Məhkəmə qərarları › İş №2-1(116)-156/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-156/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-156/2020 19.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı “1973- 1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, 5 avqust 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kənd “K.Marks” adına kolxozda kolxozçu işləməklə həmin kolxozun üzvü olmuşdur. Lakin həmin illərdə kolxozçu işləməyi barədə əmək kitabçasında qeydlər aparılmamışdır. Hazırda onun pensiya yaşı çatdığı üçün Azərbaycan Respublikası DSMFnun Zaqatala rayon şöbəsinə müraciət etmişdir. Lakin ona bildirmişlər ki, onun əmək kitabçasında həmin illər qeyd edilmədiyinə görə həmin kolxozdakı əmək fəaliyyətinin 1973-1975, 1978-ci illərini sığorta stajı kimi qəbul etmək qanuna uyğun deyil. Bununla da onun qanuni hüquqlarıı pozulmuşdur. Odur ki, bu faktı müəyyən etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. O, 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kənd “K.Marks” adına kolxozda kolxozçu işləməyi barədə əmək haqqı cədvəlinə dair arxiv arayışı götürmüşdür. Bundan başqa 1987-1999-cu illərdə Zaqatala rayon keçmiş X2 işləmişdir. Bu barədə əmək kitabçasındada qeydlər aparılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, 5 avqust 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda kinomexanik işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: “X3” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 64 yaşı olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, xx.xx.2019-cu il tarixdən «X3» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. İddiaçı əmək kitabçasının surətində qeyd edildiyi xx.xx.1987-ci il tarixindən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş Fındıq sovxozunda işlədiyi iş stajının yoxlanması mümkün olmamışdır. İddiaçının yaşa görə əmək pensiyasını alması üçün yaşı xx.xx.2019-cu il tarixində çatmışdır. Bildiririk ki, R. Aslanovun Qanunun 7-ci maddəsində nəzərdə tutulmş 25 il sığorta stajının düzgünlüyü təsdiq edilmədiyindən yaşa görə əmək pensiyası təyin edilməsi Qanunvericiliklə mümkün deyil. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv çıxarışı, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubu, DSMF-nin Zaqatala rayon şöbəsinin müvafiq aktlarının təsdiqlənmiş surətləri, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, Zaqatala rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli 44 nömrəli məktubu, Zaqatala rayon İH-nin xx.xx.2020-ci il tarixli 4/396 nömrəli məktubu, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda, 5 avqust 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv arayışı və ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki,iddiaçının arxiv arayışına əsasən sığorta stajı 6 il 9 aydır. İddiaçının əmək kitabçasının surətində aparılmış qeydlərə əsasən 20 il 6 ay 6 gün sığorta stajı toplanılır. İddiaçının mübahisələndirilməyən sığorta stajı 8 il 9 ay 29 gün əmək kitabçasının surətinə əsasən və 2 il 5 gün hərbi xidmət dövrü il birlikdə cəmi 10 il 10 ay 4 gün (həmin staj 7822 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisəli sığorta stajı 11 il 7 ay 16 gün əmək kitabçasının surətinə əsasən və 3 il kolxoz stajı ilə birlikdə 14 il 7 ay 16 gün (həmin staj 10530 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının tələbində qeyd edilən müddət sığorta stajına daxil edilərsə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “X3” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbində qeyd olunan müddət (11 il 7 ay 16 gün əmək kitabçasının surətinə əsasən və 2 il 11 ay kolxoz stajı ilə birlikdə 14 il 6 ay 16 gün) onun mübahisələndirilməyən stajı ilə toplandıqda (10 il 10 ay 4 gün +14 il 6 ay 16 gün = 25 il 4 ay 20 gün) onun tələb olunan sosial sığorta stajı tamamlanır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, 5 avqust 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda kinomexanik işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, 5 avqust 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda kinomexanik işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar