Məhkəmə qərarları › İş №2-1(116)-1561/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1561/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1561/2023 23.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “1994-cü il tarixli, 10 saylı Zaqatala Şəhər Xalq Deputatları Sovetinin rəyi nəticəsində fəaliyyətini qiymətləndirmək məqsədi ilə İddiaçı ayrılmış Zaqatala şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair qanunsuz sənədləşmə yolu ilə alınan çıxarışın ləğv olunması və həmin torpağın üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1994-cü il tarixli, 10 saylı Zaqatala Şəhər Xalq Deputatları Sovetinin rəyi nəticəsində fəaliyyətini qiymətləndirmək məqsədi ilə İddiaçı ayrılmış Zaqatala şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair qanunsuz sənədləşmə yolu ilə X1 adına verilən çıxarışın ləğv olunması və həmin torpağın üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini aşağıdakı kimi əsaslandırmışdır: Zaqatala Şəhər Xalq Deputatlarının 1 sentyabr 1994-cü il tarixli 10 saylı qərarı əsasında “Qövs” kiçik müəssisənin fəaliyyətini genişləndirmək məqsədi ilə 0.03 ha torpaq sahəsi ayrılmışdır. X2 həmin torpaq sahəsini qanunsuz zəbt etmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan imtina cavabı vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etirazında bildirmişdir ki, sözügedən 0,03 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeydiyyata alınması nəzərdə tutulmuş "Qövs” kiçik müəssisəsinə dayaq məntəqəsi və elektrik avadanlıqlarının təmiri sexinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsinə dair təqdim olunmuş Zaqatala rayonu XDS-in 15 dekabr 1994-cü il tarixli qərarı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının yüklülüyünün və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında aşağıdakı qərardada təsbit olunan hüquqi mövqeyi iddiaçıya şifahi qaydada izah olunmuş,onun dinlənilmək hüququ təmin edilmişdir. Əsaslandırma hissəsi : İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən X1 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir.İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş,tələb təmin olunmamışdır. İddiaçı Zaqatala Şəhər Xalq Deputatlarının 1 sentyabr 1994-cü il tarixli 10 saylı qərarı əsasında “Qövs” kiçik müəssisənə ayrılan 0.03 ha torpaq sahəsinin koordinatlarında üçüncü şəxsə çıxarış və plan-ölçü sənədinin verildiyini iddia edir. Məhkəmə tərəfindən işin hallarına əsasən müəyyən edilmişdir ki, 09 mart 2022-ci il tarixli 2-1(116)-315/2022 saylı qərarına əsasən iddiaçı “QÖVS” kiçik müəssisəsinin direktoru İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala Rayon Xalq Deputatları Sovetinin 15 dekabr 1994-cü il tarixli qərarına əsasən Zaqatala şəhəri, Yeni yaşayış massivi ərazisində “QÖVS” kiçik müəssisəsinə dayaq məntəqəsi və elektrik avadanlıqlarının təmiri sexinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq plan və ölçü sənədlərinin, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş,həmin qərar qanuni qüvvəyə minmişdir.Həmin qərara əsasən iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etməmiş,belə sənəd aşkar olunmamışdır. Hazırkı işin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində qeyd etdiyi 0,03 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyil. Belə ki, iddiaçı iddia ərizəsində torpaq sahəsinin “QÖVS” kiçik müəssisəsinə Zaqatala Rayon XDS-in müvafiq qərarı əsasında dayaq məntəqəsi və elektrik avadanlıqlarının təmiri sexinin tikintisi məqsədilə verildiyini əsas gətirsə də, XDS-in iddiaçı tərəfindən istinad olunan qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının yüklülüyünün və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı hazırkı iş üzrə çıxarışın mübahisələndirilməsi ilə bağlı iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “1994-cü il tarixli, 10 saylı Zaqatala Şəhər Xalq Deputatları Sovetinin rəyi nəticəsində fəaliyyətini qiymətləndirmək məqsədi ilə İddiaçı ayrılmış Zaqatala şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə dair qanunsuz sənədləşmə yolu ilə alınan çıxarışın ləğv olunması və həmin torpağın üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar