Məhkəmə qərarları › İş №2-1(116)-1592/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1592/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1592/2020 19.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tabeliyində xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qax şöbəsinin rəisi Seyfulla Ramazanova qarşı “xx xxxxx 2005-ci ildə Prezidentin 226 saylı fərmanı ilə ləğv olunan, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax rayon Dövlət X1 xx xxxxxx 2007-ci il tarixli qərarının X2 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, mübahisəli torpaq sahəsinin “Planı və ölçüsü”nün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsinə, atasından qalan mirasın – xx.xx.1952-ci il torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahələrinin qanun üzrə vərəsəlik qaydasında olduğu kimi adına rəsmiləşdirilməsi, torpağın yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tabeliyində xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qax şöbəsinin rəisi Seyfulla Ramazanova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxx 2005-ci ildə Prezidentin 226 saylı fərmanı ilə ləğv olunan, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax rayon Dövlət X1 xx xxxxxx 2007-ci il tarixli qərarının X2 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, mübahisəli torpaq sahəsinin “Planı və ölçüsü”nün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsinə, atasından qalan mirasın – xx.xx.1952-ci il torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahələrinin qanun üzrə vərəsəlik qaydasında olduğu kimi adına rəsmiləşdirilməsi, torpağın yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2020-ci il tarixdə atası X4 və anası X3 rəhmətə getdikləri üçün qanun üzrə vərəsəlik qaydasında atasından qalan ev və torpağı öz adına rəsmiləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı X7 Qax Rayon Şöbəsinə müraciət etmiş və xx xxxx 2020-ci ildə «Torpaq sahəsinin planı və ölçüsü» ona təqdim olunmuşdur. Kadastra baxarkən iddiaçıya məlum olmuşdur ki, atasının adında olan torpaq sahəsi xəbəri olmadan Qax Rayon Dövlət X1 xx xxxxxx 2007- ci il qərarı ilə sahəsi azaldılaraq ondan xəbərsiz, heç bir sənəd tələb etmədən anasının adına rəsmiləşdirilmişdir. Həm də kadastrda torpağın ölçüləri səhv işlənmişdir. İddiaçıya verilən kadastr X1 qərarına əsasən ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində tərtib olunmuşdur. İddiaçının atası hərbi xidmətdən qayıtdıqdan sonra həmin dövrün müvafiq qanunvericiliyinə əsasən xx.xx.1952-ci ildə verilmiş qərar ilə ona 25mx20m ölçüdə 0.05 ha torpaq sahəsi ayrılmış və orada ev tikdirmişdir. xx.xx.1959-cu ildə notarial qaydada təsdiq olunmuş müqavilə əsasında iddiaçının atasına 25mx35m ölçüdə əlavə torpaq sahəsi verilmiş və o, Dövlətdən ssuda götürərək həmin torpaq sahəsində ikinci ev tikdirir. 1996-cı ildə iddiaçının anası iflic olmuş, 2008-ci ildə dünyasını dəyişmişdir. Qardaşı infarkt keçirmişdir. İddiaçının anası, qardaşları dünyalarını dəyişdikləri üçün o, köməksiz, kimsəsiz və işsiz qalmışdır. İddiaçı qardaşının yetim qalmış üç uşağına və 1-ci qrup əlil olan oğluna ancaq baxa bilmiş və bu səbəblərdən atasından qalma mirası adına keçirə bilməmişdir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində cavabdehlər kimi qeyd etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X8 İdarəsi və Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax şöbəsinin rəisi Seyfulla Ramazanov inzibati orqan deyil. İnzibati məhkəmə icraatında baxılan işlərdə isə cavabdeh qismində inzibati orqan çıxış edir. Həmçinin, iddiaçının nəzərinə çatdırılmışdır ki, tələbinin “Qax Rayon Dövlət X1 xx xxxxxx 2007-ci il tarixli qərarının X2 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi” hissəsinə iddia ərizəsində cavabdehlər kimi qeyd etdiklərinin heç biri cavabdeh deyil. Bundan başqa yardım məktubunda o da iddiaçının diqqətinə çatdırılmışdır ki, tələbinin “plan-ölçünün ləğvi və mülkiyyət hüququnun qeydə alınması” hissəsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9 müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İddiaçı tərəfindən elektron poçt vasitəsi ilə məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizədə yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-ci bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tabeliyində xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qax şöbəsinin rəisi Seyfulla Ramazanova qarşı “xx xxxxx 2005-ci ildə Prezidentin 226 saylı fərmanı ilə ləğv olunan, fəaliyyəti qüvvədən düşmüş hesab olunan Qax rayon Dövlət X1 xx xxxxxx 2007-ci il tarixli qərarının X2 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, mübahisəli torpaq sahəsinin “Planı və ölçüsü”nün, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatının ləğv edilməsinə, atasından qalan mirasın – xx.xx.1952-ci il torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahələrinin qanun üzrə vərəsəlik qaydasında olduğu kimi adına rəsmiləşdirilməsi, torpağın yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar