Məhkəmə qərarları › İş №2-1(116)-1590/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1590/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1590/2022 19.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə pensiya təyin edilməsi, müraciətdən əvvəlki 3 il üçün ödənilməsi və xx.xx.2021-ci ildən ödənilmiş sosial müavinətlə ödənilməmiş pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə pensiya təyin edilməsi, müraciətdən əvvəlki 3 il üçün ödənilməsi və xx.xx.2021-ci ildən ödənilmiş sosial müavinətlə ödənilməmiş pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə İddiaçı həmin iddianın mümkünlüyü üçün əsasların mövcud olmaması barədə məlumat verilmiş və bundan sonra o, məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə göndərərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edəcəyini, həmin işə baxıldıqdan sonra hazırkı iddianı yenidən məhkəməyə verəcəyini bildirmiş və iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birlikdə ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə pensiya təyin edilməsi, müraciətdən əvvəlki 3 il üçün ödənilməsi və xx.xx.2021-ci ildən ödənilmiş sosial müavinətlə ödənilməmiş pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar