Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-153/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçıların vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1, X5,İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-328H KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-328H KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 aprel 2002ci il tarixli, 03 saylı qərarı ilə Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi, kollektiv bağlar və fərdi yaşayış evi iddiaçının mərhum atası X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı JN 328H KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması ilə bağlı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Ərazi İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdi ki, JN-328 H saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin arxiv arxiv nüsxəsi kitab qeydiyyatı olsa da JN-328H saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. Eyni zamanda Ərazi İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olmuşdur ki. JN- 328H saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında 141F nömrə ilə qeyd olunmuşdur Bu səbəbdən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-328H saylı şəhadətnamə ilə X3 və ailə üzvlərinin ümum birgə mülkiyyətində olan , Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.09 ha həyətyanı verilmiş torpaq sahəsinə Çıxarış və planı və ölçüsü sənədinin verilməsi ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Qeyd olnun səbəblərə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2022-cİ il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN 328H KOD 40608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X2 Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 03 saylı qərarı ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. JN 141F KOD 40608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X2 Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki Qəbələ rayonu Zarağan kəndi üzrə həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısında X1 adı aşkar olunmamışdır
5. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 03 saylı qərarının surəti.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-42/2-6533/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı mümkün hesab edilən hissədə əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iddia tələbinə əsasən iddiaçıların hüquqi marağı X2 və onun ailə üzvlərinə JN 328H KOD 40608018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsası JN-328H saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmaması,eyni zamanda mövcud olan elektron kadastr məlumat bazasında 141F nömrə ilə qeyd olunması ilə bağlıdır. İşin hallarından görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002ci il tarixli 03 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi X3 və Şəhadətnamədə adları qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi iddiaçılarıın faktiki istifadəsindədir. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ İdarəsinin mütəxəssis rəyindən görünür ki, JN-328 KOD 40608018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi barədə Qəbələ rayon Zarağan kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat olmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyildir. İddiaçılardan İddiaçı1 tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0.0931 ha torpaq sahəsi Qəbələ rayon Zarağan kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) əsasən JN-141F nömrəli şəhadətnamə ilə üst-üstdə düşür. Məhkəmə araşdırması zamanı arxiv nüsxəsi əldə edilmiş JN-141F nömrəli şəhadətnamədə hər hansı mülkiyyətçinin adı qeyd edilməmiş,qeydə alınmış hüquq hissəsi boş saxlanılmışdır. Göründüyü kimi JN-141F KOD 40608018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə özlüyündə etibarlı hüquqmüəyyənedici sənəd deyildir.Belə ki, “İnzibati icraat haqqında” Qanununun 65.1.6-cı maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt etibrasız inzibati aktdır. Həmin Qanununun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 0,09 ha torpaq sahəsi üzərində X3, İddiaçı1, X5,İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-328H KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş, Qəbələ rayon Zarağan kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi üzərində X3, İddiaçı1, X5,İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə