Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1536/2024 17.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “övladları X8 14 sentyabr 2023-cü il tarixdən, X9 və X10 isə 23 noyabr 2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “övladları – X8 14 sentyabr 2023-cü il tarixdən, X9 və X10 isə 23 noyabr 2023-cü il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının dörd övladından üçünün uşaqlıqdan sağlamlıq imkanları məhduddur. Böyük övladı, 27 mart 2016 təvəllüdlü X11 və əkiz övladları - 01 iyun 2022 təvəllüdlü X12 və X13 eyni xəstəlikdən əziyyət çəkirlər. Hər üçünə “İki tərəfli əyripəncəlik” diaqnozu qoyulub. Böyük övladı X14 Uşaq Xəstəxanasında, Bakı şəhəri ETTOİ-də və X7 müalicələr alıb, lakin müalicələr nəticəsində qızının xəstəliyinin irsi olduğu təsdiqləndiyi üçün sonuncu dəfə 11 sentyabr 2020-ci ildə keçirilmiş təkrar müayinə zamanı həmin vaxt qüvvədə olan “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması Meyarları”nın 3.1-ci bəndinə əsasən, qızına “uşaq doğulandan anadangəlmə qüsur - “İki tərəfli əyripəncəlik’lə doğulub, hər iki aşağı ətrafda hipotrafiya qalıqları adduksio, solda daha dərin adduksio və ekvinus” diaqnozu qoyulub. Diqnoz əsasında qızının 3 il müddətinə sağlamlıq imkanları məhdudluğu müəyyən edilib. Növbəti müayinə tarixi 11 sentyabr 2023-cü il müəyyən olunub və ona “Əsas diaqnoz: Q66.0 Ekvino-varus əyripəncəliyi, sol tərəfli anadangəlmə əyripəncəlik, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma: R26.8 Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları. Hərəkət və yerişin pozulmaları. Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Əzələlərin atrofiyası, funksiya pozğunluğu. Ağırlaşma: M21. Ətrafların digər qazanılma deformasiyaları. Sol aşağı ətrafın 2 sm qısalığı. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sol aşıq baldır oynağının kontrakturası” diaqnozu qoyulub. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə E00126382UPH nömrəli göndəriş verilib. Lakin bu dəfə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyin edilməsindən imtina edilib. Cavabdehin 14 sentyabr 2023-cü il tarixli imtina cavabında imtinanın əsası kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilib. Əkiz övladları - 01 iyun 2022 təvəllüdlü X12 və X13 da eyni diaqnozdan əziyyət çəkirlər. Müalicə və müayinələrdən sonra qoyulmuş diaqnoz əsasında əlilliyin qiymətləndirilməsi məqsədilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən tibbisosial ekspertiza müayinəsinə 19 oktyabr 2022 tarixində övladı Eltac Süleymanlı barəsində B00035942EVİ nömrəli göndəriş verilib. Lakin cavabdeh “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub” səbəbilə imtina cavabı verib. Cavabda həkim rəyi olaraq bildirilib ki, “ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmaları təsdiq edən instrumental və laborator müayinələr tam aparılmamışdır. Əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir”. İmtina cavabından sonra övladı yenidən müalicə olunub və xəstəxana tərəfindən 08 dekabr 2022 tarixində tibbisosial ekspertiza müayinəsinə U00054455FTP nömrəli göndəriş verilib. Lakin bu dəfə də imtina cavabı verilib. İmtinaya səbəb yenə də dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması olub. Bu dəfə cavabda, həkim rəyi olaraq bildirilib ki, “diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr yetərli deyil, sümük/s rentgenoqrafiyası ətraflı qeyd edilməlidir”. Bu imtina cavabından da sonra övladı yenidən müalicə olunub və xəstəxana tərəfindən 13 yanvar 2023 tarixində tibbi-sosial ekspertiza müayinəsinə M00064791CJQ nömrəli göndəriş verilib, bu dəfə də imtina cavabı verilib. İmtinaya səbəb yenə də dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması olub, cavabda həkim rəyi olaraq qeyd edilib ki, “diaqnostik müayinələr diaqnozun ağırlıq dərəcəsini təsdiq etmir, ixtisaslı müayinə tələb olunur”. Bundan sonra yenidən xəstəxana tərəfindən 28 mart 2023 tarixində tibbi-sosial ekspertiza müayinəsinə Q00107002HTT nömrəli göndəriş verilib. Lakin cavabdeh bu dəfə də eyni əsasla - dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin yanlış və ya natamam doldurulması səbəbilə imtina cavabı verib. Cavabda həkim rəyi olaraq bildirilib ki, “əlillik təyininə əsas verən xəstəliyin XBT (X1) kodu amillərə uyğun seçilməyib”. Övladı növbəti dəfə müayinə olunub, ona “Əsas diaqnoz: Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadangəlmə iki tərəfli ağır dərəcəli ekvinovarus əyripəncə/ik. Ağırlaşma: M21. Ətrafların digər qazanılma deformasiyaları. Əzələlərin atrofiyası” diaqnozu qoyulub. Cavabdeh tərəfindən bu dəfə də 23 noyabr 2023cü ildə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyin edilməsindən imtina cavabı verilib. Xəstəxana tərəfindən digər övladı Elton Süleymanlı barəsində də, 19 oktyabr 2022 tarixində əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə 100036009JPY nömrəli göndəriş göndərilib, lakin cavabdeh dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbilə imtina cavabı verib. Cavabda həkim rəyi olaraq bildirilib ki, “ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmaları təsdiq edən instrumental və laborator müayinələr tam aparılmayıb. Əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün xəstəyə ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinədən keçməsi məsləhətdir”. İmtina cavabından sonra övladı yenidən müayinə olunub və xəstəxana tərəfindən 13 yanvar 2023 tarixində əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə S00064758HDR nömrəli göndəriş verilib, cavabdeh yenə də imtina cavabı verib. İmtinaya səbəb yenə də dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması olub. Bu dəfə cavabda həkim rəyi olaraq “rentgenoqrafiya müayinəsinin nəticəsi səthi qeyd edilib” göstərilib. Bu imtina cavabından da sonra övladı yenidən müayinə olunub və xəstəxana tərəfindən 14 mart 2023 tarixində əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə K00084772TTY nömrəli göndəriş verilib. Bu dəfə də imtina cavabı verilib. İmtinaya səbəb yenə də dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması olub, cavabda həkim rəyi olaraq “instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” qeyd edilib. Bu imtina cavabından da sonra övladı yenidən müayinə olunub, xəstəxana tərəfindən 06 iyun 2023 tarixində J00106870LVR nömrəli göndəriş verilib. Cavabdeh bu dəfə də imtina cavabı verib. Bu dəfə isə imtinaya səbəb olaraq əlavə müalicəyə ehtiyacın olması göstərilib, ətraflı səbəb kimi müalicə potensialının tükənmədiyi, müayinə və müalicənin davam etdirilməli olduğu qeyd edilib. Sonuncu müayinə zamanı oğlu Elton Süleymanlıya “Əsas diaqnoz: Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadangəlmə iki tərəfli ağır dərəcəli ekvinovarus əyripəncəlik. Orta ağır dərəcə” diaqnozu qoyulub. Cavabdeh tərəfindən bu dəfə də 23 noyabr 2023-cü ildə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyin edilməsindən imtina cavabı verilib. Xəstəxana və cavabdehin süründürməçiliyinə görə övladlarına verilən imtina cavablarını əsassız hesab etdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 (TƏBİB), İnsan hüquqları üzrə müəvəkkilinə (Ombudsman) yazılı müraciətlər ünvanlamış, müraciətləri baxılması üçün bir qurum tərəfindən başqa quruma göndərilib. Dövlət tibb müəssisəsi tərəfindən dəfələrlə övladları müayinə olunub və göndərişlər rəsmiləşdirilərək əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə verilib. Cavabdeh hər dəfə əlilliyin təyin edilməsindən imtina edərək eyni, şablon cavablar vermişdir. Hər üç övladı anadan olandan sağlamlıq imkanları məhdud olduğu halda cavabdeh tərəfindən əlillik təyin edilməsindən imtina edilir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının qızı X4 əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ekvıno-varus əyrıpəncəliyi Sol tərəfli anadangəlmə əyripəncəlik. Cərrahi əməliyyatdan sonrakı vəziyyət.(xx.xx.2021 ETTOİ)Oynaqların kontrakturası. Sol aşıq baldır oynağının kontrakturası . Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir..." səbəbi ilə imtina verilmişdir. İddiaçının oğlu X5 əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Q68 8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük- əzələ deformasiyaları, Anadangəlmə iki tərəfli ağır dərəcəli ekvinovarus əyripəncəlik orta ağır dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir../' səbəbi ilə imtina verilmişdir. İddiaçının oğlu X6 əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ağırlaşma M21 Ətrafların digər qazınılma deformasiyaları, Əzələlərin atrofiyası, Əsas diaqnoz Q68 8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları. Anadangəlmə iki tərəfli ağır dərəcəli ekvinovarus əyripəncəlik. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir..." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə. Laçın rayon sakini xx.xx.2022-ci il təvəllüdlü X5 (FİN:EKMUDD3) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan qəyyum məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum X3 (AZE ********) oğlu X5 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı X13 əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, E.Süleymanlınının əlillik vəziyyəti ilk dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının 100036009JPY nömrəli xx.xx.2022ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş (əsas diaqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük- əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofiyası ilə"), ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmalarını təstiq edən instrumental və laborator müayinələrin tam aparılmaması, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün ixtisaslaşmış tibb müəssisəsində xəstənin ətraflı müayinə olmaması səbəbi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının V00054443FCU nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən növbəti qiymətləndirilmə aparılmış, (əsas diaqnoz: Q68.8 ‘Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofiyası ilə" ağırlaşma M21 “Ətrafların digər qazanılma deformasiyaları, əzələlərin atrofiyası" kimi qeyd edilmiş) və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə, Şəki Rayon Mərkəzi Xəstəxanasının S00064758HDR nömrəli xx.xx.2023-cü il tarixli rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi-Sosial Ekspert komissiyası tərəfindən yenidən qiymətləndirilmiş (əsas diqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi. əzələlərin atrofiyası ilə", ağırlaşma M21 “Ətrafların digər qazanılma deformasiyaları, əzələlərin atrofiyası" kimi qeyd edilmiş) rentgenoqrafiya müayinəsinin nəticəsi səthi qeyd edilmişdir (göndərişdə çəkilmiş rentgen nəticəsi: hər iki pəncənin “pes equvina varus" deformasiyası izlənilir) səbəbi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş növbəti xx.xx.2023-cü il tarixli K00084772TTY nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş, (əsas diaqnoz: Q68 8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofiyası ilə", ağırlaşma M21 “Ətrafların digər qazanılma deformasiyaları, əzələlərin atrofiyası" kimi qeyd edilmiş) və instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq aşkarlandığından (göndərişdə çəkilmiş rentgen nəticəsi: hər iki pəncənin “pes equvina varus" deformasiyası izlənilir) tibb müəssisəsinə geri qaytarılmışdır. Sonradan, Şəki Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş növbəti J00106870LVR nömrəli xx.xx.2023-cü il tarixli göndərişinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş (əsas diaqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofiyası ilə”, ağırlaşma M21 “Ətrafların digər qazanılma deformasiyaları, əzələlərin atrofiyası” kimi qeyd edilmiş), əlavə müalicəyə ehtiyacın olması (səbəb: müalicə potensialı tükənməmiş, müayinə və müailicəni davam etdirməli) səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. xx.xx.2023-cü il tarixində vətəndaşın qəyyumu iştirakı ilə məhkəmə qərardadı əsasında DTSERA-da əyani müayinə keçirilmiş, müayinə zamanı şikayətləri əyripəncəlik olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq və ağrısız olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim travmatoloq müayinəsinin nəticəsinə əsasən, funksiya pozğunluğu, əzələlərdə atrofiya izlənilməmiş, oynaqlarda hərəkət tam həcmdə olmuş, ikitərəfli əyripəncəlik qeyd edilmişdir. Təqdim etdiyi sənədlər arasında, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “İkitərəfli anadangəlmə əyripəncəlik, əzələlərin atrofiyası, funksiya pozğunluğu" şəklində göstərilmiş və həkim rəyinə əsasən xəstənin 15 (on beş) günlüyündən ikitərəfli anadangəlmə əyripəncəliyə görə gips sarğısı ilə konservativ müalicə aldığı məlum olmuşdur. Göndərişlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları" nın qüvvədə olduğu dövrdə rəsmiləşdirilmiş, göndərişlərdəki XBT kodlarından Q68.8 və Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışına əsasən XBT kodları Q66.0, M62.5, R26.8 əlillik təyinatı üçün nəzərdə tutulmamış, vətəndaşda əlillik təyinatı aparılması üçün nəzərdə tutulan heç bir ağırlaşma (M21) aşkarlanmamışdır. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Həmçinin, Laçın rayon sakini xx.xx.2022-ci il təvəllüdlü X6 (FİN:GYSYZPP) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan qəyyum məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum X3 (AZE ********) oğlu X6 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı X13 əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olunmuşdur ki, E.Süleymanlınının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün ilkin müraciət Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli B00035942EVİ nömrəli göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş (əsas diaqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofıyası ilə"), ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmalarını təstiq edən instrumental və laborator müayinələrin tam aparılmaması, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün ixtisaslaşmış tibb müəssisəsində xəstənin ətraflı müayinə olmaması səbəbi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının U00054455FTP nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən növbəti qiymətləndirilmə aparılmış (əsas diaqnoz: Q68.8 "Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli "Ekvino varus” əyripəncəliyi, əzələlərin atrofiyası ilə"), diaqnoz və ağırlaşmaları təstiq edən müayinələr yetərli olmadığından, sümük sisteminin rentgenoqrafiyası ətraflı qeyd edilmədiyindən (göndərişdə çəkilmiş rentgen nəticəsi: hər iki pəncənin “pes equvina varus” deformasiyası izlənilir) tibb müəssisəsinə geri qaytarılmışdır. Şəki Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş növbəti xx.xx.2023-cü il tarixli K00084772TTY nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş, (əsas diaqnoz: Q68 8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofiyası ilə", ağırlaşma M21 “Ətrafların digər qazanılma deformasiyaları, əzələlərin atrofiyası" kimi qeyd edilmiş) və instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq aşkarlandığından (göndərişdə çəkilmiş rentgen nəticəsi: hər iki pəncənin “pes equvina varus" deformasiyası izlənilir) tibb müəssisəsinə geri qaytarılmışdır. Sonradan, Şəki Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş növbəti J00106870LVR nömrəli xx.xx.2023-cü il tarixli göndərişinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş (əsas diaqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofiyası ilə”, ağırlaşma M21 “Ətrafların digər qazanılma deformasiyaları, əzələlərin atrofiyası” kimi qeyd edilmiş), əlavə müalicəyə ehtiyacın olması (səbəb: müalicə potensialı tükənməmiş, müayinə və müailicəni davam etdirməli) səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. xx.xx.2023-cü il tarixində vətəndaşın qəyyumu iştirakı ilə məhkəmə qərardadı əsasında DTSERA-da əyani müayinə keçirilmiş, müayinə zamanı şikayətləri əyripəncəlik olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq və ağrısız olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim travmatoloq müayinəsinin nəticəsinə əsasən, funksiya pozğunluğu, əzələlərdə atrofiya izlənilməmiş, oynaqlarda hərəkət tam həcmdə olmuş, ikitərəfli əyripəncəlik qeyd edilmişdir. Təqdim etdiyi sənədlər arasında, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “İkitərəfli anadangəlmə əyripəncəlik, əzələlərin atrofiyası, funksiya pozğunluğu" şəklində göstərilmiş və həkim rəyinə əsasən xəstənin 15 (on beş) günlüyündən ikitərəfli anadangəlmə əyripəncəliyə görə gips sarğısı ilə konservativ müalicə aldığı məlum olmuşdur. Göndərişlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları" nın qüvvədə olduğu dövrdə rəsmiləşdirilmiş, göndərişlərdəki XBT kodlarından Q68.8 və Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışına əsasən XBT kodları Q66.0, M62.5, R26.8 əlillik təyinatı üçün nəzərdə tutulmamış, vətəndaşda əlillik təyinatı aparılması üçün nəzərdə tutulan heç bir ağırlaşma (M21) aşkarlanmamışdır. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Həmçinin, Laçın rayon sakini xx.xx.2022-ci il təvəllüdlü X6 (FİN:GYSYZPP) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan qəyyum məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum X3 (AZE ********) oğlu X6 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı X13 əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olunmuşdur ki, E.Süleymanlınının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün ilkin müraciət Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli B00035942EVİ nömrəli göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş (əsas diaqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofıyası ilə"), ekspertiza üçün əhəmiyyətli olan əsas diaqnoz və ağırlaşmalarını təstiq edən instrumental və laborator müayinələrin tam aparılmaması, əsas diaqnoz və ağırlaşmaları dəqiqləşdirmək üçün ixtisaslaşmış tibb müəssisəsində xəstənin ətraflı müayinə olmaması səbəbi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının U00054455FTP nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən növbəti qiymətləndirilmə aparılmış (əsas diaqnoz: Q68.8 "Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli "Ekvino varus” əyripəncəliyi, əzələlərin atrofiyası ilə"), diaqnoz və ağırlaşmaları təstiq edən müayinələr yetərli olmadığından, sümük sisteminin rentgenoqrafıyası ətraflı qeyd edilmədiyindən (göndərişdə çəkilmiş rentgen nəticəsi: hər iki pəncənin “pes equvina varus” deformasiyası izlənilir) tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə, Şəki Rayon Mərkəzi Xəstəxanasının M00064791CJQ nömrəli xx.xx.2023-cü il tarixli rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi-Sosial Ekspert komissiyası tərəfindən yenidən qiymətləndirilmiş (əsas diqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli "Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofıyası ilə"), diaqnostik müayinələr diaqnozun ağırlıq dərəcəsini təstiq etməməsi və ixtisaslaşmış tibb müəssisəsində müayinəyə ehtiyacının olması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş növbəti xx.xx.2023-cü il tarixli U00084887UFP nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş (əsas diaqnoz: Q68.8 "Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofıyası ilə"), əsas diaqnoz və ağırlaşmaların XBT koduna dair meyar tapılmadığından tibb müəssisəsinə geri qaytarılmışdır. Sonradan, Şəki Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş növbəti J00106870LVR nömrəli xx.xx.2023-cü il tarixli göndərişinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən qiymətləndirilmiş (əsas diaqnoz: Q68.8 “Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadagəlmə orta ağır dərəcəli ikitərəfli “Ekvino varus" əyripəncəliyi, əzələlərin atrofiyası ilə", ağırlaşma M21 “Ətrafların digər qazanılma deformasiyaları, əzələlərin atrofıyası" kimi qeyd edilmiş), göndərişin natamam doldurulması və “əlillik təyinatına əsas verən xəstəliyin XBT kodu amillərə uyğun seçilməmişdir" səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. xx.xx.2023-cü il tarixində vətəndaşın qəyyumu iştirakı ilə məhkəmə qərardadı əsasında DTSERA-da əyani müayinə keçirilmiş, müayinə zamanı şikayətləri əyripəncəlik olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq və ağrısız olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim travmatoloq müayinəsinin nəticəsinə əsasən, funksiya pozğunluğu, əzələlərdə atrofıya izlənilməmiş, oynaqlarda hərəkət tam həcmdə olmuş, ikitərəfli əyripəncəlik qeyd edilmişdir. Təqdim etdiyi sənədlər arasında, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “İkitərəfli anadangəlmə əyripəncəlik, əzələlərin atrofıyası, funksiya pozğunluğu” şəklində göstərilmiş və həkim rəyinə əsasən xəstənin 15 (on beş) günlüyündən ikitərəfli anadangəlmə əyripəncəliyə görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda gips sarğısı ilə konservativ müalicə aldığı məlum olmuşdur. Göndərişlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın qüvvədə olduğu dövrdə rəsmiləşdirilmiş, göndərişlərdəki XBT kodlarından Q68.8 və Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışına əsasən XBT kodları Q66.0, M62.5, R26.8 əlillik təyinatı üçün nəzərdə tutulmamış, vətəndaşda əlillik təyinatı aparılması üçün nəzərdə tutulan heç bir ağırlaşma (M21) aşkarlanmamışdır. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə sistemdən (xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli) çıxarışlar, Tibbi- Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: 7UPV1MY0004, 7UPV1MY0007, 7UPV1MY0008, 7UPV1MY0011, 7UPV1MY0014, 7UPV1MY0016), Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı, Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli imtina cavablarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı övladları X8 14 sentyabr 2023-cü il tarixdən, X9 və X10 isə 23 noyabr 2023-cü il tarixindən əlilliyin təyin edilməsinə nail olmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halı – 31- 60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Cavabdeh orqan X8 münasibətdə əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxmış və xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Gülay Süleymanlı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Q66.0 Ekvino-varus əyripəncəliyi, sol tərəfli anadangəlmə əyripəncəlik, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma: R26.8 Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları. Hərəkət və yerişin pozulmaları. Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Əzələlərin atrofiyası, funksiya pozğunluğu. Ağırlaşma: M21. Ətrafların digər qazanılma deformasiyaları. Sol aşağı ətrafın 2 sm qısalığı. Ağırlaşma: M24.5 Oynaqların kontrakturası. Sol aşıq baldır oynağının kontrakturası” olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Gülay Süleymanlı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ) xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Gülay Süleymanlıya qoyulmuş diaqnozlardan “Q66.0-Ekvino varus əyripəncəliyi, sol tərəfli anadangəlmə əyripəncəlik, cərrahi əməliyyatdan sonrakı vəziyyət” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”larına Əlavənin 13.4.45-ci bəndinin, “Ağırlaşma M24.5-Oynaqların kontrakturası, sol aşıq baldır oynağının kontrakturası” isə 13.4.40-cı bəndinin əhatə dairəsinə düşür. Məhkəmə istinad olunan “Meyar”lara Əlavənin 13.4.45 və 13.4.40-cı bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Gülay Süleymanlıya münasibətdə onun sağlamlığının daha ağır formada pozuntusunu ehtiva edən 13.4.40-cı bəndin (Hər iki aşıqbaldır oynağının ankilozu) tələblərinə uyğun qiymətləndirilmə aparılmalıdır. Belə ki, həmin bəndin tələbinə görə Gülay Süleymanlıya qoyulmuş diaqnoz orqanizmin funksiyalarının pozulmasının müddətsiz 50 faiz müəyyən edilməsi üçün əsasdır. Cavabdeh orqan X13 və X6 əlillik vəziyyətinə sonuncu dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxmış və xx.xx.2023-cü il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Elton Süleymanlı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Əsas diaqnoz: Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadangəlmə iki tərəfli ağır dərəcəli ekvinovarus əyripəncə/ik. orta ağır dərəcə. Ağırlaşma: M21. Ətrafların digər qazanılma deformasiyaları. Əzələlərin atrofiyası”, Eltac Süleymanlı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Əsas diaqnoz: Q68.8 Dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyaları, anadangəlmə iki tərəfli ağır dərəcəli ekvinovarus əyripəncə/ik. Ağırlaşma: M21. Ətrafların digər qazanılma deformasiyaları. Əzələlərin atrofiyası” olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Elton Süleymanlı və Eltac Süleymanlı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ) xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Elton Süleymanlıya və Eltac Süleymanlıya qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”larına Əlavənin 13.4.45-ci bəndinin əhatə dairəsinə düşür. Göründüyü kimi istinad olunan “Meyar”lara Əlavənin 13.4.45-ci bəndinin tələbinə görə (18 yaşınadək uşaqlarda pəncənin anadangəlmə qüsurlu vəziyyəti) Elton Süleymanlı və Eltac Süleymanlıya qoyulmuş diaqnozlar orqanizmin funksiyalarının pozulmasının 2 il müddətinə 40 faiz müəyyən edilməsi üçün əsasdır. İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddiaçının övladlarına OFPnın İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi üçün kifayət qədər əsaslar olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə X8 14 sentyabr 2023-cü il tarixdən OFP-nın müddətsiz 1-ci dərəcə məhdudlaşdırılması halının, X9 və X10 isə 23 noyabr 2023-cü il tarixdən 2 il müddətinə OFP-nın 1-ci dərəcə məhdudlaşdırılması halının müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1536/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1536/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver