Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-16/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehin nümayəndəsi X34 və üçüncü şəxs X5 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən X35 və onun ailə üzvlərinin adına verilmiş 0,65 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********13 olan çıxarışın və plan-ölçü sənədinin, həmçinin X39 və ailə üzvlərinin adına verilmiş 0,19 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, reyestr nömrəsi **********03 olan çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən X35 və onun ailə üzvlərinin adına verilmiş 0,65 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********13 olan çıxarışın və plan-ölçü sənədinin, həmçinin X39 və ailə üzvlərinin adına verilmiş 0,19 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, reyestr nömrəsi **********03 olan çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon “Q.Qasımov” adına kolxozun X81 Komissiyasının 10 may 1999-cu il tarixli 07 saylı qərarı ilə təsərrüfatda olan 1578 nəfər subyektə, 382 ailəyə 1005 hektar torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qərara alınmışdır. Həmin qərarla iddiaçıların ailə üzvlərinin mülkiyyətinə 1,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, lakin bu günə kimi adlarına torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməmişdir. 1997-ci il tarixdə islahat keçirilərkən torpaq bölgüləri rayonda ilk dəfə Qızılağac, Şəkili və Mollahacılı kəndlərində aparıldığından sənədləşmə zamanı çoxlu sayda texniki qüsurlara yol verilmişdir. Bu səbəbdən iddiaçılar tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilmiş, Göyçay rayon “Q.Qasımov” adına kolxozun X81 Komissiyasının 10 may 1999-cu il tarixli 07 saylı qərarı ilə iddiaçılar və ailə üzvlərinin mülkiyyətinə verilən 1,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin tanıdılmasını xahiş olunmuşdur. Müraciətlə əlaqədar yerində baxış keçirilmiş, Qızılağac kəndində “Şəkili yeri” adlanan kələsər yarından 1,87 ha torpaq sahəsinin sərhədləri (şimaldan su bərəsi, şərqdən İbrahimxəlil Xəlilovun pay torpağı, qərbdən Oktay Cəbrayılovun pay torpağı, cənubdan yol yeri olmaqla) iddiaçılara tanıdılmış, bu barədə 22 iyul 2000-ci il tarixli akt və yerləşmə sxemi tərtib edilmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə X22 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş 28 dekabr 1999-cu il tarixli JN-235 kod 40808018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Qızılağac kənd ərazisindən 5,47 ha, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə X23 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş 20 aprel 2000-ci il tarixli JN-236 kod 40808018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Qızılağac kənd ərazisindən 2,58 ha pay torpaq sahələri ayrılmışdır. Halbuki onların qanuni həyətyanı torpaq sahəsinə bitişik, istifadələrində olan 0,55 ha zəbt etdikləri torpaq sahəsi islahat zamanı onların ailəsinə məxsus əmlak pay torpağından çıxılmalı idi. Əzimə Cabbarovanın və İlkin Hacalıyevin əmlak pay torpağının meşənin arxasındakı “Üzüm bağı” adlanan ərazidə yerləşən digər payçıların torpaq çatışmazlığı ilə əlaqədar komissiya əraziyə baxış keçirərək, ölçü işləri aparmış və müvafiq akt tərtib edilmişdir. Müəyyən edilmişdir ki, Əzimə Cabbarovanın və ailə üzvlərinin mülkiyyətinə JN-235 saylı dövlət aktı ilə 5,47 ha, X36 və ailə üzvlərinin mülkiyyətinə JN-236 saylı dövlət aktı ilə 2,58 ha pay torpaq sahəsi ayrılmışdır. Təsərrüfat üzrə hər adambaşına orta torpaq norması fiziki ölçüdə 0,71 ha-dır. Onların istifadəsində olan 0,55 ha zəbt olunmuş torpaq sahəsi 1-ci keyfiyyət qrup sahəsi kimi normativ hüquqi sənədlərə əsasən 0,99 ha həcmində çöl pay torpağından çıxılmalı olduğu halda, bu zəbt olunmuş torpaq sahəsi nəzərə alınmamış, bunun nəticəsində onlara əsasən mübahisəli olan üzüm bağından 0,84 ha texniki səhv üzündən Əzimə Cabbarovanın və İlkin Hacalıyevin ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********02 nömrəli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumat bazasında araşdırma aparılması məqsədilə iddiaçıların istifadəsində olan torpaq sahəsinə baxış keçirilib, göstərdikləri ərazidən koordinatlar götürülmüşdür. Həmin koordinatlar elektron kadastr məlumat bazasında araşdırılan zaman koordinatların ümumi olaraq 2,00 ha ərazini əhatə etməklə X12 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,65 ha torpaq sahəsinə dair verilmiş **********13 reyestr nömrəli plan-ölçüdə (çıxarış verilib) qeyd olunan koordinatlarla tam, X39 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,19 ha torpaq sahəsinə dair verilmiş **********03 reyestr nömrəli plan-ölçüdə (çıxarış verilib) qeyd olunan koordinatlarla tam hissədə üst-üstə düşməsi müəyyən olunmuşdur. Müraciətdə qeyd olunan Göyçay Rayon Məhkəməsinin icraatında olmuş və xx.xx.2011-ci il tarixli, 2(046)-188/2011 saylı qətnamə çıxarılmış iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi məhkəmə prosesinə cəlb edilməmişdir. Məsələnin dəqiq araşdırılması məqsədilə Göyçay Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilib-göndərilməməsi barədə məlumat verilməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli, **********19 saylı, həmçinin həmin qətnamənin icra olunması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilibgöndərilməməsi barədə məlumat verilməsi ilə bağlı Göyçay rayon İcra və probasiya şöbəsinə xx.xx.2021-ci il tarixli, **********40 saylı sorğu ünvanlanmışdır. Göyçay Rayon Məhkəməsi tərəfindən sorğuya xx.xx.2021-ci il tarixli məktubla cavab verilərək, yuxarıda qeyd olunan qətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmədiyi bildirilmişdir. Göyçay rayon İcra və probasiya şöbəsi tərəfindən sorğuya xx.xx.2021-ci il tarixli məktubla cavab verilərək, yuxarıda qeyd olunan qətnamənin icra olunması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmədiyi bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********65 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)16/2023 nömrəli qərardadı ilə X37, X13, X24, X3, X59, X39, X50 və X38 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb olunmuşlar. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli iclasının qərardadı ilə məhkəmə iclasında iştirak edən X25 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X37, X13, X24, X3, X59, X39, X50 və X38 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslər X37, X13, X24, X3, X59, X39, X50 və X7 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, İddiaçı1 məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2000-ci il tarixli aktda qeyd olunur ki, Qızılağac kənd sakini İddiaçı2 X47 Komitəsinin Göyçay rayon Şöbəsinə müraciət edərək, X81 Komissiyasının 10 may 1999cu il tarixli, 7 saylı qərarı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,87 ha torpaq sahəsinin sərhədlərinin naturada tanıdılmasını xahiş etmişdir. Müraciətlə əlaqədar yerində baxış keçirildi, Qızılağac kəndində “Şəkili yeri” adlanan kələsər yarından 1,87 ha torpaq sahəsinin sərhədləri (şimaldan su bərəsi, şərqdən İbrahimxəlil Xəlilovun pay torpağı, qərbdən Oktay Cəbrayılovun pay torpağı, cənubdan yol yeri olmaqla) özünə tanıdıldı, bu barədə yerləşmə sxemi tərtib edilərək İddiaçı2 təhvil verldi. Həmçinin torpaq sahəsi Qızılağac kəndində Layihə İnsitutunun nümayəndələri tərəfindən hazırlanan layihədə öz əksini tapmışdır. Qızılağac bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli arayışında qeyd olunur ki, 1996-1997-ci illərdə Qızılağac bələdiyyəsi ərazisində (keçmiş “Q.Qasımov” adına kolxoz ərazisi) Aqrar İslahat aparılmışdır, X81 Komissiyasının qərarına əsasən hər bir kənddə qeydiyyatda olan, torpaq payı almaq hüququ olan sakinə 0,71 ha norma təyin edilmişdir. Həmin norma üzrə də Qızılağac, Şəkili və Mollahacılı kənd sakinlərinə torpaq payları keçmiş DTXK əməkdaşları tərəfindən yer üzərində ölçülərək mülkiyyətçilərə tanıdılmışdır. Torpaq payı sakinlərə tanıdıldıqdan sonra 2000-ci ildə DTXK-nın Göyçay rayon şöbəsi mülkiyyətçilərə mülkiyyət hüququna dair sənədlər vermişdir. Mülkiyyət hüququna dair sənədlər paylandıqdan sonra vətəndaşların sənədlərində çoxsaylı texniki səhvlər və qüsurlar aşkar olunduqda ayrı-ayrı vətəndaşların və Göyçay Rayon İcra Hakimiyyəti başçısının rəsmi müraciətini nəzərə alaraq DTXK 2012-2014-cü illərdə bələdiyyə ərazisində vətəndaşların faktiki istifadə vəziyyətinə görə yenidən elektron lahiyyə hazırlamışdır. Aparılmış layihə vətəndaşların şəxsi iştirakı ilə bir daha qəqiqləşdirilmiş və vətəndaşlara torpağa mülkiyyət hüququna dair yeni sənədlərin (kadastr planı) verilməsi üçün elektron uçot bazasına yerləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin layihədə Dövlət aktı JN-227 mülkiyyətçi X4 da 5 nəfərdən ibarət ailə üzvünə texniki səhv olaraq 2,46 ha torpaq sahəsi göstərilmişdir. Lakin faktiki 3,55 ha olmalı idi. Araşdırılma aparılan vaxt DTXK-nın mütəxəssisləri tərəfindən “Meşənin yanında” sahədə Şəkili kəndi ərazinində 1,87 ha torpaq sahəsi mülkiyyətçi JN-227-nin sahibi X6 və İddiaçı2 ailə üzvlərinə tanıdılmışdır. 2000-ci ilin may ayından etibarən də DTXK-nın Göyçay şöbəsi torpaq sahəsinin sxematik planını təsdiq edərək və yer üzərində həmin sahəni ölçərək ailəyə tanıtmışdır. Həmin andan etibarən də İddiaçı2 ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində bağ salaraq istifadə edirlər. Torpağa aid bütün dövlət ödənişlərini və rüsumlarını ailə üzvlərinin ixtiyarında olan topaq sahəsinin ölçüsünə uyğun olaraq ailə vaxtı vaxtında hər il ödəmişdir, əlavə olaraq məlumat üçün bildirilir ki ,bir neçe dəfə də həmin torpaq sahəsi üzərində digər Şəkili və ya Qızılağac kənd sakinlərinin yerləri olması barədə məlumatlar ortaya çıxmış, lakin Göyçay Rayon Məhkəməsində 30 mart 2011-ci il tarixli qətnamə ilə torpaq sahəsinin mülkiyyətçi Xəlilov Mustafa və İddiaçı2 ailə üzvlərinə məxsus olduğu təsdiqlənmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(046)-188/2011 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin cavabdehlər X26, X27, X14, X15, X8, X16, X2, X43, X40, X23, X41, X17 qarşı “mülkiyyət hüququnu təsdiq edən JN-235 və JN-236 saylı dövlət aktlarının qismən ləğv edilməsi” tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəkili kənd sakini X12 8 nəfərlik ailə üzvünün mülkiyyət hüququna dair JN-235 saylı Dövlət aktı ilə ayrılmış 5,47 ha pay torpağından meşənin yanındakı üzüm bağının əsasən birinci hissəsindən (kletkasından) verilən 0,65 hektar, İlkin Hacalıyevin (Aşa Hacalıyevanın) mülkiyyət hüququna dair JN-236 saylı Dövlət aktı ilə ayrılmış 2,58 hektar pay torpağının meşənin yanındakı üzüm bağının əsasən birinci hissəsindən (kletkasından) verilən 0,19 hektar olmaqla cəmi 0,84 hektar torpaq sahəsinin mülkiyyət hüququna dair Dövlət aktının qismən ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-188/2011-nömrəli, 30 mart 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şəkili kənd sakini X12 8 nəfərlik ailə üzvünün mülkiyyət hüququna dair JN-235 saylı Dövlət aktı ilə ayrılmış 5,47 ha pay torpağından meşənin yanındakı üzüm bağının əsasən birinci hissəsindən (kletkasından) verilən 0,65 hektar, İlkin Hacalıyevin (Aşa Hacalıyevanın) mülkiyyət hüququna dair JN-236 saylı Dövlət aktı ilə ayrılmış 2,58 hektar pay torpağının meşənin yanındakı üzüm bağının əsasən birinci hissəsindən (kletkasından) verilən 0,19 hektar olmaqla, cəmi 0,84 hektar torpaq sahəsinin mülkiyyət hüququna dair Dövlət aktının qismən ləğv edilməsi, Dövlət aktlarının qismən ləğv edilməsi nəzərə alınaraq, cavabdehlərə yeni dövlət aktlarının verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinə həvalə edilməsi və normadan artıq tutulmuş həyətyanı torpaq sahəsi müvafiq tənasübdə pay torpağının bir hissəsi ilə əvəzləşdirildiyindən (dəyişdirildiyindən) həmin həyətyanı torpaq sahəsinə dair cavabdehlərin adına müvafiq sənədləşdirmənin aparılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(107)-229/2012 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(046)-188/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(107)- 229/2012 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-3040/12 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(107)-229/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: 16 saylı Ucar ərazi idarəsi tərəfindən xx.xx.2020-ci ildə tərtib olunmuş A seriyalı 488326 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qızılağac kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qızılağac kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X25, X37, X13, X24, X3, X59, X28 və X9 ümumi birgə mülkiyyətindədir. 16 saylı Ucar ərazi idarəsi tərəfindən xx.xx.2011-ci ildə tərtib olunmuş AA seriyalı 004661 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qızılağac kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18 xüsusi mülkiyyətindədir. MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Qızılağac kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X29, X44 və X18 paylı mülkiyyətindədir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********02 nömrəli məktubuna əlavə olunmuş: JN-236 nömrəli Dövlət Aktının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 50 nömrəli qərarı ilə 2,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X45, X39, X44 və X10 ayrılmışdır. xx.xx.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2002-ci ildə vəfat etmiş X36 vərəsəsi X30r, miras əmlak 2,58 ha torpaq sahəsinin X40 məxsus olan payından ibarətdir. 16 saylı Ucar ərazi idarəsi tərəfindən xx.xx.2011-ci ildə tərtib olunmuş AA seriyalı 004661 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qızılağac kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18 xüsusi mülkiyyətindədir. MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Qızılağac kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X29, X44 və X18 paylı mülkiyyətindədir. JN-235 nömrəli Dövlət Aktının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə 5,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X35, X37, X25, X28, X13, X24, X3, X43 ayrılmışdır. Bölgü planının təsdiq olunmuş surətindən görünür ki, JN-235L nömrəli şəhadətnamə, xx.xx.2006-cı il tarixli 4Ə-862 nömrəli alqı-satqı müqaviləsinə əsasən 3,90 ha torpaq sahəsinin 1,90 ha hissəsi X19, 2,0 ha hissəsi X11 mülkiyyətinə verilmişdir. xx.xx.2015-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Əzimə Cabbarov 1,90 ha torpaq sahəsini X1. 16 saylı Ucar ərazi idarəsi tərəfindən xx.xx.2020-ci ildə tərtib olunmuş A seriyalı 488326 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qızılağac kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qızılağac kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X25, X37, X13, X24, X3, X59, X28 və X9 ümumi birgə mülkiyyətindədir. Cavabdeh tərəfindən təqdim olunmuş JN-227 kod 40808018 nömrəli Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 50 nömrəli qərarı ilə 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21, X51, X42, İddiaçı2 Alı qızı və İddiaçı1 ayrılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, SDS-1449 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2011-ci il tarixli, 2(046)-188/2011 nömrəli qətnamə 25 sentyabr 2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. X69 filialının xx.xx.2022-ci il tarixli, 196 nömrəli arxiv arayışında qeyd olunur ki, Göyçay RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Qızılağac kəndinə aid 1991-1995-ci illərin 13 nömrəli təsərrüfatbaşına kitabın 1014-cü təsərrüfatında X21 (674-dən gəlib) ailə başçısı olmaqla öhdəsində 0,08 ha həyətyanı torpaq sahəsi, yaşayış evinin ümumi sahəsinin 48 kv.m və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: yoldaşı İddiaçı2 674-dən gəlib; oğlu İddiaçı1 674-dən gəlib; oğlu X42 674-dən gəlib. Həmin illərə dair 12 nömrəli təsərrüfatbaşına kitabın 674-cü təsərrüfatında X21 ailə başçısı olmaqla öhdəsində 0,24 ha həyətyanı torpaq sahəsi, yaşayış evinin ümumi sahəsi 100 kv.m, o cümlədən yaşayış sahəsinin 95 kv.m olması və aşağıdakı tərkibdə ailə üzvlərinin olması göstərilmişdir: bacısı-X31 xx.xx.1994-cü il tarixdə Sumqayıta ərə gedib; yoldaşı İddiaçı2 1014-ə gedib; oğlu X51; oğlu İddiaçı1 1014-ə gedib oğlu; X42 1014-ə gedib. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubuna əlavə olunmuş torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, siyahıda 155-ci sırada X21, X51, X42, İddiaçı2 Alı qızı və İddiaçı1 adları yazılmış, Mustafa Xəlilovun adının qarşısında “qaytanlanmış kitabda həyətyanı sahə” qrafasında “0,08”, “faktiki torpaq sahəsi” qrafasında “0,06”, Anar Xəlilovun adının qarşısında “qaytanlanmış kitabda həyətyanı sahə” qrafasında “0,24”, “faktiki torpaq sahəsi” qrafasında “0,24” qeyd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubunda qeyd olunur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarları 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir. JN-227 kod 40808018 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş DTXK tərəfindən 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir. İddiaçıların naturada istifadə etdikləri 1,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı ilkin müraciətləri Milli Qeydiyyat Sistemində (MQS) aşkar olunmadı. İddiaçıların naturada göstərdiyi və faktiki istifadə etdiyi 1,91 ha torpaq sahəsi X18 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********03 reyestr nömrəli çıxarışla verilmiş 0,19 ha torpaq sahəsinin 0.1795 ha hissəsi ilə üst-üstə düşür. İddiaçıların naturada göstərdiyi və faktiki istifadə etdiyi 1,91 ha torpaq sahəsi X5 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********13 reyestr nömrəli çıxarışla verilmiş 0,65 ha torpaq sahəsinin 0,6191 ha hissəsi ilə üst-üstə düşür. İddiaçıların naturada göstərdiyi və faktiki istifadə etdiyi 1,91 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********43 reyestr nömrəli çıxarışla verilmiş 0,30 ha torpaq sahəsi ilə və **********53 reyestr nömrəli çıxarışla verilmiş 0,23 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mübahisəli çıxarışda qeyd edilən fərdi yaşayış evinə münasibətdə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, JN-235 kod 40808018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X35 və ailə üzvlərinə ümumilikdə 5,47 ha sahəsi olan kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi ayrılmışdır. Dövlət aktında ayrılmış torpaq sahəsi müvafiq olaraq ölçüləri 6499,97 kv.m, 9200,00 kv.m, 39000,00 kv.m olan 235, 235A və 235L nömrəli 3 planşet hissəsindən ibarət olmuşdur. Həmçinin JN-236 kod 40808018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X32 və ailə üzvlərinə ümumilikdə 2,58 ha sahəsi olan kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi ayrılmışdır. Dövlət aktında ayrılmış torpaq sahəsi müvafiq olaraq ölçüləri 1900,00 kv.m, 2000,00 kv.m, 21900,00 kv.m olan 236, 236A və 236L nömrəli 3 planşet hissəsindən ibarət olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-188/2011-nömrəli iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Şəkili kənd sakini X9 8 nəfərlik ailə üzvünün mülkiyyət hüququna dair JN- 235 saylı Dövlət aktı ilə ayrılmış 5,47 ha pay torpağından meşənin yanındakı üzüm bağının əsasən birinci hissəsindən (kletkasından) verilən 0,65 hektar, İlkin Hacalıyevin (Aşa Hacalıyevanın) mülkiyyət hüququna dair JN-236 saylı Dövlət aktı ilə ayrılmış 2,58 hektar pay torpağının meşənin yanındakı üzüm bağının əsasən birinci hissəsindən (kletkasından) verilən 0,19 hektar olmaqla, cəmi 0,84 hektar torpaq sahəsinin mülkiyyət hüququna dair Dövlət aktının qismən ləğv edilməsi, Dövlət aktlarının qismən ləğv edilməsi nəzərə alınaraq, cavabdehlərə yeni dövlət aktlarının verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinə həvalə edilməsi və normadan artıq tutulmuş həyətyanı torpaq sahəsi müvafiq tənasübdə pay torpağının bir hissəsi ilə əvəzləşdirildiyindən (dəyişdirildiyindən) həmin həyətyanı torpaq sahəsinə dair cavabdehlərin adına müvafiq sənədləşdirmənin aparılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(046)-188/2011 nömrəli qətnaməsi 25 sentyabr 2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Sonrakı mərhələdə üçüncü şəxslər tərəfindən Dövlət aktlarında göstərilən torpaq sahələrindən bir qismi özgəninkiləşdirildikdən sonra Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş hissədə, 0,65 ha və 0,19 ha olmaqla yeni çıxarışlar alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahələri üzərində üçüncü şəxslərin mülkiyyət hüququ qeydə alınarkən cavabdeh faktiki xarakterli hərəkətlərində səhvə yol verərək, Göyçay Rayon Məhkəməsinin qətnaməsini nəzərə almamaqla iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən tələblərə zidd olaraq öz faktiki xarakterli hərəkətləri ilə mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüququnu üçüncü şəxslərin adına qeydə almaqla digər hüquq sahiblərinin hüqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Mübahisələndirilən çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin faktiki olaraq qüvvədə olması iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarının həyata keçirilməsi ilə bağlı müvafiq tələblərinin irəli sürülməsinə məhdudiyyət yaratmaqdadır. Odur ki, cavabdeh tərəfindən X35 və onun ailə üzvlərinin adına verilmiş 0,65 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********13 olan çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi, həmçinin X39 və ailə üzvlərinin adına verilmiş 0,19 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, reyestr nömrəsi **********03 olan çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X35 və onun ailə üzvlərinin adına verilmiş 0,65 ha torpaq sahəsinə dair xx.xx.2020ci il tarixli, reyestr nömrəsi **********13 olan çıxarışın və A seriyalı, 488326 nömrəli, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin X39 və ailə üzvlərinin adına verilmiş 0,19 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, reyestr nömrəsi **********03 olan çıxarışın və AA seriyalı, 004661 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-16/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-16/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver