Məhkəmə qərarları › İş №2-1(116)-1579/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1579/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1579/2022 06.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işlədiyi müddət nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işləməsi barədə sosial sığorta stajının müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işləmişdir. O, cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən əmək kitabçasının, təhsil haqqında attestatın və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 15 il 11 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçanın surətində qeyd edilmiş xx.xx.1991ci il tarixindən 12.01,2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 14 saylı arxiv arayışına əsasən əmək kitabçanın surətində qeyd olunmuş "xxxx" ASC-nin xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədləri Ağsu rayon Dövlət Arxivinnə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğdə yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********7 nömrəli etiraz məktubunda imtina ilə eyni məzmunlu məlumatları göstərərək qeyd etmişdir ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 regional filialına müraciət etmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna olmaqla) təhsil haqqında attestata və hərbi biletə əsasən 15 il 11 ay mübahisələndirilməyən sosial sığorta stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 01,07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır. Bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin “onun xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işlədiyi müddət nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmasını xahiş etmişdir. xx.xx.2022- ci il tarixli məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İddiaçının 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Ağsu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 161 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixli 01 saylı rəyə əsasən soyadının sonluğunu “Orucov”dan “Oruclu” soyadına dəyişdirmişdir. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 47 nömrəli arxiv arayışında qeyd olunur ki, Ağsu rayon 1 nömrəli Konserv zavoduna aid sənədlər Arxivə təhvil verilməmişdir. Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1991-ci il tarixli 137k nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə Ağsu rayonunda yeni yaradılmış konserv zavoduna direktor təyin edilmişdir. "xxxx" ATSC-nin sədrinin xx.xx.2003-cü il tarixli 2 nömrəli əmrindən görünür ki, həmin əmrlə istehsal zərurəti ilə əlaqədar iddiaçı icraçı direktor təyin edilmişdir. 964530 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək təhsil almışdır. 771 nömrəli attestatın surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976cı ilədək Zərdab peşə məktəbində buldozer, skreyper, qreyder ixtisası üzrə peşə təhsili almışdır. (11 ay 22 gün) 3356528 nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. (2 il 13 gün) X4 Komitəsinin xx.xx.1991-ci il tarixli 286 nömrəli əmrində qeyd olunur ki, rayonun 2 nömrəli üzüm emalı zavodunun tabeliyində olan konserv məhsulları istehsalı sexinin ayrılaraq müstəqil fəaliyyəti təmin edilsin və Ağsu konserv zavodu yaradılsın. İddiaçıya məxsus xx.xx.1974-cü ildə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının iş illəri aşağıdakı kimidir: xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Ağsu Baş Süd zavodunda fəhlə işləmişdir (8 ay 12 gün); xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək texniki peşə məktəbində təhsil müddəti; xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək 2 nömrəli xüsusi mağazada işçi (20 gün) xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Ağsu təmir-tikinti sahəsində fəhlə 8 ay 25 gün); xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “M.Ə.Sabir” adına sovxozun 6 nömrəli briqadasında fəhlə işləmişdir (1 ay 13 gün); xx.xx.1979-cu il tarixdə ərizəsinə əsasən həmin tarixdən sovxozun 6 nömrəli briqadasının fəhləliyindən azad edilib, 3 nömrəli briqadaya fəhlə keçirilmişdir; xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “M.Ə.Sabir” adına sovxozun 3 nömrəli briqadasında fəhlə işləmişdir (1 il 8 ay 4 gün); xx.xx.1981-ci il tarixdən Şərab zavoduna laborant keçirilmişdir, xx.xx.1982-ci il tarixdə ərizəsinə əsasən laborant vəzifəsindən azad edilərək Şərab zavoduna böyük texnoloq keçirilmişdir (10 ay 3 gün); xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək Şərab zavodunda baş texnoloq işləmişdir (7 il 1 ay 27 gün); xx.xx.1989-cu ildə X4 Komitəsinin xx.xx.1989-cu il tarixli 767 nömrəli əmrinə əsasən baş texnoloq vəzifəsi ixtisara düşdüyü üçün ərizəsinə əsasən zavoda mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.1990-cı ildə 2 nömrəli üzüm emalı zavodunun nəzdində yaradılmış sexə sex rəisi təyin olunmuşdur (1 il 26 gün baş texnoloq vəzifəsində, 7 ay 1 gün sex rəisi vəzifəsində işləmişdir); xx.xx.1991-ci ildə köçürmə yolu ilə yeni yaradılmış Ağsu rayon Konserv zavoduna direktor təyin edilmiş, xx.xx.2003-cü il tarix zavodun səhmdar cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Ağsu Konserv-1 ATSC-yə icraçı direktor vəzifəsinə təyin edilmişdir. (direktor vəzifəsində iş stajı 12 il 5 ay 18 gün) xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Ağsu Konserv 1 ATSC-də icraçı direktor işləmişdir. (xx.xx.2006-cı il tarixədək iş stajı 2 il 3 ay 11 gün) Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, yuxarıda göstərilənlərə və əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının ümumi iş stajı 29 il 10 ay 12 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işlədiyi müddət nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar