Məhkəmə qərarları › İş №2-1(116)-156/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-156/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-156/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05.02.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “evin qənaətbəxş hesab edilməsi” barədə rəyin və qərarın dəyişdirilərək evinin bərpası və ya yenidən tikilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05.02.2019cu ildə baş vermiş zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “evin qənaətbəxş hesab edilməsi” barədə rəyin və qərarın dəyişdirilərək evinin bərpası və ya yenidən tikilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı İsmayıllı rayonunun Tircan kəndində ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. 2019-cu ilin fevral ayında Qobustan-Şamaxı-İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə baş vermiş məlum zəlzələ nəticəsində iddiaçının yaşadığı ev yararsız hala düşmüşdür. FHN və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə yaratdığı komissiya iddiaçının evinə baxış keçirmiş, xeyli müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, Komissiya tərəfindən evin qənaətbəxş hesab edilməsi barədə rəy verilmiş və həmin rəyə əsasən müvafiq qərar qəbul edilmişdir. İddiaçı qərarla razılaşmamış, cavabdehə müraciət edərək evinin bərpa edilməsini xahiş etmişdir. FHN və İsmayıllı RİH məktublarla iddiaçıya bildirmişdir ki, yaradılmış Komissiya tərəfindən evə baxış keçirilmiş, evin qənaətbəxş olması barədə qərar qəbul edilmiş, qərarın dəyişdirilməsi və əlavə tədbirlərin görülməsi üçün məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyyə edilmişdir. Bu səbəblə də iddiaçı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli 2-1(112)-4610/2021 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və sözügedən inzibati iş Şəki İnzibati Məhkəməsinin icraatına 09.07.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin 12.07.2021-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən ünvanlanmış 17.08.2021-ci il tarixli məktubda, həmçinin məhkəmənin elektron poçtuna 25.04.2022-ci il tarixdə daxil olmuş etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus ev yerli icra hakimiyyəti orqanı tərəfindən siyahıda qeyd olunmadığından Agentliyin mütəxəssisləri tərəfindən həmin evə baxış keçirilməmiş və Akt tərtib olunmamışdır. Cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya cavabdehin yuxarıda qeyd edilən məktubunun surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 30.03.2021-ci il tarixli 03/175 nömrəli məktubuna qoşma edilmiş arayışda qeyd olunmuşdur ki, Fövqaladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya 07.02.2019-15.02.2019-cu il tarixlər arasında baxış keçirdiyi evlərdən yalnız qəzalı, təmir və bərpa-gücləndirməyə ehtiyacı olan evləri siyahıya almışdır. Odur ki, vətəndaş İddiaçı evinə həmin tarixlərdə baxış keçirildiyi və qənaətbəxş hesab olunduğu üçün siyahıya alınmamış və müvafiq akt tərtib edilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmənin elektron poçtuna ünvanladığı 25.04.2022-ci il tarixli ərizəsində işin təxirə salınmasını və ya mümkün olmadığı halda nümayəndənin iştirakı olmadan hərtərəfli və obyektiv araşdırılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehin məktub və etirazında göstərilənlərin doğru olduğunu, FHN nümayəndələri tərəfindən onun evinə baxış keçirilmədiyini və siyahıya alınmadığını, evə gəlib baxmadıqlarını bildirmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün:

1. Mübahisə inzibati məhkəmənin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı;

3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər-hansı inzibati akt qəbul edilməmiş edilməmiş, ümumiyyətlə iddiaçının mübahisələndirdiyi və dəyişdirilməsini tələb etdiyi qərar mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin araşdırılması zamanı məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçının faktiki olaraq heç bir hüququ pozulmamış, ümumiyyətlə iddiaçıya məxsus ev yerli icra hakimiyyəti orqanları tərəfindən siyahıda qeyd olunmadığından FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən iddiaçının evinə baxış keçirilməmiş, akt tərtib edilməmiş, beləliklə də cavabdeh tərəfindən iddia tələbində qeyd edilən qərar qəbul olunmamışdır. İddiaçı da öz izahatında bunu təsdiq etmişdir. İş materiallarında olan FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya verilmiş 12.02.2020-ci il tarixli imtina məktubunda da qeyd edilir ki, 05.02.2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evlərinə ziyan dəymiş vətəndaşların İsmayıllı RİH-yə etdikləri müraciətləri əsasında siyahılar tərtib olunmuşdur. Tərtib edilən siyahılar üzrə FHN-in Komissiyaları tərəfindən həmin evlərə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Tərtib olunmuş aktlar arasında İddiaçı adı olmadığından Agentlik tərəfindən ona hər hansı köməklik göstərilməsi mümkün olmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iş üzrə iddia tələbində mübahisələndirilən qərar qəbul edilmədiyindən və tərəflər arasında həmin predmet üzrə mübahisə olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə 05.02.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zərər görmüş evlərə dair qəbul olunmuş qərarın, İsmayıllı rayon Tircan kəndində yerləşən fərdi yaşayış evinə dair hissəsi üzrə “evin qənaətbəxş hesab edilməsi” barədə rəyin və qərarın dəyişdirilərək evinin bərpası və ya yenidən tikilməsi barədə qərar qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar