Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-157/2020 18.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “xx.xx.1971-xx.xx.1974-cü illərdə Ağsu rayon Ərəbuşağı kəndində telefonçu, 1979-1995-ci illərdə Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda və xx.xx.1997-xx.xx.2000-ci illərdə, xx.xx.2000-xx.xx.2004-cü illərdə Aratkənd tam orta məktəbində gözətçi işlədiyi illərin iş stajına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə Ağsu rayonunda anadan olmuşdur. Pensiya yaşı çatdığı üçün işlədiyi illərin Arxiv arayışlarını cavabdehə təqdim edərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli məktubla ona, əmək kitabçası olmadığı üçün məhkəməyə müraciət etməyini bildirmişdir. Qeyd edir ki, o, xx.xx.1971-xx.xx.1974-cü illərdə Ağsu rayon Ərəbuşağı kəndində telefonçu, 1979-1995-ci illərdə Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda, xx.xx.1997- xx.xx.2000-ci illərdə və xx.xx.2000-xx.xx.2004-cü illərdə Aratkənd tam orta məktəbində gözətçi işləmişdir, lakin pensiya idarəsi əmək kitabçası olmadığı üçün bu iş illərini qəbul etmək istəmir. Bunun üçün də məhkəməyə müraciət edir. Cavabdehin etirazının dəlilləri: İddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1974-xx.xx.1975-ci illər üzrə hərbi xidmət dövrü olmaqla 1 il 4 ay 13 gündür. Arxiv arayışına əsasən 1979-1995-ci illərdə kolxozda işlədiyi müddət kişilər üçün minimum əmək iştirakı norması (adam günü) nəzərə alınmaqla 14 il 3 ay 4 gündür. Vətəndaşın xx.xx.1974-xx.xx.1975-ci illər üzrə hərbi xidmət dövrü 1 il 4 ay 13 gündür. İddiaçıya təqdim edilmiş hər bir arxiv arayışları üzrə ayrı ayrılıqda iş stajı, xx.xx.1971-xx.xx.1974-cü illərdə 2 il 2 ay 1 gün, 1979-1995-ci illərdə 14 il 3 ay 4 gün, 1997-2004-cü illərdə 7 il 4 ay 4 gün olmaqla, ümumi olaraq 23 il 9 ay 9 gündür. İddiaçının tələbində qeyd etdiyi xx.xx.2004-xx.xx.2004-cü illər üzrə əmək haqqı alması barədə heç bir arxiv arayışı yoxdur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Odur ki qeyd olunan dövrdə vətəndaşın əmək haqqı alması və ondan məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir sənəd olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi ümumiyyətlə mümkün deyil. Belə olan halda isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi staj tamamlanmır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Ağsu rayonu Aratkənd kəndində doğulmuşdur. İş materiallarında olan Ağsu rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 108 nömrəli Arxiv Arayışından görünür ki, iddiaçı xx.xx.1971-ci il 165 nömrəli əmrin 2-ci paraqrafına əsasən Ərəbuşağı kəndinə telefonçu vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Ağsu rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 40 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı 1979-1995-ci illərdə “Özbəkistan” və “Maşadqanlı” kolxozlarında işləyərək əmək haqqı almışdır. İş materiallarında olan Ağsu rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 107 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı 1997-2003-cü illərdə Aratkənd məktəbində işləyərək əmək haqqı almışdır. İş materiallarında olan Ağsu Rayon Təhsil Şöbəsi M.Mirzəmmədov adına Aratkənd kənd tam orta məktəbinin xx.xx.2019-cu il tarixli 131 nömrəli Arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək Ağsu rayon M.Mirzəmmədov adına Aratkənd kənd tam orta məktəbində gözətçi vəzifəsində işləmişdir. İş materiallarında olan DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə müraciət etmiş, lakin vətəndaşın əmək kitabçası olmadığı üçün pensiya təyinatından imtina edilmişdir. xx.xx.2019-cu il tarixdə əmək pensiyası yaşı tamam olmuşdur. Vətəndaşın mübahisələndirilməyən sığorta stajı xx.xx.1974-xx.xx.1975-ci illər üzrə hərbi xidmət dövrü olmaqla 1 il 4 ay 13 gündür. Vətəndaşın iddia tələbində qeyd olunan arxiv arayışı üzrə iş stajı 23 il 7 ay 26 gündür. İddiaçının tələbində qeyd etdiyi xx.xx.2004-xx.xx.2004-cü illər üzrə əmək haqqı alması barədə heç bir arxiv arayışı yoxdur. İş materiallarında olan DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, vətəndaşın iddia tələbində qeyd olunan arxiv arayışı üzrə iş stajı 23 il 9 ay 9 gündür. Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda kişilər üçün əmək norması 240 (iki yüz qırx) adam günü olmuşdur. İş materiallarında olan Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 14 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2004-xx.xx.2014-cü il tarixə qədər olan dövr üzrə əmək haqqı cədvəlləri və Aratkənd tam orta məktəbinin əmr kitabları Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan AR Təhsil Nazirliyi Ağsu Rayon Təhsil Şöbəsi M.Mirzəmmədov adına Aratkənd kənd tam orta məktəbinin xx.xx.2020-ci il tarixli 178 nömrəli 135/4, 222, 249, 141 nömrəli əmrlərdən Çıxarışdan görünür ki, Maşadqanlı kənd sakini İddiaçı ərizəsinə əsasən xx.xx.1997-ci il tarixdən məktəbə gecə gözətçisi təyin edilmiş, İddiaçı xx.xx.2000-ci il tarixdən ərizəsinə əsasən gözətçi vəzifəsindən azad edilmişdir. Kərimov X1 sakini ərizəsinə və ehtiyaca görə xx.xx.2000-ci il tarixdən məktəbdə gözətçi təyin edilmiş, İddiaçı xx.xx.2004-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. İş materiallarında olan DSMF-nin Ağsu rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, vətəndaşın pensiya hüquqi yaranan vaxt minimum pensiya məbləği 160 manat olmuşdur. Vətəndaşa pensiya yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 23040 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın mübahisələndirilməyən iş stajının pensiya kapitalına çevirilməsi zamanı xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 989,45 manat pensiya kapitalı yaranır. Vətəndaşın mübahisələndirilən iş stajınnın pensiya kapitalına çevirilməsi zamanı xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17177,91 manat pensiya kapitalı yaranır. Vətəndaş ona pensiya hüquqi yaranan vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalına malik olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı xx.xx.2020-ci il tarixdə telegram göndərərək xəstəliyi ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinə qədər Aratkənd tam orta məktəbində əmək haqqı alması barədə heç bir sübut yoxdur. Onun həmin dövrdə məktəbdə gözətçi işləməsinə dair arayışlar verilsə də həmin dövrdə mək haqqı almasına dair sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin — Azərbaycan Respublikası Dövlət X5 sığorta haqları keçirmək şərti iləəmək pensiyası almaq hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixinə qədər Aratkənd tam orta məktəbində işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Ağsu rayon filialına qarşı “xx.xx.1971-xx.xx.1974-cü illərdə Ağsu rayon Ərəbuşağı kəndində telefonçu, 1979-1995-ci illərdə Ağsu rayon “Özbəkistan” və “Maşadqanlı” kolxozunda və xx.xx.1997-xx.xx.2000-ci illərdə, xx.xx.2000-xx.xx.2004-cü illərdə Aratkənd tam orta məktəbində gözətçi işlədiyi illərin iş stajına daxil edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-157/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-157/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver