Məhkəmə qərarları › İş №2-1(116)-1542/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1542/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1542/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X3 nümayəndəsi X9, üçüncü şəxs X2, cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Seriya MA, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının verdiyi oktyabr 2002 JN-1059F KOD 40601004 saylı şəhadətnamənin, cavabdehin verdiyi xx.xx.2011-ci il tarixli seriya MA ******* və xx.xx.2011ci il tarixli Seriya MA ******* nömrəli çıxarışların ləğv edilməsi, satılmış ev və torpaq sahəsinin ¼ hissəsinə kompensasiyanın ödənilməsi, yeni qeydiyyat şəhadətnaməsi çıxarılması, əmlakın satılması haqqında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ya həmin miras əmlakdan özünə çatan payın kompensasiya formasında verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərardadı ilə iş üzrə X12, X6, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş. Qəbələ rayon Aqrar İslahat Komissiyasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək təqdim etdiyi ərizəsində “yeni qeydiyyat şəhadətnaməsi çıxarılması” dedikdə tələbdə qeyd olunmuş əmlakla, yəni JN- 059F nömrəli şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda qeyd olunmuş fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çıxarışın verilməsini nəzərdə tutduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1542/2022 nömrəli qərardadı ilə iddia tələbinin “Qəbələ rayon Aqrar İslahat Komissiyasının verdiyi oktyabr 2002 JN-1059F KOD 40601004 saylı şəhadətnamənin, cavabdehin verdiyi xx.xx.2011-ci il tarixli seriya MA ******* çıxarışın ləğv edilməsi, Seriya MA ******* nömrəli çıxarışın torpaq sahəsinə aid hissədə ləğv edilməsi, satılmış ev və torpaq sahəsinin ¼ hissəsinə kompensasiyanın ödənilməsi, JN-059F nömrəli şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda qeyd olunmuş fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çıxarışın verilməsi, əmlakın satılması haqqında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ya həmin miras əmlakdan özünə çatan payın kompensasiya formasında verilməsi” hissəsində iddia tələbi qeyri-mümkün sayılmışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1994-cü ildə vəfat etmiş X7 Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsinə X13 və digər şəxslərin payları müəyyən edilmiş, həmçinin Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmışdır. Buna baxmayaraq, cavabdeh orqan həmin fərdi yaşayış evi üzrə tam mülkiyyət hüququnu X8 adına dövlət qeydiyyatına almışdır. İddiaçı, X8 adına tərtib edilmiş çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsinə dair Qəbələ rayon AİK-nın qərarı əsasında X8 adına rəsmiləşdirilmişdir. Qeyd edilən fərdi yaşayış evi X14tərəfindən notarial qaydada özgəninkiləşdirildiyindən müraciətin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1994-cü ildə vəfat etmiş X7 əmlakının vərəsələrinin hər biri Bakı şəhərində yaşamış oğlu X15 ölmüş, övladlarına ¼ hissəsi, Bakı şəhərində yaşamış oğlu X17 ölmüş, övladlarına ¼ hissəsi, Bakı şəhərində yaşayan qızı X10 ¼ hissəsi, X13 ¼ hissəsinə bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi əmlak aşağıdakılardan ibarətdir: yaşayış evi: Qəbələ şəhəri Nizami küçəsi 12. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli XQ(025)-173/2022 nömrəli məktubunda qeyd edilmişdir ki, Qəbələ rayon Məhkəməsinin İddiaçı cavabdeh X11 qarşı olan xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsindən görünür ki, Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmış və evdən dörddə bir hissədə pay ayrılaraq iddiaçıya verilməsi, həmin paydan istifadə olunmasında cavabdeh X14 tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. - Qəbələ şəhər İƏN-nin xx.xx.2011-ci il tarixli 1897 nömrəli və xx.xx.2011-ci il tarixli 2354 nömrəli arayışlarından görünür ki, X8 oğlu ilə birlikdə yaşadığı 1947-ci ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ünvanı Qəbələ şəhəri Nizami küçəsi 12 qeyd edilmişdir. - Seriya MA ******* nömrəli DƏDR-dən Çıxarışdan və **********22-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, 1947-ci ildə tikilmiş, 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ünvanı Qəbələ şəhəri Nizami küçəsi 8 qeyd edilmiş və həmin daşınmaz əmlak üzərində X3 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışla xx.xx.2011-c il tarixdə X3 adına qeydiyyata alınmış fərdi yaşayış evinin ünvanı Qəbələ şəhəri İƏN-nin xx.xx.2011-ci il tarixli 2354 saylı arayışında Qəbələ şəhəri Nizami küçəsi ev №12 olduğu, seriya MA Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışda isə Qəbələ şəhəri Nizami küçəsi ev №8 olduğu qeyd olunmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evi sökülmüş və həmin evin yerləşdiyi torpaq sahəsinin yeni ünvanı Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən ünvan 5 Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qeyd edilmişdir. Hazırkı işin hallarından göründüyü kimi mübahisələndirilən çıxarışın X3 adına tərtib edilməsi və həmin daşınmaz əmlak üzərində sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı hüquqi əsas mövcud olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Suqura Kərimova xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə ¼ hissə payının olduğu qeyd edilmiş Rauf Kərimovun arvadıdır. İstinad olunan şəhadətnamədən göründüyü kimi Rauf Kərimovun övladlarının ¼ hissəyə vərəsə olması qeyd edilmişdir. Həmçinin işdən müəyyən edilir ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmışdır. Belə olan halda cavabdeh orqan, xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsinə istinad edərək Qəbələ şəhəri Nizami küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi üzərində adları həmin sənədlərdə adları qeyd edilmiş şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı olduğu halda, heç bir hüquqi əsas olmadan fərdi yaşayış evi üzərində Suqura Kərimovanın xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Qeyd edilən hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan, iddiaçı MA Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissəsinin ləğv edilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.3 və 8.0.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş ... vərəsəlik hüququ haqqında... şəhadətnamələr..., qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə üçüncü şəxs X3 adına verilmiş “Seriya MA, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar