Məhkəmə qərarları › İş №2-1(116)-1539/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1539/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1539/2024 07.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1, İddiaçı4 Hüseyn qızı, İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı “Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,0394 ha torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 nömrəli qərarının, Balakən bələdiyyəsinin 0,0394 ha torpaqla bağlı üçüncü şəxs arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin və 0,0394 ha torpaq sahəsi ilə bağlı 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən üçüncü şəxsin adına verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” barədə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4 Hüseyn qızı, İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,0394 ha torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 nömrəli qərarının, Balakən bələdiyyəsinin 0,0394 ha torpaqla bağlı üçüncü şəxs arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin və 0,0394 ha torpaq sahəsi ilə bağlı 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən üçüncü şəxsin adına verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddiaçı məhkəmənin hüquqi yardımına münasibət bildirməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Hazırkı iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddiaçının ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddianın geri götürülmüş sayılması barədə” təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4 Hüseyn qızı, İddiaçı2 və İddiaçı3 cavabdehlər Balakən bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı “Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 0,0394 ha torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında Balakən bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 03 nömrəli qərarının, Balakən bələdiyyəsinin 0,0394 ha torpaqla bağlı üçüncü şəxs arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin və 0,0394 ha torpaq sahəsi ilə bağlı 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən üçüncü şəxsin adına verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar