Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1584/2022 27.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Dövlət Müdafiə Nazirliyinə qarşı ərizəsinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Müdafiə Nazirliyinə qarşı ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin məhkəməyə daxil olmuş ərizədə həmin normanın tələblərinə riayət edilməmişdir. Belə ki, əvvəla, ərizədə cavabdeh qismində göstərilmiş "Azərbaycan Dövlət Müdafiə Nazirliyi" adlı qurum mövcud deyil. Bu səbəbdən də, iddia tələbinin hansı inzibati orqana qarşı yönəlməsi aydın deyil. Həmin çatışmazlıq iddianın mümkün sayılmasını istisna edir. İkincisi, ərizədə iddia tələbi aydın şəkildə ifadə edilməmişdir. İddiaçı ərizədə "mənə hərbi təqaüdüm barədə köməklik", "Sovetlər dönəmindəki qulluğumun il təsdiqi", "qulluq illərimin güzəştli olması", "təsdiqim inzibati məhkəmə tərəfindən olunmalıdır" kimi ifadələrdən istifadə etsə də, onun məhkəmədən konkret olaraq nə barədə qərar çıxarmasını istəməsi aydın deyil. Aydın olmayan iddia tələbi isə mümkün sayıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddiaların mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiyini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Lakin İddiaçı bu mümkünlük şərtinə də riayət etməmişdir. Belə ki, o, hər hansı inzibati orqana müraciət etməsini və həmin orqanın onun tələbini təmin etməkdən imtina etməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə həmin çatışmazlıqlar İddiaçı diqqətinə çatdırılmış, bu çatışmazlıqların iddianın mümkünlüyünü istisna etməsi izah edilmiş, eləcə də onların aradan qaldırılması, bununla razılaşmadığı halda isə, fikrini yazılı şəkildə məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu iddiaçıya xx.xx.2022-ci ildə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində, nə də ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin məktubuna cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Dövlət Müdafiə Nazirliyinə qarşı iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1584/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1584/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver