Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-156/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, üçüncü şəxsin X3, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “JN-136N və JN-136F, KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-136N və JN-136F KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha və 0,63 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-136N və JN-136F KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-156/2024 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının ailəsinə Qax rayon Aqrar islahat Komissiyasının qərarı ilə torpaq sahələri ayrılmışdır. Belə ki. Qax rayonu Zərnə kənd ərazisində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə 0,63 ha və 0,30 ha fərdi yaşayış evi, həyətyanı sahə kimi torpaq sahələri verilmişdir. Qeyd oluna torpaq sahələri üçün 04,06.2004-cü il tarixli, JN- 136A və JN-136F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi müraciətinə həmin torpaq sahələrini qeydiyyata aldıraraq adıma çıxarış verilməsi xahiş etmişdir.Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Qax rayonu Zərnə kənd sakini İddiaçı adına tərtib edilmiş JN-136A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan 0,20 ha torpaq sahəsinin 0,18 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə Şəki İnzibati-iqtisadi məhkəməsinin 14 aprel 2014-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli qərarlarının öz hüquqi qüvvəsini saxladığından JN-136A nömrəli 40314028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0,18 ha torpaq sahəsinə münasibətdə etibarsızdır və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi məqsədəmüvafiq deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-136A seriyalı kod 10314028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə.
3. JN-136F seriyalı kod 40314028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Şəki ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Zərnə kəndi ərazisində yerləşən 0.45 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Şəki ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Zərnə kəndi ərazisində yerləşən 0.7625 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
6. JN-138 kod 40314028 saylı Dövlət Aktının surətindən görünür ki, 0.78 ha torpaq sahəsi Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
7. MH seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Qax rayonu Zərnə kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi X3 mülkiyyətindədir.
8. Qax rayon Zərnə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışın surəti.
9. DTXK-nın Qax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyindən görünür ki, Şöbə 0.20 ha torpaq sahəsinin X1 etiraz etməmişdir.
10. A seriyalı 025163 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iddiaçı X4 pay torpağının tamamlanması məqsədi ilə 2000 kv.m torpaq sahəsi ayrılmış, X8 kitabında xx.xx.2006-ci il tarixli 326 nömrə ilə uçota alınmışdır.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(107)-155/2014 nömrəli qərarı;
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-1149/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 2003-cü il tarixli Qax rayonu Zərnə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı adı qeyd olunmuşdur.
13. Arxiv İdarəsi Respublika X9 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Qax rayonu Ləkit kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci, 2001-2005-ci, 2006-2010-cu və 2011-2015-ci illərin Təsərrüfatbaşına kitabından mərhum X2 ailə başçısı kimi olmaqla ailə tərkibi, istifadəsində olan ev və həyətyanı torpaq sahəsi qeyd olunmuşdur.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İdiaçının adına tərtib edilmiş JN-136F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,63ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı, uqodiyası çoxillik əkmə, mülkiyyəti xüsusi, faktiki istifadəçisi İddiaçı, faktii sahəsi 0,80 ha təşkil edir. İdiaçının adına tərtib edilmiş JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,30ha torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçi 0,2729ha sahə X3 (**********83 saylı reystr), 0,1285ha torpaq sahəsi İddiaçı istifadəsində, faktiki sahə 0,4014ha təşkil edir. İstifadə olunan torpaq sahəsi JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,30ha torpaq sahəsi ilə üst-üstə düşür.Torpaq sahəsinin 0.18 ha hissəsi **********83 reyestr saylı çıxarışa əsasən X3 istifadəsində, 0.12 ha hissəsi isə İddiaçı istifadəsindədir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və məhkəmə iclası zamanı izahatından müəyyən edilir ki, iddiaçının hüquqi marağı JN-136A nömrəli 40314028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.İddiaçıya hüquqi yardım qaydasında həmin Şəhadətnamənin 0,18 ha hissəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ləğv edildiyi,0,12 ha hissə üzərində mülkiyyət hüququnun qeydə alınmasının mümkünlüyü izah edilmiş,iddiaçı tələbinin Şəhadətnaməyə əsasən verilmiş 0,30 ha torpaq sahəsinin qeydə alınması ilə bağlı olduğunu bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə aqrar islahat zamanı 0.30 ha həyətyanı torpaq sahəsi verildiyinə istinad edir.Təqdim olunan JN-136A seriya 10314028 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,30 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçi 0,2729 ha sahə X3 (**********83 saylı reystr), 0,1285ha torpaq sahəsi İddiaçı istifadəsində, faktiki sahə 0,4014ha təşkil edir. İstifadə olunan torpaq sahəsi JN-136A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,30ha torpaq sahəsi ilə üstüstə düşür.Torpaq sahəsinin 0.18 ha hissəsi **********83 reyestr saylı çıxarışa əsasən X3 istifadəsində, 0.12 ha hissəsi isə İddiaçı istifadəsindədir. Qeyd edilən 0.18 ha torpaq sahəsi Qax rayon Zərnə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 saylı qərarı ilə X3 mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddia tələbinin hüquqi əsasını təşkil edən JN-136A nömrəli 40314028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-155/2014 nömrəli 03 sentyabr 2014-cü il tarixli qərarı ilə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0,18 ha hissədə ləğv edilmişdir.Yəni,iddia tələbinin əsası hesab edilən ilkin hüquqmüəyyənedici sənəd qüvvəsini itirdiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X8, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “JN-136N və JN-136F, KOD 40314028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında iddiaçıya məxsus 0,30 ha torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə