Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-153/2020 18.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X2 müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı Beyləqan rayonun Kəbirli kəndində xx.xx.1955-ci ildə anadan olmuşdur. 1971-ci ildən Mingəçevir şəhərində yaşayır. Belə ki, əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Samux” fərdi kiçik müəssisəsində və xx.xx.1996- ci il tarixdən, xx.xx.1999-cu il tarixədək X2 müəssisəsində işləmişdir. Bu barədə onun adına əmək kitabçasında qeydlər aparılmışdır. Hazırda yaşı ilə əlaqədar əmək pensiyasına çıxmaq istəyir. Buna görə DSMF-nin Mingəçevir şəhər şöbəsinə müraciət etmişdir. Lakin tələbi təmin edilməmişdir. Belə ki, əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X2 müəssisəsində işləmişdir. Bunu əmək kitabçası və şahidlərdə təsdiq edə bilər. DSMF-nin Mingəçevir və Yevlax şəhər şöbəsinə xx.xx.2016-ci il tarixdə NY46/1467 nömrəli məktubda X2 müəssisəsinin 1999-cu ili birinci rübündən sonra işləmədiyi halda məktubla müraciət etmişdir. Həmin məktubda işə əlavə olunmuşdur. Ona görədə əmək kitabçasında qeyd edilən xx.xx.1992- ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996- ci il tarixdən, xx.xx.1999-cu il tarixədək X2 müəssisəsində işlədiyi illərin DSMF-nin Mingəçevir şəhər şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkməsinə müraciət etməli olmuşdur. Cavabdehin etirazının dəlilləri: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin fəaliyyət müddətləri sığorta stajlarına daxil edilir. İddiaçı iddia ərizəsində qeyd etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsinin, xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək Mingəçevir “Samux” fərdi kiçik müəssisəsinin və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “X2” müəssisəsinin həmin dövrlərdə fəaliyyəti barədə Fonda hesabat təqdim etməmiş, məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi illəri sosial sığorta stajı kimi hesablanması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Beyləqan rayonu Kəbirli kəndində doğulmuşdur. İş materiallarında olan xx.xx.1975-ci il tarixli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Samux” fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X2 müəssisəsində işləməsinə dair qeydlər aparılmışdır. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubundan görünür ki, əmək kitabçasında qeyd edilən xx.xx.1992-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsinin, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir “Samux" fərdi kiçik müəssisəsinin və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “X2” müəssisəsinin həmin dövrlərdə fəaliyyəti olmadığı üçün, eyni zamanda “X2” müəssisəsinin sənədlərinin saxlandığı yerin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2019-cu il tarixli 32/11 nömrəli məktubundan görünür ki, X3 Müəssisəsinin 1996-cı illərə dair əmək haqqı sənədləri izlənmiş, İddiaçı həmin müəssisədə əmək haqqı alması barədə heç bir məlumat tapılmamışdır. İş materiallarında olan Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2019-cu il tarixli T- 04 nömrəli məktubundan görünür ki, Mingəçevir “Zəhmət” kiçik, “Samux” fərdi kiçik və Nəqliyyat Ekspedisiya müəssisələrinin arxiv sənədləri filiala mühafizə edilmək üçün təhvil verilməmişdir. İş materiallarında olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********030700 nömrəli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən “X2” adlı müəssisə vergi orqanında uçotda deyil. İş materiallarında olan Mingəçevir ŞİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubundan görünür ki, “Azəravtonəqliyyat” Dövlət Konserni “Aznəqlmagistral” Respublika İstehsalat Birliyi, X2 müəssisəsinin ünvanı dəqiq göstərilmədiyi üçün, məktubun ünvan sahibinə çatdırılması mümkün olmamışdır. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, X2 Müəssisəsi Əmək və X4 Nazirliyi yanında Cavabdehndə 1997-ci il tarixədək qeydiyyatda olmuşdur. Qeydiyyatda olduğu müddət ərzində fəaliyyəti, məcburi sosial sığorta haqqları və ödənişlər barədə hesabat, haqqhesab cədvəli təqdim etməmişdir. İş materiallarında olan Mingəçevir ŞİH başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2020-ci il tarixli 83 nömrəli məktubu ilə bildirmişdir ki, X2 Müəssisəsinə ünvanladığınız xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların həmin ünvan sahibinə çatdırılması mümkün olmamışdır. Çünki hal-hazırda şəhərimizdə o adda müəssisə mövcud deyil və fəaliyyət ünvanı ilə bağlı heç bir məlumatımız yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı xx.xx.2020-ci il tarixli telegram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın xx.xx.2019-ci il tarixli məktubundan göründüyü kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən stajı 23 il 4 ay təşkil edir. İddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X2 müəssisəsindəişlədiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan müəssisələrə dair heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Həmçinin cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan “X1” adlı müəssisənin 1997-ci il tarixdən sonra qeydiyyatda olmadığı və hesabat vermədiyi müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək Mingəçevir “Zəhmət” kiçik müəssisəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Mingəçevir Samux fərdi kiçik müəssisəsində və xx.xx.1996-cı il tarixdən, xx.xx.1999-cu il tarixədək X2 müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-153/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-153/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver