Məhkəmə qərarları › İş №2-1(116)-159/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-159/2021

21.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-159/2021 21.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xx.xx.1992-ci ildə doğulmuş X4 2-ci dərəcəli əlillik və xx.xx.1990-cı ildə doğulmuş X2 əlilliyin təyin olunmasından imtina barədə qərarların ləğv edilməsi" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xx.xx.1992-ci ildə doğulmuş X4 2-ci dərəcəli əlillik və xx.xx.1990-cı ildə doğulmuş X2 əlilliyin təyin olunmasından imtina barədə qərarların ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, oğlu Ramazan Ramazanov İ qrup əlil olsa da, ona İİ qrup əlillik verilmişdir. Onun İ qrup əlilliyinə dair sənədlər cavabdehə təqdim edilsə də, sonuncu bundan imtina etmişdir. Bundan başqa, qızı Ülviyyə Ramazanova da xəstə olduğundan onun da sənədləri əlilliyin qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh bundan da imtina etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsində deyilir ki, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Həmin Məcəllənin 26.3-cü maddəsində deyilir ki, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. İşdən görünür ki, X6 1992-ci il, X5 isə 1990-cı il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmış şəxsdirlər və onların məhdud fəaliyyət qabiliyyətli, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, eləcə də İddiaçı onların qəyyumu təyin edilməsi barədə sübut yoxdur. Belə olan halda, onların hüquqları ilə bağlı hazırkı iddianı qaldırmaq hüququ İddiaçı yox, onların özünə məxsusdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, X3 və X1 qanuni nümayəndəsi təyin olunması barədə sənəd vardırsa, onun məhkəməyə təqdim edilməsi xahiş edilmiş, lakin iddiaçı məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizədə qəyyum təyin olunması barədə sənədin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xx.xx.1992-ci ildə doğulmuş X4 2-ci dərəcəli əlillik və xx.xx.1990-cı ildə doğulmuş X2 əlilliyin təyin olunmasından imtina barədə qərarların ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar