Məhkəmə qərarları › İş №2-1(116)-1543/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1543/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1543/2022 19.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı “X5 195 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş qərarın və xx.xx.2020-ci il tarixli icrarə müqaviləsinin, həmçinin həmin qərar və icarə müqaviləsi əsasında verilən ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X5 195 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş qərarın və xx.xx.2020-ci il tarixli icrarə müqaviləsinin, həmçinin həmin qərar və icarə müqaviləsi əsasında verilən ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1543/2022 nömrəli qərardadı ilə, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Qəbələ rayon Kürd kəndində yerləşən "Səbuhi"KFT Taxıl toxumçuluğu ilə məşğul olan müəssisə olmaqla X1 məxsus olmuşdur. “Səbuhi” KFT xx.xx.2000-ci il tarixdən vergi ödəyicisidir, Arif Verdiyev mənim atası olmaqla xx.xx.2021-ci ildə Torpaq payının bağışlanması müqaviləsi əsasında "Səbuhi"KFT-nin Nizamnamə üzrə kapitalındakı payını ona bağışlamış, həmin tarixdən “Səbuhi"KFT-nin 100 faiz payı iddiaçının olmuşdur. Cavabdeh xx.xx.2000-ci il tarixli qərarı ilə xx.xx.2000-ci il tarixli İcarə Müqaviləsinə əsasən Qəbələ Rayon Kürd kəndinin “Qaş” adlanan ərazisindən 50 ha torpaq sahəsi toxumçuluq məqsədilə əkin üçün 20 il müdddətinə "Səbuhi" KFT-nin istifadəsinə verilmiş, bu barədə JN: 038B KOD ********* saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə işlənmişdir. Həmin vaxtdan icarəyə verilən bu torpaq sahəsindən "Səbuhi" KFT təyinatına uyğun olaraq kənd təsərrüfatı məqsədilə istifadə etmişdir. İcarədə olan 50 ha torpaq sahəsindən icarə müdddətinin sonunadək istifadə edilmiş, icarə müddətinin vaxti qurtarsa da icarə müqaviləsi ləğv edilməmiş, qeyd edilən torpaq sahəsi "Səbuhi" KFT tərəfindən taxılçılıq üçün istifadə etmişdir. İcarə müqaviəsi ləğv edilmədiyindən və bu barədə cavabdeh orqan tərəfindən hər hansı bir xəbərdarlıq olunmadığından icarə şərtləri əvvəlki qaydada davam etmişdir. Bu barədə ləğv edilmiş DT və XK-nin Qəbələ rayon şöbəsinin Statistika idarəsinə təqdim etdiyi arayışın onlarda qalmış surətindən də məlum olur ki, torpaq sahəsi "Səbuhi" KFT-nin icarəsində olmuşdur. Lakin bu yaxınlarda onlara məlum olmuşdur ki, 2000-ci ildən istifadəsində olan bu torpaq sahəsi Cavabdeh tərəfindən (onlara məlum olmayan qərarla) Qəbələ rayon Böyük Əmili kənd sakini X5 icarəyə verilmişdir. Belə ki, fərdi qaydada əldə etdiyi Reyestr nömrəsi ********** saylı çıxarışın surətindən də görünür ki, Qəbələ Rayon Böyük Əmili kəndindən 195 ha torpaq sahəsi xx.xx.2020-cı il tarixli icarə müqaviləsi ilə Ulduz Sadıqovaya 5 illik icarəyə verilmişdir. Həmin 195 ha torpaq sahəsinin bir hissəsi də "Səbuhi" KFT-nin icarəsində olan torpaq sahəsinin üstünə düşmüşdür. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə onun və kənd sakinlərinin bu yaxınlarda "Aqro-Azərinvest” MMC tərəfindən onu Şəki Kommersiya Məhkəməsinə cavabdeh qismində cəlb edərkən xəbəri olmuşdur. Belə ki, "xxxx" MMC kənd sakinlərinin istifadəsində olan torpaqdan çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, işin gedişatında Səbuhi KFT-nin də icarəsində olan torpaq sahəsinin X5 icarəyə verildiyi ortaya çıxmışdır. - xx.xx.2017-ci il tarixli X2 Müqaviləsindən görünür ki, Hədiyyə verən" X3 xx.xx.2000-cı il tarixdə Azərbaycan Respublikası vergilər nazirliyi 10 saylı ərazi idarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmış (əsas: Azərbaycan Respublikası VN 10 saylı ərazi vergilər idarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, **********989700 nömrəli Kommersiya qurumunun dövlət reyestrindən çıxarış) AZ3618, Qəbələ rayonu, Kürd ünvanında yerləşən “səbuhi” kəndli (fermer) təsərrüfatı-nın nizamnamə kapitaiındakı 1 pay faizi (10 manat) payı “hədiyyə alan" İddiaçı bağışlanmışdır. Özgəninkiləşdirilən pay Azərbaycan Respublikasının Vergilər Nazirliyi idarəsinin 10 saylı Ərazi **********99900 №-li, xx.xx.2017-ci il tarixli məktubu əsasında hər hansı bir formada yüklü deyil, yəni girov altına qoyulmayıb, ipoteka və həbs altına alınmayıb və ya əmlakla bağlı hüquqları başqa formada məhdudlaşdırılmayıb. - xx.xx.2017-ci il tarixli X2 Müqaviləsindən görünür ki, Hədiyyə Verən" X3 xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi idarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmış (əsas: Azərbaycan Respublikası VN 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, **********989700 nömrəli Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış) AZ3618, Qəbələ rayonu, Kurd ünvanında yerləşən "SƏBUHİ" Kəndli (FERMER) Təsərrüfatının nizamnamə kapitalındakı 1 Pay faizi (10 manat) payı "hədiyyə alan" İddiaçı bağışlanır. Özgəninkiləşdirilən pay Azərbaycan Respublikasının Vergilər Nazirliyi idarəsinin 10 saylı Ərazi 1710G70Q3299900 №-li, xx.xx.2017-ci il taixli məktubu əsasında hər-hansı bir formada yüklü deyil, yəni girov altına qoyulmayıb, ipoteka və həbs altına alınmayıb və ya əmiakla bağlı hüquqları başqa formada məhdudlaşdırılmayıb. - ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində yerləşən 195 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdən 5 il müddətinə hər il üçün məbləğ 6985 AZN X5 icarəyə verilmişdir. - AA № 580618 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində yerləşən 195 ha torpaq sahəsi icarəçi X4 adına qeydiyyata alınmışdır. - Cavabdeh xx.xx.2020-ci il tarixli 77 nömrəli X5 dövlət mülkiyyətinə aid torpaq sahəsinin icarəyə verilməsi haqqında sərəncamından görünür ki, Qəbələ rayonunun inzibati ərazisində “Qaş” adlanan sahədə yerləşən Dövlət mülkiyyətinə aid 195 hektar, ondan əkinə yararlı 117,17 hektar, kolluq 77,83 hektar torpaq sahəsi 5 (beş) il müddətinə kənd təsərrüfatı məhsullarının (arpa, buğda) istehsalı məqsədilə Qəbələ rayon Böyük Əmili kənd sakini X4 icarəsinə verilmişdir. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 02 nömrəli müqaviləsindən görünür ki, Cavabdeh başçısının 28 sentyabr 2020-ci il tarixli 77 nömrəli sərəncamı əsasında Cavabdeh ilə X8 arasında icarə müqavilə bağlanmışdır. - JN-5162 KOD 40600001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixli 98 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli 302 saylı icarə müqaviləsi ilə Qəbələ rayon “Qaş” sahəsindəki DTFdan kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X6 verilmişdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə iddiaçının elektron ünvanına Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçı Qəbələ Rayon Kürd kəndinin “Qaş” adlanan ərazisindən 50 ha torpaq sahəsi toxumçuluq məqsədilə əkin üçün 20 il müdddətinə "Səbuhi" KFT-nin istifadəsinə verilməsi ilə bağlı “Torpaq sahəsinin icarəyə verilməsinə dair” xx.xx.2000-ci il tarixli müqavilənin surətinə istinad edir. Sözügedən müqavilənin surətindən də görünür ki, həmin torpaq sahəsi Səbuhi KFT-na 20 il müddətinə müvəqqəti istifadəyə verilmişdir. Əsli təqdim edilməyən həmin müqavilədən torpaq sahəsinin icarəyə verildiyi müddətin xx.xx.2020-ci ildə başa çatması aşkar görünür. Müqavilənin şərtlərinə uyğun olaraq 11 fevral 2020-ci il tarixdə torpaq icarə müqaviləsinin müddəti başa çatdığından, hər bir halda Səbuhi KFT-nın həmin torpaq sahəsinə hüququ, o cümlədən icarə hüququ aradan qalxmışdır. Sözügedən müqavilənin ”mübahisələrin həlli” hissəsində qeyd edilmişdir ki, icarə verənlə icarəçi arasında yarana bilən hər hansı mübahisə tərəflərin qarşılıqlı razılaşması ilə həll edilə bilmədikdə məhkəmə qaydasında həll edilir. Yəni, müqavilənin şərtlərindən göründüyü kimi, tərəflər icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı təkliflər vermək hüququna malik olmuş, lakin həmin hüquqdan tərəflərdən heç biri müqavilə müddəti ərzində istifadə etməmişlər. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 3-cü abzasına görə, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində istifadə və ya icarə hüququna xitam verilir. Hazırkı məzmunda iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni müqavilə müddəti başa çatdıqdan sonra müraciət edilmişdir. İcarə müqaviləsinin müddətinin başa çatması ilə mübahisəli torpaq sahəsinə hüquq aradan qalxdığından, cavabdehin qəbul etdiyi sərəncamın iddiaçının hər hansı hüququnu pozması istisna edilir. Odur ki, cavabdeh orqan müvafiq sərəncamla həmin torpaq sahəsini 5 il müddətinə üçüncü şəxsin icarəsinə vermiş və onun icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə iddiaçının istifadənizdə deyildir. Nəzərə alınmalıdır ki, hazırda iddiaçının hüquqi marağı mülkiyyət hüquqlarından yaranan bir tələb olsa da, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından, iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-767/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-2068/2021 nömrəli xx.xx.2021 qərarlarında əks olunmuş hüquqi mövqe) İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulubpozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı iddia irəli sürmək üçün ilk növbədə cavabdehin sərəncamı nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırkı məzmunda iddia ilə məhkəməyə müqavilə müddəti başa çatdıqdan sonra müraciət edildiyindən və icarə müqaviləsinin müddətinin başa çatması ilə mübahisəli torpaq sahəsinə hüquqlar aradan qalxdığından, mübahisələndirilən sərəncamın iddiaçının hüquqlarına müdaxiləsi istisna edilir. İddia tələbinin “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin” ləğvi hissəsinə münasibətdə izah edilir ki, tələbin həmin hissəsi xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 20. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndinə müvafiq olaraq eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia tələbinin “həmin qərar və icarə müqaviləsi əsasında verilən ********** qeydiyyat nömrəli çıxarışın ləğvi” hissəsinə münasibətdə isə izah edilir ki, tələbin həmin hissəsi də mümkünlük şərtlərinə cavab vermir. İstinad olunan, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Odur ki, ilkin iddia uğurlu olacağı halda Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müvafiq çıxarışın ləğv edilməsi tələbi ilə müraciət edilməli, müraciət təmin olunmazsa, yaxud cavabsız saxlanılarsa məhkəməyə müraciət edilməlidir. İlkin iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən tələbin həmin hissəsi də mümkün sayıla bilməz. Yuxarıda qeyd olunanlara bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddət təyin olunmuşdur, lakin iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X5 195 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş qərarın və xx.xx.2020-ci il tarixli icrarə müqaviləsinin, həmçinin həmin qərar və icarə müqaviləsi əsasında verilən ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar