Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1577/2024 25.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, xx xxxxx 1957-ci İldə Balakən rayonunda anadan olmuşdur. O, 1972-ci ildə Şəki Pedaqoji məktəbinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin əmək və rəsmxət ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1976-cı ildə Balakən rayonu Meşəşambul kənd orta məktəbinə əmək və rəsmxət müəllimi təyin edilmişdir. 01 sentyabr 1983-cü ildə həmin məktəbdə müəllim işi saxlanılmaqla Qazbölük kənd 8 illik məktəbinə müəllim təyin edilmişdir. xx.xx.2000-ci ildə isə Meşəşambul kənd orta məktəbindən Qazbölük kənd otla məktəbinə ixtisası üzrə əmək təlimi müəllimi dəyişdirilmişdir. 01 sentyabr 2003-ctı il tarixdən Qazbölük kənd orta məktəbin əmək təlimi müəllimi işindən azad olunmuşdur. Bundan sonra heç bir yerdə əmək fəaliyyətini davam etdirməmişdir. İddiaçı xx.xx.1957-ci ildə doğulduğundan və 65 vaşı 2022-ci ilin aprelin 14-də tamam olduğundan həmin tarixdən iddiaçının pensiya almaq üçün subyektiv hüququ yaranmış, buna görə də ona pensiya təyin edilməsi məqsədi ilə sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaltə Fondunun 3 say 1 Şəki Zaqatala regional filialına təqdim etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla) 8 il 7 ay təşkil edir. Aparılan araşdırma zamanı iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1976-cı il tarixdən 01 09.2003-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Qazbölük kənd tam orta məktəbindəki xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti zamanı xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən 01,10.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən 31,05.1987-ci il tarixədək, xx.xx.1987ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən 31,05.1997-ci il tarixədək, 01,09.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, 01,06.2000-ci il tarixdən 31,08.2000-ci il tarixədək, 01,10.2000-ci il tarixdən 31.10. 2001-ci il tarixədək, 01,12.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək adına əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Cavabdeh orqan ƏPHQ-nun 1.0.1, 1.0.2, 21.1, 22-1.1-ci maddələrini sadalamaqla iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-cü il tarixli imtina məktubu, 030963 nömrəli Diplom, НЗ ******* nömrəli hərbi bilet (xx.xx.1977-xx.xx.1979), ******* nömrəli əmək kitabçası (əmək fəaliyyəti müddəti: xx.xx.1976-xx.xx.1983, xx.xx.2000-xx.xx.2003), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin xx.xx.2024cü il tarixli məktubuna əlavə edilmiş Meşəşambul kənd orta məktəbində işə qəbul edilməsi və Qarabölük kənd orta məktəbinə iş yerinin dəyişdirilməsi və işdən azad edilməsinə dair əmrlərdən çıxarışlar. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). İddiaçının 10 il 8 ay 25 gün sosial sığorta stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının Qazbölük kənd tam orta məktəbində xx.xx.1976xx.xx.2003-cü il tarixlərə aid əmək fəaliyyətinin xx.xx.1976-xx.xx.1983, xx.xx.1984xx.xx.1984, xx.xx.1986-xx.xx.1987, xx.xx.1987-xx.xx.1994,xx.xx.1995-xx.xx.1997, xx.xx.1997-xx.xx.2000, xx.xx.2000-xx.xx.2000, xx.xx.2000-xx.xx.2001 və xx.xx.2001xx.xx.2003-cü illəri əhatə edən dövrüdür. Məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyətini təsdiq edən sənədlər Şəki-Zaqatala Regional Təhsil İdarəsindən sorğu edilərək öyrənilmişdir. Təqdim edilmiş əmrdən çıxarışlarla iddiaçının xx.xx.1976-xx.xx.2003-cü il tarixlərdə əmək fəaliyyətinin olması sübuta yetirildiyindən məhkəmə, mübahisələndirilən dövrlər üzrə iddiaçının əmək haqqı almaması ilə bağlı cavabdehin subyektiv mülahizələrinə əlavə olaraq hüquqi qiymət verilməsinə lüzum görmür. Belə ki, cavabdeh orqan əmək haqqının ödənilib-ödənilməməsi ilə bağlı 20-40 il bundan əvvəl tərtib edilmiş sənədlərə istinad edirsə bu zaman o, həm də mübahisələndirdiyi dövrdə əmək haqqından məcburi dövlət sosial sığorta ayrımalarının həmin dövrdə hansı qaydada və hansı hesaba ödənilməsini, nəyə görə o məlumatlara özünün malik olmamasını, iddiaçının işlədiyi pedaqoji kollektivə münasibətdə digər şəxslərin əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi halda məhz iddiaçıya münasibətdə ödənişin aparılmamasını əsaslandırmalıdır. Məhkəmənin icraatında olan bir çox mübahisələrdən məlumdur ki, ümumiyyətlə xx.xx.2019-cu il tarixədək hesablanmış mdss haqları ilə bağlı cavabdeh orqan bir çox hallarda mötəbər məlumat bazasına malik deyil. Odur ki, mdss haqlarının yığılmasına birbaşa məsul olan dövlət orqanı bu sahədə yarıtmaz fəaliyyətini digər orqanlar hesabına tamamlayırsa bu zaman konkret məlumatların aşkar edilməməsinin obyektiv və subyektiv səbəblərini nəzərə almalı, bunu iddiaçının sosial təminat hüququnun pozulması vasitəsi kimi istifadə etməməlidir. Odur ki, şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı hər bir halda 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.