Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1559/2022 17.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 40,85 kv.m olan mənzil sahəsinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Göyçay şəhəri B.Mirzəyev küçəsi 17 ünvanında yerləşən, yaşayış sahəsi 40,85 kv.m olan mənzil sahəsinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, 1978-ci ildən iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən və Göyçay Mənzil İstismar sahəsinin balansında olan yaşayış sahəsi 40,85 kvm olan mənzil sahəsində yaşayır. Qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil sahəsi həmin vaxtdan qanuni əsaslarla iddiaçı və onun ailəsinin istifadəsində və sahibliyindədir. Yaşadığı müddət ərzində mənzil sahəsinin istismarı üçün nəzərdə tutulan bütün hərəkətləri yerinə yetirməklə, müvafiq qaydada vergi ödənişləri aparmışdır. Həmçinin mənzil sahəsi ilə bağlı müvafiq müqavilə bağlanmış və order yazılmışdır. Lakin həmin sənədlər mənzil istismar sahəsinin arxivində saxlanılmadığından, yalnız müvafiq adlı siyahıda qeydiyyatı vardır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********94 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən 17 nömrəli mənzilə dair hüquq müəyyənedici sənədlər araşdırılarkən bir sıra çatışmazlıqlar müəyyən olunmuşdur. Belə ki, Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən 17 nömrəli mənzilin sənədləşməsi ilə bağlı yaşayış evlərinin siyahısı təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********43 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1559/2022 nömrəli qərardadı ilə X3, X4 və X8 uş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan: Göyçay Mənzil İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 111 nömrəli məktubunda qeyd olunur ki, arxiv sənədlərinə və komissiyanın rəyinə əsasən məlum olmuşdur ki, iddiaçı 1978-ci ildən hal-hazırkı dövrə qədər ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Vaxtı ilə Mənzil İstismar Sahəsinə müvafiq sənədləri təqdim etmədiyinə və müqavilə bağlamadığına görə iddiaçıya həmin ünvanda yaşaması barədə akt və arxiv sənədlərinə əsasən arayış verilməsi mümkün olmuşdur. Göyçay MİS-nin xx.xx.2021-ci il tarixli 110 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən 1978-ci ildən bu günə qədər ailəsi ilə birlikdə B.Mirzəyev küçəsi 17 saylı ünvanda yaşayır. Göyçay şəhər. B.Mirzəyev küçəsindəki yaşayış mənzillərinin siyahısından görünür ki, həmin siyahıda 2-ci sırada X1 adı qeyd edilmişdir. 122898 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Dövlət arxivinin Göyçay filialının xx.xx.2022-ci il tarixli 267 nömrəli arxiv arayışında qeyd olunur ki, Göyçay şəhəri, B.Mirzəyev küçəsində yerləşən mənzillər haqqında Arxivdə heç bir sənəd saxlanılmır. Odur ki, İddiaçı mənzilinə dair məlumatın verilməsi mümkün olmamışdır. Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 270 nömrəli məktubunda qeyd olunur ki, Göyçay rayonu Mənzil İstismar Sahəsinin 55 nömrəli, 03 avqust 2022-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, İddiaçı yaşadığı ünvan 5 ünvanda yerləşən mənzil 1978-ci ildən Mənzil İstismar Sahəsinin balansına siyahı üzrə iddiaçının mərhum həyat yoldaşı X2 adına verilmişdir. Mənzilə dair rayon Mənzil İstismar Sahəsi ilə mənzil sahibi arasında müqavilə bağlanmamışdır. Eyni zamanda bildirilir ki, sözügedən mənzilin iddiaçının ailə üzvlərinə ayrılmasına dair rayon icra hakimiyyətində hüquqi və texniki sənədlər aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya və ya onun ailə üzvlərinə ayrılmasına dair heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmiş, iddiaçı hər hansı sənəd təqdim etməmişdir. Mənzilə dair rayon Mənzil İstismar Sahəsi ilə mənzil sahibi arasında müqavilə bağlanmamış, eyni zamanda, sözügedən mənzilin iddiaçının ailə üzvlərinə ayrılmasına dair rayon icra hakimiyyətində hüquqi və texniki sənədlər aşkar olunmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçı 01 oktyabr 2009-cu il tarixədək belə hüququnu təsdiq edən sənədə malik olmamışdır, hazırda da malik deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, iş materiallarına istinad etməklə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 40,85 kv.m olan mənzil sahəsinin dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1559/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1559/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver