydiyyatın formal olması ilə əsaslandırmışdır. Şəxsin qeydiyyatdan çıxarılmasının əsasları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsində təsbit edilmişdir. Hazırkı vəziyyətdə həmin halların hər hansı biri mövcud olmasa belə, qeydiyyatda olan şəxslərin qeydiyyatda olduqları mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadıqları təqdirdə onların başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Bu hüquqi mövqe 2-1(102)-3075/2019 nömrəli başqa bir oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2019-cu il tarixli qərarında ifadə edilmişdir. Məhkəmə qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslər X14 və X11 ilə bağlı qeyd edir ki, həmin şəxslər iddiaçıya məxsus olan evdə deyil, X7 1965-ci ildə 300 kv.m torpaq sahəsində tikdirdiyi ünvan 3 36A ünvanında yerləşən evdə yaşayırlar. Üçüncü şəxslərin yaşadığı evlə bağlı verilmiş texniki pasportda evin ünvanı ünvan 1tda evin ünvanı ünvan 3 36 göstərilmişdir. Göründüyü kimi, üçüncü şəxslər X8 və X4 qeydiyyatda olduqları ünvan ünvan 3 36 olsa da, onlar hazırda ünvan 3 36A ünvanında yaşayırlar. Lakin üçüncü şəxslərin qeydiyyatda olduqları ev iddiaçıya məxsusdur, bu səbəbdən o, həmin şəxslərin göstərilən ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 3 36 ünvanından üçüncü şəxslər X8 və X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar