Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-158/2021 03.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2nə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, X2 və X5 ümumi mülkiyyətinə verilmişdir. X7 xx.xx.2007-ci ildə vəfat etmişdir. Mərhumun əmlakına (Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsində 1961-ci ildə tikilmiş, yaşayış sahəsi 55,5 kv.m, köməkçi sahəsi 15,6 kv.m, ümumi sahəsi 71,1 kv.m olan üç otaqlı fərdi yaşayış evi) İddiaçı adına xx.xx.2011-ci ildə "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən 71,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçının adına olan xx.xx.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"ndan görünür ki, həmin torpaq sahəsində yaşayış evindən başqa, tövlə, quraqlıq, ayaqyolu, darvaza, hasar, hasar (metal tor) da olmuşdur. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsi həyata keçirilərkən məlum olmuşdur ki, sözügedən layihə çərçivəsində İddiaçı mərhum anası X3 məxsus 53,05 kv.m yaşayış evi, 16,10 kv.m şüşəbənd mətbəx, 21 kv.m açıq eyvan, 45,88 kv.m çardaq, 66 kv.m daş hasar, 1751,06 kv.m (həmin torpaq sahəsinin 262,67 kv.m hissəsi zəbt) torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Göstərilən əmlaka müstəqil qiymətləndirici tərəfindən ümumilikdə 55400 manat (yaşayış evinə görə 18567,50 manat, şüşəbənd mətbəxə görə 4025 manat, açıq eyvana görə 4200 manat, çardağa görə 3670,40 manat, daş hasara görə 3300 manat, torpaq sahəsi və meyvə ağaclarına görə 14883,90 manat) kompensasiya hesablanmış və xx.xx.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ bank vasitəsilə iddiaçıya ödənilmişdir. İddiaçı Cavabdeh2nə ərizə ilə müraciət edərək, həyətində olan tövlənin sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Qəbələ şəhəri - Hava Limanı yolunun yenidən qurulması zamanı iddiaçının həyətyanı sahəsinə ödənilən kompensasiya ona qanunamüvafiq qaydada bank vasitəsilə ödənilmişdir. Bundan sonra, iddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə, Cavabdeh2nə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə" xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli başqa bir iddia ərizəsi göndərməklə iddiasını dəyişdirmişdir. Həmin iddia ərizəsində tələb cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı verilmişdir və "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi"ndən ibarətdir. Daha sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(116)-1013/2020 nömrəli inzibati işdə birgə baxılan iki tələb üzrə icraat aşağıdakı ayrı-ayrı müstəqil icraata ayrılmışdır: 1) İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması" barədə, 2) İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Cavabdeh2ndən alınaraq iddiaçıya verilməsi" barədə. Hazırkı iş yuxarıda göstərilən 2-ci işdir. İddiaçı xx.xx.2021-ci ildə məhkəməyə ərizə verərək iddia tələbini dəqiqləşdirmiş və bildirmişdir ki, cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Cavabdeh2ndən tələb etdiyi 20000 manat məbləğində maddi ziyanın ödənilməsini yalnız Cavabdeh2ndən tələb edir, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən həmin maddi ziyanı tələb etmir. Beləliklə, hazırkı qərar İddiaçı Cavabdeh2nə qarşı sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın Cavabdeh2ndən alınaraq ona verilməsi barədə iddiası üzrə çıxarılmışdır. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, ona məxsus olan həyətyanı torpaq sahəsində yerləşən və dəyəri ödənilmiş tikililər söküldüyü zaman ona məxsus olan tövlə Cavabdeh2 işçiləri tərəfindən qanunsuz olaraq sökülmüş və bununla da ona 20000 manat maddi ziyan vurulmuşdur. Cavabdeh2 iddiaya qarşı xx.xx.2020-ci il tarixli 2/1507/315 nömrəli etirazında bildirmişdir ki, görülmüş işlərə dair tərtib olunan aktlarda İddiaçı məxsus tövlə binasının sökülməsinə aid heç bir qeydiyyat yoxdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 55,5 kv.m yaşayış sahəsi və 15,6 kv.m yardımçı sahədən ibarət olan 71,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, 1 mərtəbəli 45,15 kv.m sahədən ibarət tövlə, 1 mərtəbəli 42 kv.m sahədən ibarət quraqlıq, 2,4 kv.m sahədən ibarət olan ayaqyolu və 20,45 kv.m sahədən ibarət hasar tikilisi İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolundan görünür ki, müstəqil qiymətləndirici tərəfindən torpaq sahəsi və yaşayış evinə görə ümumilikdə 55400 manat kompensasiya hesablanmış və xx.xx.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ iddiaçıya ödənilmişdir. - İşdə olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X18 xx.xx.2020-ci il tarixli **********41 nömrəli məktubundan görünür ki, iddiaçının mülkiyyətində 0,16 ha həyətyanı torpaq sahəsi olmuş və həmin torpaq sahəsindən yol çəkilişi ilə bağlı layihəyə düşən torpaq sahəsi çıxıldıqdan sonra mülkiyyətində 0,011161 ha torpaq sahəsi qalmışdır. - İşdə olan, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 43 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı məxsus tövlənin kimlərin tərəfindən sökülməsi haqqında məlumat yoxdur. - İşdə olan, Cavabdeh2 xx.xx.2020-ci il tarixli 2/1507/315 nömrəli etiraz məktubundan görünür ki, görülmüş işlərə dair tərtib olunan aktlarda İddiaçı məxsus tövlə binasının sökülməsinə aid heç bir qeydiyyat yoxdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçıya zərərin vurulmasında cavabdehin təqsirinin müəyyən edilməsidir. İddiaçı öz tələbini belə əsaslandırır ki, ona məxsus olan tövlə cavabdehin işçiləri tərəfindən sökülmüş, lakin tövlənin dəyəri ona ödənilməmişdir. Cavabdeh bu iddianı etiraf etmir və bildirir ki, tövlənin kim tərəfindən sökülməsi barədə məlumatı yoxdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə İddiaçı ona məxsus tövlənin Cavabdeh2 və Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən sökülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif edilmiş və iddiaçı həmin məktuba cavab olaraq məhkəməyə İddiaçı, Daşdiyev Mənsur və qeyriləri (cəmi 15 nəfər) tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli akt təqdim etmişdir. Həmin aktda deyilir ki, torpaq sahəsində olan tikililər sökülən zaman icra hakimiyyətinin nümayəndəsi Arif müəllimin başçılığı altında mal tövləsi də sökülmüşdür. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, həmin akt iddiaçının özü tərəfindən və öz adından yazılmışdır. Məhkəmə bu qənaətə, aktda söhbətin kimə məxsus evdən və tövlədən getməsi göstərilmədiyi halda, "mülkiyyətimdə olan", "Arif müəllimin qəbulunda olsam da" kimi kəlmələrdən istifadə edildiyinə görə gəldi. İddiaçı tövlənin sökülməsində Cavabdeh2 başçısının müavini X4, Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi X10 və Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri X11 iştirak etdiklərini bildirərək onların şahid qismində dindirilməsini xahiş etmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı xx.xx.2020-ci il tarixə təyin edilərək göstərilən şəxslər məhkəmə iclasına dəvət olunmuş, lakin "Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatına əsasən, məhkəmə iclasının keçirilməsi mümkün olmamışdır. Buna baxmayaraq şahid qismində dəvət edilmiş X9 xx.xx.2020-ci ildə məhkəməyə gələrək yazılı izahat vermişdir. O, həmin izahatında bildirmişdir ki, İddiaçı tövləsinin sökülməsi ilə bağlı Cavabdeh2 heç bir məlumatı yoxdur. Belə ki, X22 tikintisi vaxtı 22 km məsafədə bütün fərdi yaşayış evlərinin, həmçinin qeyriyaşayış obyektlərinin dövlət layihəsinə düşməsi ilə əlaqədar Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Bütün obyektlər qeydiyyata götürülmüş, sonradan Maliyyə Nazirliyi tərəfindən qiymətləndirilərək vətəndaşların pulları bank vasitəsilə ödənilmişdir. Həmçinin İddiaçı həyətindəki tikililər və torpaq qiymətləndirilərək 55400 manat vəsait ödənilmişdir. Bu pula da vətəndaş 5 otaqlı yeni ev tikmişdir. Vətəndaşın qeyd etdiyi tövlənin sökülməsi barəsində vətəndaşa bir neçə dəfə izah olunmuşdur. İcra Hakimiyyəti və ya Bələdiyyə tikinti sökmür. Bundan başqa, müəyyən problemlərlə də bağlı vətəndaşa bir neçə dəfə köməklik göstərilmişdir. Şahid qismində dəvət edilmiş X14 və X16 həmin tarixdə məhkəməyə gəlməmişlər. Bundan sonra şifahi məhkəmə baxışı xx.xx.2021-ci il tarixə təyin edilərək X14 və X16 yenə də şahid qismində məhkəməyə dəvət olunmuş, lakin üzürlü səbəb olmadan gəlmədiklərinə görə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadına əsasən, hər biri yüz manat cərimə edilmişlər. Daha sonra şifahi məhkəmə baxışı təkrarən xx.xx.2021-ci il tarixə təyin edilmiş və həmin məhkəmə iclasında X14 və X16 şahid qismində dindirilmişlər. X6 ifadəsində göstərdi ki, o, İddiaçı ilə orta məktəbdə bir sinifdə oxumuş, onunla eyni kənddə yaşayır, onunla düşmənçiliyi, ədavəti yoxdur. O, 2005-ci ildən xx.xx.2012-ci ilədək Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İddiaçının həyətindəki ev sökülmüşdür. Evi Azəravtoyol və Cavabdeh2 sökdürürdü. İcra Hakimiyyətindən X9 və memar sökdürürdülər. O özü evin söküldüyü zaman həmin yerdə olmuş, lakin işlə bağlı onu çağırdıqlarına görə o, çıxıb getmiş və tövlənin kim tərəfindən söküldüyünü görməmişdir. X8 ifadəsində göstərdi ki, İddiaçı həmkəndli kimi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. O, 2005-2019-cu illərdə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, xx.xx.2021-ci ildən etibarən yenə həmin vəzifədə işləyir. O, İddiaçı məxsus evin sökülməsinin şahidi olsa da, həmin vaxt tövlənin sökülməsini xatırlamır. Göründüyü kimi, iddiaçının dəvət etdiyi şahidlər iddiaçıya məxsus olan tövlənin Cavabdeh2 tərəfindən sökülməsini təsdiq etməmişlər. İddiaçı məhkəməyə ona cavabdeh tərəfindən maddi ziyan vurulmasını təsdiq edən başqa sübut da təqdim edə bilməmişdir. Beləliklə, cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi zərərin vurulması müəyyən edilmədi. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh2nə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-158/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-158/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver