Məhkəmə qərarları › İş №2-1(116)-1555/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1555/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1555/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı "Qəbələ rayonu Hacıalılı kəndində İddiaçı mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə cavabdehin xx.xx.2022-ci il tarixli 0275 nömrəli qərarının ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən, Qəbələ şəhər sakini X9 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlarından 0,06 ha torpaq sahəsinin satılması və s. qərara alınmışdır. Həmin 0,06 ha torpaq sahəsinin 0,0452 ha hissəsi "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsinə düşdüyünə görə, X7 razılığı əsasında torpaq sahəsinin qalan 0,0148 ha hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X4 adlı şəxs cavabdeh Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə qarşı "mülkiyyətində olan 0,0148 ha torpaq sahəsinin X2 barədə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv olunması" haqqında iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-108/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı üçüncü şəxs X7 adına olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,0148 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 394/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-242/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilən 0,0148 ha torpaq sahəsinə hazırkı iş üzrə İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etdirməyə başlamış, lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Şimal-Qərb Regional Tikinti Müfəttişliyi xx.xx.2022-ci ildə həmin tikinti obyektinə texniki baxış keçirmiş və bu barədə xx.xx.2022-ci il tarixli Ş.Q-615 nömrəli Texniki baxış aktı tərtib etmişdir. Aktda göstərilmişdir ki, Qəbələ rayonu Hacıalılı kəndində İddiaçı məxsus torpaq sahəsində yerləşən tikinti obyektinin layihəçisi, podratçısı, tikintiyə icazəsi, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri, tikinti obyektinin layihəsi üzrə giriş və mərtəbələrin sayı yoxdur, 1-ci mərtəbədə mişarlanmış əhəng daşı ilə hörgü işləri aparılır və tikintiyə icazə sənədi yoxdur. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixli 0275 nömrəli "Tikinti işlərinin dayandırılması barədə qərar" qəbul edilmişdir. Həmin qərarla Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə təqdim edilməsinin təmin olunması barədə göstəriş verilmiş, tikinti obyektində aşkar olunmuş pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı "Qəbələ rayonu Hacıalılı kəndində İddiaçı mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə cavabdehin xx.xx.2022-ci il tarixli 0275 nömrəli qərarının ləğv edilməsi" haqqında iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Qəbələ rayonu Hacıalılı kəndində mülkiyyətində olan torpaq sahəsində şəhərsalma və tikinti normalarına uyğun qaydada tikinti işləri aparılır. Sözügedən torpaq sahəsində onun mülkiyyət hüququ qeydə alınmış, onun adına hüquq müəyyənedici sənəd verilmiş, həmin sənəd hər hansı məhkəmə qərarı ilə ləğv edilməmiş və hazırda qüvvədədir. Cavabdeh iddiaya xx.xx.2022-ci il tarixli etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilir. İddiaçı torpaq mülkiyyətinə dair, həmçinin iddia ərizəsində tikintinin qanuni olduğunu qeyd etməsinə baxmayaraq bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2022-ci il tarixli 615 nömrəli texniki baxış aktından görünür ki, torpaq sahəsində aparılan tikinti işlərində pozuntuların aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həmin torpaq sahəsində aparılan tikinti obyektinə baxış keçirilmiş və texniki baxış aktı tərtib edilmişdir. Həmin akt ilə müəyyən edilir ki, Qəbələ rayonu Hacıalılı kəndində İddiaçı məxsus torpaq sahəsində yerləşən tikinti obyektinin layihəçisi, podratçısı, tikintiyə icazəsi, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, tikinti layihəsinə dair ekspertiza rəyinin rekvizitləri, tikinti obyektinin layihəsi üzrə giriş və mərtəbələrin sayı yoxdur. Bundan başqa, həmin aktda 1-ci mərtəbədə mişarlanmış əhəng daşı ilə hörgü işlərinin aparıldığı, eyni zamanda tikintiyə icazə sənədinin olmadığı qeyd edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2022-ci il tarixli 0275 nömrəli qərarından görünür ki, torpaq sahəsində İddiaçı tərəfindən aparılan tikinti işlərinin dayandırılması və Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq, obyekt tikintisinin icazə sənədinin 30 gün müddətində Agentliyə təqdim edilməsinin təmin edilməsi qərara alınmışdır. - İşdə olan, cavabdeh xx.xx.2022-ci il tarixli etiraz məktubundan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilir. İddiaçı torpaq mülkiyyətinə dair, həmçinin iddia ərizəsində tikintinin qanuni olduğunu qeyd etməsinə baxmayaraq bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 92.4.1-ci maddəsinə görə, tikintiyə dövlət nəzarəti çərçivəsində tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikilməsi müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Həmin Məcəllənin 79.2-ci maddəsinə görə, bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Sadalanan normalardan görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə alınması tələb olunur və tikinti obyektinin belə icazə alınmadan tikilməsi müəyyən edildiyi halda, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya tikintiyə icazənin məhkəməyə təqdim olunması təklif edilmiş, lakin o, məhkəməyə göndərdiyi cavabda bildirmişdir ki, sözügedən tikinti dedikdə, söhbət torpaq sahəsinin ətrafına tərəfindən çəkilmiş hasardan gedir, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə görə, qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə icazə sənədi tələb edilmir. Torpaq sahəsinin yerləşdiyi ərazi kənd olduğundan həmin torpaq sahəsini nəzarətsiz heyvanlardan qorumaq məqsədi ilə tərəfindən həmin torpaq sahəsi hasarlanmışdır və hasar tikintisi ilə bağlı hər hansı icazə sənədi yoxdur. İddiaçı göstərilən cavab məktubunda yalnız hasar tikdiyini bildirsə də, şifahi məhkəmə baxışı zamanı verdiyi izahatda həmin tikilinin mağaza binası olduğunu bildirdi. Eyni zamanda, həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aydın şəkildə görünür ki, sözügedən hasarın hündürlüyü 2,20 metrdən çoxdur. Belə olan halda isə, həmin tikili Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin təsiri altına düşmür, eyni zamanda, həmin Məcəllənin 79-cu və 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyekti deyil, bu səbəbdən də onun tikintisinə icazə alınması tələb olunur. Lakin müəyyən edildi ki, belə icazə alınmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdehin mübahisələndirilən xx.xx.2022-ci il tarixli 0275 nömrəli qərarının ləğv edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı "Qəbələ rayonu Hacıalılı kəndində İddiaçı mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə cavabdehin xx.xx.2022-ci il tarixli 0275 nömrəli qərarının ləğv edilməsi" haqqında iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar