Məhkəmə qərarları › İş №2-1(116)-1565/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1565/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1565/2024 21.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Teymur Əhmədov Adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “xx.xx.2017-ci il tarixli 4Ə-712 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli 4Ə- 713 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında əldə edilmiş Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evləri üzərində Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 4Ə-712 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli 4Ə-713 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında əldə edilmiş Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evləri üzərində Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixli 4Ə-712 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında X1 xüsusi mülkiyyətində olan və Göyçay rayonu Potu kəndi ərazisində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 376.8 m2, yaşayış sahəsi 95.1 m2, yardımçı sahəsi 281.7 m2 olan 4 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsini, xx.xx.2017-ci il tarixli 4Ə-713 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında X1 xüsusi mülkiyyətində olmuş və Göyçay rayonu Potu kəndi ərazisində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 579.8 m2, yaşayış sahəsi 108.6 m2, yardımçı sahəsi 489.2 m2 olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsini Teymur Əhmədov adına "xxxx" QSC əldə etmişdir. Qeyd edilən alğı-satqı müqavilələri əsasında həmin fərdi yaşayış evləri üzərində Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan 11 oktyabr 2023-cü il tarixli 3-21-3-36/2-3765/2023 saylı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildiriş göndərmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, Göyçay rayonu, Potu kəndində yerləşən fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Teymur Əhmədov adına "xxxx" QSCyə məxsus fərdi yaşayış evləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Bu səbəbdən, cavabdeh inzibati orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə istinad edərək, Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evləri üzərində Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay rayonu, Potu kəndində yerləşən fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı uçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış və qeydiyyat uçun zəruri olan ınventarlaşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi elektron baza məlumatlarlında (DVJ) - Yuxarı Şirvan kanalının mühafizə zolağında yerləşir, ugodiyası yarasız kimi qeyd edilmişdir, torpaqların yeni elektron uçot baza məlumatranda (TEKUİS)- kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. Bu səbəbdən də. ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdeh nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü -cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AN-0650417 daşınmaz əmlakın alqı-satqı müqaviləsi.

3. AN-0650416 daşınmaz əmlakın alqı-satqı müqaviləsi.

4. 31.10.2008-ci il tarixli Daşınmaz əmlakın texniki pasportun surəti.

5. 19.03.2011-ci il tarixli Daşınmaz əmlakın texniki pasportun surəti.

6. BA seriyalı 760739 nömrəli Daşınmaz Əmlakın icbari sığortası Şəhadətnaməsinin surəti.

7. BA seriyalı 805753 nömrəli Daşınmaz Əmlakın icbari sığortası Şəhadətnaməsinin surəti.

8. MH ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X2 olmuşdur.

9. MH ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X2 olmuşdur.

10. Göyçay Rayon Notariat Ofisinin 13 may 2024-cü il tarixli məktubu və ona əlavə edilən sənədlər.

11. Cavabdehin 13 may 2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı alqı-satqı qaydasında əldə etdiyi fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, bu barədə çıxarışın verilməsindən ibarətdir. Cavabdehin hüquqların qeydiyyata alınmasından imtina əsası alğı-satqı qaydasında əldə edilmiş fərdi yaşayış evlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilməsi ilə bağlıdır. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki,iddiaçının əldə etdiyi əmlaklara münasibətdə etimad hüququ mövcuddur.Belə ki, cavabdeh tərəfindən MH ******* və MH ******* seriya nömrəli çıxarışlar əsasında alqı-satqı predmeti olan fərdi yaşayış evləri üzərində X1 mülkiyyət hüququ qeydə alınmışdır.İnzibati orqan tərəfindən həmin çıxarışlar mübahisələndirilməmiş,ləğvinə dair inzibati icraat aparılmamışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası təsbit edilmişdir.Həmin maddəyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunan müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində də təsbit edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını aşağıdakıları ehtiva edir : Dövlət reyestrində qeydiyyata alınmış məlumatların doğru və tam olduğu qəbul edilir. Yəni, reyestrdə göstərilən məlumatların düzgün olduğunu, dövlət orqanları tərəfindən təsdiqləndiyini və yoxlanıldığını nəzərə alaraq, bu məlumatlar hüquqi etibara malikdir. Hüquqi etibara istinad edərək və reyestrdəki məlumatlara əsaslanaraq hüquqi əməliyyatlar,o cümlədən alqı-satqı həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 139-1.1.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarındandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə xx.xx.2017-ci il tarixli 4Ə-712 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli 4Ə-713 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında iddiaçı tərəfindən əldə edilmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 376.8 m2 və ümumi sahəsi 579.8 m2 olan fərdi yaşayış evləri üzərində Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar