Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1561/2020 27.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının Cavabdeh qarşı "artıq ödənilmiş 5750,49 manat pensiya məbləğinin geri qaytarılması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı Cavabdeh qarşı "artıq ödənilmiş 5750,49 manat pensiya məbləğinin geri qaytarılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci ildə əlilliyə görə 188,09 manat məbləğində əmək pensiyası təyin edilmiş, lakin bundan sonra cavabdehin əlillik müayinəsi "Əlillik" altsistemində etibarsız edilmiş, bu səbəbdən də onun pensiyası xx.xx.2020-ci ildə dayandırılmışdır. Cavabdehə xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək ödənilmiş 5750,49 manat məbləğində pensiya ondan geri tələb edilsə də, cavabdeh ödəniş etməmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə görə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. ""İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı inzibati orqan olduğuna görə, cavabdehə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması üçün həmin orqan "İnzibati icraat haqqında" Qanunun 82.1-ci maddəsinə uyğun olaraq, özü inzibati akt qəbul etməli, həmin Qanunun 82.3-cü maddəsində sadalanan şərtlər mövcud olduqda, tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməli və inzibati aktı icra edilməsi üçün icra məmuruna göndərməlidir. Bunun üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Bu hallar məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu lə iddiaçının diqqətinə çatdırılmış, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçı hazırkı iddianı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə uyğun olaraq vermişdir. Həmin maddədə deyilir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məktubda daha sonra deyilir ki, cavabdehə inzibati akt əsasında düzgün olmayaraq təyin edilib ödənilmiş məbləğin geri qaytarılmasına onun razılığı yoxdursa icraya yönəldiləcək inzibati akt istisna olunur. İnzibati aktın ləğv olunması məsələləri "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsi ilə tənzimlənir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən etdiyindən hazırkı halda inzibati akt istisna olunur və "İnzibati icraat haqqında" Qanuna istinad oluna bilməz. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, əvvəla pensiyanın təyin edilməsi barədə qərar inzibati akt sayılmır, digər tərəfdən isə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı inzibati orqan olduğuna görə onun "İnzibati icraat haqqında" Qanunun 82-ci maddəsinə müvafiq hərəkət etməli olmasını istisna edən hal yoxdur. Yuxarıda göstərildiyi kimi, həmin filial ödənilmiş pensiya məbləğinin qaytarılması üçün ayrıca inzibati akt qəbul etməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının Cavabdeh qarşı "artıq ödənilmiş 5750,49 manat pensiya məbləğinin geri qaytarılması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1561/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1561/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver