Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-16/2021 03.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X4, Üçüncü şəxslər Yusifov Rövşən İzzət oğlu, X6 iştirakı ilə İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı (üçüncü şəxslər: Yusifov Rövşən İzzət oğlu, X8, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi) “X7 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 368 nömrəli və Yusifov Rövşən İzzət oğluna 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 379 nömrəli qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı (üçüncü şəxslər: Yusifov Rövşən İzzət oğlu, X8, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 368 və və 379 saylı qərarları və həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1990-cı il tarixli 311 saylı qərarı ilə yaradılması və nizamnaməsi təsdiq olunmuş İddiaçınə xx xxxxxx 1990-cı il tarixli, 433 saylı qərarla şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10.0 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçı Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) «İlkin» kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Torpaq sahəsinin cizgisi qərara əlavə edilmişdir. Qalan torpaq sahəsi kooperativin idarəçiliyindədir. DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli məktubu əsasında iddiaçıya məlum olmuşdur ki, kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 700 m2 Havarlı Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 379 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Yusifov Rövşən İzzət oğluna satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına xx xxxxxx 2017-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 1164029№li çıxarış verilmişdir. Kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 600 m2 Havarlı Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 368 saylı qərarı əsasında Mingəçevir şəhər sakini X1 və DƏDRXnin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adma xx xxxx 2017-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarış verilmişdir. İddiaçı bildirir ki, qeyd olunan torpaq sahələri Mingəçevir şəhərinə aid torpaq sahələri olduğundan Havarlı bələdiyyəsi həmin torpaq sahələrini sata bilməzdi. Çünki həmin torpaq sahələri qeyd edilən müvafiq qərarla ayrıldığı vaxtdan kooperativin istifadəsindədir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və “X7 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 368 nömrəli və Yusifov Rövşən İzzət oğluna 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 379 nömrəli qərarlarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. İş üzrə üçüncü şəxs DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********24 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı "İddiaçı” kooperativi tərəfindən Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 368 nömrəli və 379 nömrəli qərarlarının ləğvi ilə bağlı iddia etdiyi torpaq sahələri Yevlax rayonu Havarlı kəndində yerləşən Tərəvəzçilik-Südçülük sovxozuna məxsus olmuşdur. Bununla bağlı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı mövcuddur. Tərəvəzçilik-Südçülük sovxozu Dövlət aktı ilə təhkim edilmiş torpaq sahəsindən 1998-cı ilədək təsərrüfat kimi istifadə etmişdir. 1998-ci ildə Respublika ərazisində aparılan torpaq islahatı ilə əlaqədar dövlət aktındakı torpaqların mülkiyyət növləri dəqiqləşdirilmiş və Aqrar İslahat Komissiyasının qərarları ilə təsdiqləndikdən sonra torpaq payı almaq olan vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin ərazidə sonradan Havarlı Bələdiyyəsi yaradılmış və bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi bələdiyyəyə təhvil verilmişdir. Torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilməsinə baxmayaraq yenə də Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələridir. Qeyd edilən mübahisəli ərazidən əvvəllər da fərdi yaşayış evinin tikintisi məqsədilə vətəndaşların mülkiyyətinə torpaq sahələri verilmiş və DT və XK tərəfindən torpaq sahələrinə dair plan və ölçülər verilmişdir. Torpaq mülkiyyətçiləri həmin ərazidə yaşayış evləri inşa etmiş və həmin əmlaklar müxtəlif vaxtlarda vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda da həmin ərazidən həyətyanı torpaq sahəsi almış, lakin maddi vəziyyəti ilə əlaqədar işləmək üçün Rusiyaya səfər etmiş subyektlərin qərarları dövlət reyestrində qeydiyyata alınmamışdır. Müxtəlif vaxtlarda Mingəçevir şəhər icra orqanları tərəfindən bir sıra fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya istifadəsinə (icarəsinə) verilmiş torpaq sahələrinə dair hüquqi aktlar 2006-2017-ci illərdə Gəncə və Şəki İnzibati-İqtisadi Məhkəmələri tərəfindən etibarsız hesab edilmişdir Sonuncu dəfə “xxxx MMC-nin bu cur iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə çəkişməsi 2011-ci ildən 2018-ci ilədək davam etmiş, hətta iş həm iqtisadi qaydada, həm də inzibati qaydada baxılmasına baxmayaraq “xxxx” MMC-nin iddia tələbi rədd edilmişdir. 10 hektar torpaq sahəsi “İddiaçı" kooperativinə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 433 nömrəli qərarı ilə ayrılmışdır. Sözügedən torpaq sahəsinin istifadəsinə verilməsinə baxmayaraq, Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən hansı səbəbdənsə, torpaq üzərində mülkiyyət forması müəyyən edilməmişdir, halbuki, islahat zamanı kooperativə verilmiş torpağın dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi müəyyən edilməli, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqları təmin edilməli, müvafiq torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı” və ya torpaqdan müvəqqəti istifadəyə dair Şəhadətnamə verilməli idi. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqları dövlət qeydiyyatına alınmamış hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Ona görə də "İddiaçı” kooperativinə ayrılmış olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmədiyindən Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən Havarlı Bələdiyyəsinin istifadəsində olan ərazidən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olduğunun iddia edilməsi, həmçinin Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 368 nömrəli və 379 nömrəli qərarlarının və həmin qərarların hüququ nəticələrinin iəğv edilməsi barədə iddia qaldırılması əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Məmmədovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Yevlax şəhər İcra Hakimiyyətinin Başçılarına ünvanladığı xx.xx.2005-ci il tarixli, 17-9/154 nömrəli məktubunda qeyd olunduğu kimi Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının rayonun Havarlı, Hürüuşağı, X2 şəhərinin torpaqları ilə sərhəd mübahisəsi barədə xx.xx.2005-ci il tarixli, 185 saylı və eyni zamanda bu məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 353 saylı məktubları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər və Yevlax rayon şöbələrinin mütəxəssisləri, aidiyyəti bələdiyyə sədrlərinin və İcra Hakimiyyəti Başçılarının inzibati ərazi vahidliyi üzrə nümayəndələrinin iştirakı ilə keçmiş Azərbaycan SSRİ X15 Heyətinin xx.xx.1960-cı il tarixli və xx.xx.1962-ci il tarixli fərmanları ilə təsdiq olunmuş növbətçi xəritələrə əsasən yerində araşdırılmış, Mingəçevir şəhəri ilə Yevlax rayonunun inzibati sərhəd xətti yer üzərinə keçirilərkən məlum olmuşdur ki, əvvəlki illərdə keçmiş Mingəçevir şəhər XDS İK-nın və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müvafiq qərar və sərəncamları ilə Yevlax rayonunun inzibatı ərazisindən fiziki və hüquqi şəxslərin istifadələrinə (icarələrinə) müxtəlif ölçüdə torpaq sahələri verilmişdir. Təsərrüfata daimi təhkim olunmuş torpaqlardan hər hansı bir məqsəd üçün (fiziki və hüquqi şəxslərin icarəsinə, istifadəsinə və mülkiyyətinə) sahə ayrılması barədə qanunvericilikdə nəzərdə tutulan qaydada həmin torpaq sahələri geri alındıqdan və ya bununla əlaqədar torpaq istifadəçisinin razıİığı (rəyi) olduqdan sonra qəbul edilə bilər. Odur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yuxarıda qeyd olunan qərar və sərəncamların hüquqi əsası olmadığını bildirməklə, həmin qərarlarla ayrılan torpaq sahələrində yaranmış mübahəsələrin aradan qaldırılması məqsədilə qanunamüvafiq tədbirlərin görülməsini tövsiyyə etmişdir. Havarlı Bələdiyyəsi torpaq sahələrinin satılması barədə qərarlar qəbul edərkən DT və XK-nin Yevlax rayon şöbəsinin rəyləri alınmış, Havarlı Bələdiyyəsi icra qaydalarına əməl etməklə satmaq istədiyi torpaq sahələrinin onun mülkiyyətinə aid olub-olmamasını yoxlamış və bununla bağlı müvafiq səlahiyyətli dövlət orqanının rəylərində satılması nəzərdə tutulmuş torpaq sahələrinin Havarlı Bələdiyyəsinə aid olması göstərildiyindən, bələdiyyə qərar qəbul edərkən hər hansı səhvə yol verməmişdir. Havarlı Bələdiyyəsinin torpaq sahələrinin Mingəçevir şəhərlərinin ərazisinə aid edilməsi müvafiq orqanın qərarı ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 104-cü maddəsinə əsasən inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaratdığı xüsusi komissiyalar tərəfindən baxılır. Sözügedən torpaq sahəsinin hansı mülkiyət növü kimi xəritələşdirilmədiyi üçün torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələrinin həlli məqsədilə yerquruluşu işlərinin təşkil edilməsi, Bələdiyyənin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin, habelə bələdiyyənin hüdudları daxilində dövlət bələdiyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklərin müəyyən olunmasının, bütün koteqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə informasiya sisteminin yaradılması Xidmətin fəaliyyət istiqamətlərinə aid olduğundan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xxxx” MMC-nin Mingəçevir Layihə Tədqiqat idarəsinin səlahiyyətlərinə aid olduğundan iddia tələbi ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında mülki işə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinin üçüncü şəxs qismində işə cəlb olunması və onun nümayəndəsinin iştirakı ilə baxılması zəruridir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********58 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin əsassız olduğunu qeyd edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Dövlət Arxivinin Mingəçevir filialının Mingəçevir şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli 433 nömrəli qərarından çıxarışında görünür ki, qərara əsasən İddiaçınə Havarlı arxının cənub hissəsindən 10.0 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Mingəçevir Şəhər XDS-nin İK-nın xx.xx.1991-ci il tarixli, 606 nömrəli qərarı ilə İddiaçı ərazisindən 1.0 ha torpaq sahəsi ayrılaraq “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadəsi üçün verilmişdir. İş materiallarında olan 17 saylı Ərazi İdarəsinin etiraz məktubuna əlavə edilən sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 368 nömrəli qərarı ilə X7 0.06 ha torpaq sahəsi ayrılmış, DTXK-nın rəyi alınmış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A seriyalı 170416 nömrəli xx.xx.2017-ci il tarixli və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilərək torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Həmçinin müəyyən edilir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 379 nömrəli qərarı ilə Yusifov Rövşən İzzət oğluna 0.07 ha torpaq sahəsi ayrılmış, DTXK-nın rəyi alınmış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A seriyalı 216503 nömrəli xx.xx.2017-ci il tarixli və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilərək torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********58 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir:
1. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaq sahələrinin ünvanları ünvan 2 torpaq sahələri “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatlara əsasən Havarlı kənd ərazi vahidinin deyil, Mingəçevir şəhər inzibati ərazi vahidinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindəki koordinatlar daxilində yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddirlər.
2. Torpaq sahəsinin faktiki koordinatları müəyyən edildi. Həmin torpaq sahələri üzərində başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmamışdır.
3. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələrinin ünvanları Havarlı kəndi göstərilməsinə baxmayaraq həmin sənəddəki koordinatlara əsasən Mingəçevir şəhərinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. Xəritə materiallarına əsasən "Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahələri üzərində hal-hazırda **********88 və **********73 reyestr nömrələri ilə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
4. Torpaq sahəsinin ayrılması haqqında Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 433 nömrəli qərarından çıxarışa əsasən Mingəçevir şəhərinin həmin torpaqlar yerləşən ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir.
5. İş materiallarında olan “Mingəçevir şəhərinin baş planından çıxarış”da “İlkin" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinin sxemi göstərilmişdir. İddiaçı adı yazılmamışdır. Bununla belə "İlkin" fərdi kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması barədə Mingəçevir XDS İK-nın xx.xx.1991-ci il tarixli, 606 nömrəli qərarında torpaq sahəsinin İddiaçınə verilmiş ərazidən ayrılması bildirildiyindən baş plandan çıxarışa əsasən "İddiaçı” kooperativinə ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkündür (bax 6-cı sualın cavabına).
6. “Qönçə" kooperativinə ayrılmış torpaq sahəsinin planında İddiaçınə ayrılmış torpaq sahəsinin sərhədləri göstərilmişdir. Həmin torpaq sahəsinin 3 tərəfdən canlı sərhəddi vardır. 4-cü tərəfinin sərhəddi qırıq-qırıq xəttlə göstərilmişdir. Mingəçevir şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 433 nömrəli qərarı ilə "İddiaçı” kooperativinə ayrılmış torpaq sahəsinin ümumi sahəsi məlum olduğundan ayrılmış torpaq sahəsinin 4-cü sərhəddini də müəyyən etmək mümkündür.
7. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisində yerləşir.
8. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Havarlı bələdiyyəsinin inzibati ərazisində yerləşmir.
9. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri ilə iddiaçı "İddiaçı” kooperativinə ayrılmış torpaq sahəsi üst-üstə düşür (sxem əlavə olunur). Məhkəmənin 2-1(116)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 10/1742 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilir:
1. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaq sahələrinin ünvanları ünvan 2 torpaq sahələri “Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindəki koordinatlara əsasən, Havarlı kənd ərazi vahidinin deyil, Mingəçevir şəhər inzibati ərazi vahidinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindəki koordinatlar daxilində yerləşən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddirlər.
2. Torpaq sahəsinin faktiki koordinatları müəyyən edildi. Həmin torpaq sahələri üzərində yeri başqa şəxslərin hüquqları dövlət qeydiyyatına alınmamışdır.
3. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələrinin ünvanları Havarlı kəndi göstərilməsinə baxmayaraq, həmin sənəddəki koordinatlara əsasən Mingəçevir şəhərinin ərazisinə düşür. Torpaq sahələrinin Havarlı kəndinin ərazisində yerini müəyyən etmək mümkün deyildir. Xəritə materiallarına əsasən, “Torpaq sahəsinin planı və ölçüsü" sənədlərində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahələri üzərində hal-hazırda **********8 və **********73 reyestr nömrələri ilə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
4. Torpaq sahəsinin ayrılması haqqında Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 433 nömrəli qərarından çıxarışa əsasən Mingəçevir şəhərinin həmin torpaqlar yerləşən ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir.
5. İş materiallarında olan “Mingəçevir şəhərinin baş planından çıxarış”da “İlkin” kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinin sxemi göstərilmişdir. İddiaçı adı yazılmamışdır. Bununla belə “İlkin" fərdi kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması barədə Mingəçevir XDS İK-nın xx.xx.1991-ci il tarixli, 606 nömrəli qərarında torpaq sahəsinin “İddiaçı" kooperativinə verilmiş ərazidən ayrılması bildirildiyindən, baş plandan çıxarışa əsasən İddiaçınə ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkündür (bax 6-cı sualın cavabına).
6. "Qönçə" kooperativinə ayrılmış torpaq sahəsinin planında İddiaçınə ayrılmış torpaq sahəsinin sərhədləri göstərilmişdir. Həmin torpaq sahəsinin 3 tərəfdən canlı sərhəddi vardır. 4-cü tərəfinin sərhəddı qırıq-qırıq xətlə göstərilmişdir. Mingəçevir şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 433 nömrəli qərarı ilə İddiaçınə ayrılmış torpaq sahəsinin ümumi sahəsi məlum olduğundan, ayrılmış torpaq sahəsinin 4-cü sərhəddini də müəyyən etmək mümkündür.
7. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisində yerləşir.
8. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri Havarlı bələdiyyəsinin inzibati ərazisində yerləşmir.
9. İş materiallarında olan **********88 reyestr nömrəli, A seriyalı 216503 nömrəli və **********73 reyestr nömrəli, A seriyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuş torpaq sahələri ilə iddiaçı "Tacır” Kooperativinə ayrılmış torpaq sahəsi üst-üstə düşür. Əsaslandırma hissəsi:
İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarlarının etibarsız hesab edilməsini xahiş edir. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddia mümkündür və əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarlarının etibarsız hesab edilməsini xahiş edir. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan biri, yəni müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hazırkı işdə mövcud olduğundan qərarların etibarsızlığına dair tələb əsaslı hesab edilməlidir. İddiaçının etibarsızlığını tələb etdiyi bələdiyyə qərarları yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməməklə qəbul edilmiş, qeyd olunan torpaq sahələri bələdiyyənin mülkiyyətində olmamışdır. Bələdiyyə heç bir səlahiyyəti olmadan iddiaçının mülkiyyətində olan torpaq sahələrini qərar əsasında 3-cü şəxslərə satmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Mingəçevir şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 433 nömrəli qərarı ilə "İddiaçı” kooperativinə şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10.0 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçı Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) «İlkin» kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Torpaq sahəsinin ayrılması haqqında Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli, 433 nömrəli qərarından çıxarışa əsasən Mingəçevir şəhərinin həmin torpaqlar yerləşən ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Cavabdehin mübahisəli qərarları ilə ayrılması nəzərdə tutulan torpaq sahələrinin DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. Cavabdeh öz inzibati ərazi hüdudlarında yerləşməyən, özünün mülkiyyətində olmayan, iddiaçıya məxsus olub Mingəçevir şəhərinin inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini 3-cü şəxslərə satmışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hətta həmin torpaq sahələri cavabdehin inzibati ərazisində yerləşməklə onun mülkiyyətində olduğu halda belə 3-cü şəxslərin mülkiyyətinə verilə bilməzdi. DTXK-nın həmin torpaq sahələrinin ayrılması barədə rəyində də torpaq sahələrinin Kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Həmin maddənin 2006-cı ildə qüvvədə redaksiyasında da bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqlarının kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verildiyi təsbit olunmuşdur. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İK-si iddiaçıya şəhərin inzibati ərazi vahidinə daxil olan torpaq sahəsindən bağçılığın inkişafı üçün torpaq sahəsi ayırmış və hal-hazırda torpaq sahəsi kooperativin istifadəsindədir və qeyd edilən torpaq sahəsinin kooperativdən geri alınması və eləcə də XDS İK-nin bu barədə olan qərarının ləğv edilməsi müəyyən edilməmişdir. Yəni, sözügedən qərar ümumiyyətlə mübahisələndirilməmiş və hal hazırda da qüvvədədir. “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə görə bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999cu il tarixli 237 saylı Fərmanı ilə müəyyən edilmişdir ki, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli İcra Hakimiyyəti orqanları həyata keçirirlər. Buna baxmayaraq cavabdeh tərəf Yevlax rayon Havarlı bələdiyyəsinin mülkiyyətinə müvafiq aqrar islahat komissiyası tərəfindən konkret olaraq hansı torpaq sahəsinin verilməsi barədə qərarı, yerquruluşu sənədlərini, bələdiyyəyə verilməli olan torpaqların sərhədlərini göstərən və ya torpaqların bələdiyyəyə naturada konkret olaraq hansı ərazilərin təhvil verilməsini təsdiq edən sənədləri-sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, habelə bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin hüquqi əsaslarını, eləcə də Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir. Həmin Qanunun 2.4-cü və 2.5-ci maddələrinə görə ərazi vahidimüəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd). İnzibati ərazi vahidihüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (rayon, şəhər, şəhər rayonu). Həmin Qanunun 4.0.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirilməsi prinsipinə əsaslanır. Həmin Qanunun 7.2-ci maddəsində təsbit olunur ki, Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Eləcə də həmin Qanunun 8.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. 3-cü şəxslərə satılmış torpaq sahələri Mingəçevir şəhər ərazisinin hüdudları daxilindədir, həmin torpaq sahələri Havarlı bələdiyyəsinin mülkiyyətində deyildir və müvafiq ərazi vahidi qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisi tərəfindən alınıb Yevlax rayonuna verilməmişdir. Məhkəmənin qənaəti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********58 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin olunmalı, X7 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 368 nömrəli və Yusifov Rövşən İzzət oğluna 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız sayılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. X7 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 368 nömrəli və Yusifov Rövşən İzzət oğluna 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız sayılır. Mütəxəssis rəyi və ekspertiza rəyinin verilməsinə çəkilən xərclər cavabdehə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 395 manat 62 qəpik cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X11 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ01350100-**********44, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Ekspert rəyinin verilməsinə görə çəkilən xərcə görə 100 manat cavabdeh Yevlax rayonu Havarlı bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE00000-**********88501) köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov