Məhkəmə qərarları › İş №2-1(116)-156/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-156/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-156/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 qarşı (üçüncü şəxs: Şəki rayon Aşağı Göynük kənd bələdiyyəsi) “JN-0189 seriyalı 40404018 kodlu dövlət aktının ləğv olunması, Şəki rayonu X1 qərarı ilə hal-hazırda istifadələrində olan mülkiyyətə iki ayrı-ayrı ərazidən ölçü aparılaraq hər bir ailə üzvünə görə 0.46 hektar olmaqla 4 nəfər ailə üzvünə verilmiş ümumilikdə 1.84 hektar pay torpaq sahəsinə və hazırda ailənin yaşadığı evin yerləşdiyi yerdə olan 0.20 hektar həyətyanı, həmçinin xx.xx.1988-ci il tarixli akta əsasən İddiaçı1 verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 qarşı (üçüncü şəxs: Şəki rayon Aşağı Göynük kənd bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-0189 seriyalı 40404018 kodlu dövlət aktının ləğv olunması, Şəki rayonu X1 qərarı ilə hal-hazırda istifadələrində olan mülkiyyətə iki ayrı-ayrı ərazidən ölçü aparılaraq hər bir ailə üzvünə görə 0.46 hektar olmaqla 4 nəfər ailə üzvünə verilmiş ümumilikdə 1.84 hektar pay torpaq sahəsinə və hazırda ailənin yaşadığı evin yerləşdiyi yerdə olan 0.20 hektar həyətyanı, həmçinin xx.xx.1988-ci il tarixli akta əsasən İddiaçı1 verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı4 xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı ərizələrdən görünür ki, onlar iddia tələbinə baxılmasını arzu etmirlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 qarşı (üçüncü şəxs: Şəki rayon Aşağı Göynük kənd bələdiyyəsi) “JN-0189 seriyalı 40404018 kodlu dövlət aktının ləğv olunması, Şəki rayonu X1 qərarı ilə hal-hazırda istifadələrində olan mülkiyyətə iki ayrı-ayrı ərazidən ölçü aparılaraq hər bir ailə üzvünə görə 0.46 hektar olmaqla 4 nəfər ailə üzvünə verilmiş ümumilikdə 1.84 hektar pay torpaq sahəsinə və hazırda ailənin yaşadığı evin yerləşdiyi yerdə olan 0.20 hektar həyətyanı, həmçinin xx.xx.1988-ci il tarixli akta əsasən İddiaçı1 verilmiş 0.12 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar