Məhkəmə qərarları › İş №2-1(116)-154/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-154/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-154/2021 15.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana sənədlərini təqdim edərək müraciət etmiş, iddiaçının pensiya təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı olmadığı üçün müraciəti təmin edilməmişdir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd edilir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və 28800 pensiya kapitalı olmaması, təqdim olunmuş əmək kitabçası, diplomun surətlərinə və əmək haqqı arayışına əsasən cəmi xx.xx.2006-cı il tarixədək 24 il 8 gün (əmək haqqı arayışına görə xx.xx.1998-ci il tarixədək nəzərə alınmaqla), 2019-cu ilin l-İV aylarında 4 ay sosial sığorta stajı və cəmi 17792.93 manat pensiya kapitalı müəyyənləşdirildiyi səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu müəyyən edilmişdir. İş materialından da göründüyü kimi iddiaçının 2 əmək kitabçası mövcuddur, iddiaçının Şəki şəhər filialına təqdim etdiyi əmək kitabçalarındakı qeydlərdə uyğunsuzluq aşkar edilmişdir. Əmək kitabçalarının qeydiyyat nömrələri olmadığı üçün bundan sonra №1 (ƏMƏK китабчасы) və №2 (Tрудовая книжка) deyə fərqləndiriləcək. Belə ki, şəxsin hər iki əmək kitabçasının xx xxxxxx 1974-cü ildə doldurulduğu kitabçaların üzərində qeyd edilmişdir. Bundan əlavə, şəxsin №1 əmək kitabçasının 26-cı səhifəsinin 11-ci qeydində xx.xx.1986-cı ildə köçürülmə yolu ilə işlədiyi idarənin digər kontoruna keçirildiyi göstərildiyi halda 28-ci səhifəsində olan 12-ci qeyddə isə başqa müəssisə ilə əmək müqaviləsi bağladığı göstərilmişdir. Həmçinin №1 əmək kitabçasındakı xx.xx.1986-cı il qeydi kiril qrafikalı Azərbaycan əlifbası ilə yazıldığı halda həmin əmək kitabçasının ardı kimi verilən №2 əmək kitabçasındakı xx.xx.1986-cı ildə başqa vəzifəyə köçürülmə qeydi isə rus əlifbası ilə yazılmış əlavə olaraqdan, yeni vəzifəyə köçürülmə ilə bağlı verilən əmrlərin nömrələri üst-üstə düşməmişdir. Bu da əmək kitabçalarının fərqli vaxtlarda fərqli şəxslər tərəfindən doldurulduğu qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1960-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir (iddiaçının əmək kitabçasının birinci səhifəsində əmək kitabçasını verən məsul şəxsin imzası yoxdur). Əmək kitabçası itdikdə və ya yarasız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.2-ci bəndinə əsasən əmək kitabçası,yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikat verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə(sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda,əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Yuxarıda şərh olunanlara əsasən şəxsin əmək kitabçaları mübahisələndirilir. Şəxs iddia ərizəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi X10 X1 işlədiyini iddia etmiş, həmin bu illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını tələb etmişdir, iddiaçı iş materiallarına həmin müəssisədə işlədiyini təsdiq edən müəssisə tərəfindən verilən arayış əlavə etmişdir. Belə ki, həmin arayışla əmək kitabçasındakı qeydlər arasında ziddiyyət mövcuddur. İddiaçının №2 əmək kitabçasında xx.xx.1999-cu ildə “X10 Topdansatış Kooperativ” müəssisəsindən tutduğu vəzifədən azad olunduğu, ardınca yazılan növbəti qeyddə isə xx.xx.1999-cu ildə “X10 Topdansatış Kooperativ” müəssisəsinə “presləyici” vəzifəsinə qəbul olunduğu göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçının təqdim etdiyi arayışda isə 1999-cu ilin aprel ayında əmək haqqı aldığı göstərilir. Bu kimi uyğunsuzluqlar verilən arayışın reallığa uyğun olmaması kimi qiymətləndirilməlidir. Milli Arxiv İdarəsinin Şəki Filialına ünvanlanan sorğunun cavabında “X10 Topdansatış Kooperativ” müəssisəsinin sənədləri Dövlət Arxivi Şəki filialına təhvil verilmədiyi göstərilmişdir. Yuxarıda göstərilən səbəblərdən, şəxsin həmin dövrlərdə X10 X1 işlədiyini təsdiq edən arxiv sənədləri olmadığı və iddiaçı tərəfindən təqdim edilən arayışla əmək kitabçası arasında uyğunsuzluq olduğundan şəxsin iddiası təmin edilməməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 1702 nömrəli Attestatın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Şəki şəhər 43 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan xx.xx.1974-cü il tarixli Əmək kitabçasının (трудовая книжка) təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1998-ci il tarixdə iddiaçı X10 X1 yükləyici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.1999-cu il tarixdən həmin müəssisəyə presləyici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdən isə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materialların da olan DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən x xxxx 2019-cu il tarixindən xx xxxx 2020-ci il tarixinə qədər pensiya yaşı 64 yaş 6 ay olduğundan və iddiaçının da tələb olunan yaşı xx.xx.2020-ci il tarixində tamamlandığından onun pensiya hüququ xx.xx.2020-ci il tarixində yaranmışdır. İddiaçının mübahisələndirilməyən stajı 2006-cı ilədək 24 il 8 gün və 2006-cı ildən sonra 5 aydır (xx.xx.2019-xx.xx.2019). İddiaçının pensiya kapitalı ümumilikdə 17792.93 +195=17987.93 manat təşkil edir. İddiaçının tələbində qeyd olunan stajı xx.xx.2000-xx.xx.1998 = 2 il 8 ay 21 gündür. Əmək kitabçasında qeyd edilən xx.xx.1998-xx.xx.1998-ci illərdə vətəndaş əməkhaqqı almadığına görə və xx.xx.1998-xx.xx.1999; xx.xx.1999-xx.xx.2000-ci illər arasındakı dövrdə X10 X3 tərəfindən Fonda məcburi sosial sığorta haqları ödənilmədiyindən qeyd edilən dövrlər staj kimi hesablanmamışdır. İş materiallarında olan DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubuna əlavə edilən Əmək haqqı gəlirləri barədə xx.xx.2020-ci il tarixli arayışın surətindən müəyyən edilir ki, iddiaçı X10 X1 işləyərkən 1998-ci ilin aprel ayından ilin sonunadək, 1999-cu ilin mart ayında ilin sonunadək əmək haqqı almışdır. İş materiallarında olan ВД 442170 nömrəli Şəhadətnamədən müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Şəki Avtomotoklub”da təhsil almışdır. İş materiallarında olan DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilir ki, işin faktiki hallarına əsasən, 1998-2000-ci illərdə X10 X3 MDSSH ödənişləri barədə Dövlət Sosial Müdafiə Fonduna hesabat təqdim etməmişdir. Həmçinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən məlumata əsasən, X10 X3 xx.xx.2001-ci il tarixdə ********* saylı 9 rəqəmli VÖEN ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Buradan aydın olur ki, müəssisə 1998-2000-ci illərdə mövcud olmamışdır. Eyni zamanda Milli Arxiv İdarəsinin Şəki Filialına ünvanlanan sorğunun cavabında “X10 Topdansatış Kooperativ” müəssisəsinin sənədlərinin Dövlət Arxivi Şəki filialına təhvil verilmədiyi göstərilmişdir. Qeyd etmək istərdik ki, iddiaçı iş materiallarına X10 Kooperativ müəssisəsi tərəfindən verilən arayış əlavə etmişdir. Belə ki, həmin arayışla əmək kitabçasındakı qeydlər arasında ziddiyyət mövcuddur, iddiaçının əmək kitabçasında xx.xx.1999- cu il tarixdə “X10 Topdansatış Kooperativ” müəssisəsindən tutduğu vəzifədən azad olunduğu, ardınca yazılan növbəti qeyddə isə xx.xx.1999-cu il tarixdə “X10 Topdansatış Kooperativ” müəssisəsinə “presləyici” vəzifəsinə qəbul olduğu göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçının təqdim etdiyi arayışda isə həmin müəssisədən 1999-cu ilin aprel ayında əmək haqqı aldığı göstərilir. Bu kimi uyğunsuzluqlar verilən arayışın saxta sənəd olmasına və İddiaçı və ona əmək haqqı gəlirləri barədə arayış tərtib edən vəzifəli şəxslərin əməllərində cinayət tərkibi əlamətlərinin olmasına dair əsaslı şübhələr olduğunu təsdiq edir. Əlavə olaraq qeyd olunur ki, iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəssisələri və orada işlədiyi dövrləri cədvəl formasında sizə təqdim edirik. Belə ki, iddiaçının mübahisələndirilməyən stajı xx.xx.2006-cı il tarixədək 24 il 8 gün və 2006-cı ildən sonrakı dövr üçün 5 aydır (xx.xx.2019-xx.xx.2019). xx.xx.1972-xx.xx.1973 Təhsil illəri Əmək kitabçasına əsasən işlədiyi illər Əmək kitabçasına əsasən işlədiyi müəssisələr xx.xx.1974-xx.xx.1975 Şəki Kolxozlararası tikinti idarəsi xx.xx.1975-xx.xx.1975 PO X6 xx.xx.1975-xx.xx.1979 Şəki kolxozlararası tikinti idarəsi xx.xx.1979-xx.xx.1994 Şəki tikinti işlərinin mexanikləşdirilməsi İdarəsi xx.xx.1994-xx.xx.1998 Azəraqrar Tikinti Dövlət Şirkəti Şəki Təsərrüfatlararası X9 xx.xx.1998-xx.xx.1999 X10 X2 xx.xx.1999-xx.xx.2000 X10 X2 xx.xx.2018-xx.xx.2019 Köndələn kənd tam orta məktəbi Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Cavabdeh inzibati orqan imtinasında əmək kitabçası, diplomun surəti və əmək haqqı arayışına əsasən cəmi xx.xx.2006-cı il tarixinədək 24 il 8 gün (əmək haqqı arayışına görə xx.xx.1998-ci il nəzərə alınmaqla), 2019-cu ilin 1-4-cü aylarında 4 ay sosial sığorta stajını nəzərə almaqla, iddiaçının 24 il 04 ay 08 gün sosial sığorta stajının olmasını qəbul edir. 1998-2000-ci illərdə iddiaçının X10 X1 işlədiyi müddəti həmin müəssisənin 1998- 2000-ci illərdə MDSSH ödənişləri barədə hesabat təqdim etmədiyi üçün qəbul etmir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının mübahisəli stajı xx.xx.2000-xx.xx.1998 = 2 il 8 ay 21 gündür. Əmək kitabçasında qeyd edilən xx.xx.1998-xx.xx.1998-ci illərdə vətəndaş əməkhaqqı almadığına görə və xx.xx.1998-xx.xx.1999; xx.xx.1999-xx.xx.2000-ci illər arasındakı dövrdə X10 X3 tərəfindən Fonda məcburi sosial sığorta haqları ödənilmədiyindən qeyd edilən dövrlər staj kimi hesablanmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sığortaolunanların hesabatından (SSN **********071) görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin noyabr, dekabr və 2019-cu ilin yanvar, fevral, mart, aprel ayları üzrə sosial sığorta haqları üzrə ödənişləri olmuş və bu müddət 6 aya bərabərdir. Beləliklə, iddiaçının mübahisələndirilməyən stajı 24 il 06 ay 08 gündür. İş materiallarında olan ВД 442170 nömrəli Şəhadətnamədən müəyyən edilir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Şəki Avtomotoklub”da təhsil almış və ona 3-cü dərəcəli sürücü ixtisası verilməklə 757046 nömrəli xx.xx.1974-cü il tarixli vəsiqə verilmişdir. Bu müddət 03 ay 21 gün təşkil edir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “X4 haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi cədvəldən, həmçinin əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1994-xx.xx.1998-ci illərdə Azəraqrar Tikinti Dövlət Şirkəti Şəki Təsərrüfatlararası X7 3-cü dərəcəli sürücü işləmişdir. Cavabdeh orqan isə xx.xx.1998-ci ilə qədər olan dövrü nəzərə almışdır. Nəzərə alınmayan müddət 01 ay 21 gün təşkil edir. Cavabdeh inzibati orqan əsas dəlili ondan ibarətdir ki, xx.xx.1998-xx.xx.2000-ci illər arasındakı dövrdə X10 X3 tərəfindən Fonda məcburi sosial sığorta haqları ödənilməmiş və həmin müəssisənin xx.xx.2001-ci il tarixində ********* saylı 9 rəqəmli VÖEN ilə vergi ödəyicisi kimi uçota alınması 1998-2000-ci illərdə həmin müəssisə mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının X10 X1 işlədiyi müddət nəzərə alınmadan belə onun xx.xx.1994-xx.xx.1998-ci illərdə Azəraqrar Tikinti Dövlət Şirkəti Şəki Təsərrüfatlararası X7 3-cü dərəcəli sürücü işlədiyi müddətin nəzərə alınmayan 01 ay 21 günü və xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Şəki Avtomotoklub”da təhsil aldığı 03 ay 21 gün onun stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il stajı tamamlanacaqdır. (mübahisələndirilməyən 24 il 06 ay 08 gün + 01 ay 21 gün + 03 ay 21 gün = 25 il) İddiaçının xx.xx.1998-xx.xx.2000-ci illər arasındakı dövrdə X10 X1 işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, müəssisə tərəfindən məcburi sosial sığorta haqları ödənilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırlması üçün əsas deyil. Həmin müəssisənin xx.xx.2001-ci il tarixində ********* saylı 9 rəqəmli VÖEN ilə vergi ödəyicisi kimi uçota alınması isə 1998-2000-ci illərdə həmin müəssisənin mövcud olmaması və iddiaçının orada işləməməsi anlamına gəlmir. Belə ki, ilk dəfə imtina vermiş DSMF-nin Şəki şəhər şöbəsi həmin müəssisənin MDSSH üzrə hesabat təqdim etmədiyini və həmin dövrdə fəaliyyət göstərmədiyini qeyd etmişdir. Həmin müəssisənin Vergilər Nazirliyində uçota alınmadan əvvəl fəaliyyət göstərməsi istisna olunmur və hətta qeydə alınmadan fəaliyyət göstərərək iddiaçını əmək faəliyyətinə cəlb etməsi də mümkündür ki, bu da iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Əmək kitabçasının saxtalaşdırlması və arayışın saxta olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı kitabçanı saxtalaşdırmaq niyyətində olsa idi, elə müəssisənin qeydə alındığı vaxtdan sonra olan dövrün qeydə alınmasına nail olardı. Verilmiş arayışla əmək kitabçasının uyğun olmaması, müəssisənin xx.xx.2001-ci ildə qeydə alınması kitabçanın saxta olması qənaətinə gəlməyə əsas vermir. Cavabdeh tərəfindən iddia etdiyi hallarla bağlı məhkəməyə tutarlı sübut təqdim edilməmişdir. x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “X4 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavabdeh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kiabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdin edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Həmin tədbirlərə arxivdə saxlanan məlumatların alınması üçün sorğular aid edilə bilər. Sorğuya cavabda iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin fəaliyyət göstərmədiyi və ya mövcud olmadığı müəyyən edildiyi halda, cavabdeh iddiaçının sözügedən müəssisədə işləməsi haqqında əmək kitabçasında əksini tapmış məlumatları mübahisələndirə bilərdi. Lakin baxılan işdən cavabdehin bu cür araşdırma aparması müəyyən olunmur. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx xxxxx 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar