Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-160/2022 17.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı Bank "xxxx" ASC-nin Cavabdehnə qarşı “Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m olan mənzildə və Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən evdə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Bank "xxxx" ASC Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanında yerləşən ümumi sahəsi 94.5 kv.m olan mənzildə və Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən evdə qeydiyyatda olan bütün şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 24.09.2021-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə hüquqi yardım edilmiş, iddiaçı nöqsanların aradan qaldırıldığı dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edərək mülkiyyətində olan, Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanından X7 və ünvan 2 X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01.11.2021-ci il tarixli 2-1(116)-1150/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 və Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında yerləşən yaşayış sahələri tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin əmlakla bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüququnun olmaması ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.09.2020-ci il tarixli, 2(107)-15/2020 nömrəli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi ... mülkiyyət hüququ üzrə X8 məxsus olan və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin və mülkiyyət hüququ üzrə X3 məxsus olan və ünvan 4 ünvanda 0,06 ha torpaq sahsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan, ... mülkiyyət hüququ üzrə X8 məxsus olan və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 94,5 kv.m. olan mənzilin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat, mülkiyyət hüququ üzrə X3 məxsus olan və ünvan 4 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilmişdir. Həmçinin müvafiq qətnamə ilə Göyçay rayon Məhkəməsinin tələbin ipoteka predmetinə yönəldilməsi, qeyd edilən əmlakların açıq hərracdan satılması, əldə edilən vəsaitdən 100899,84 (bir yüz min səkkiz yüz doxsan doqquz dollar 84 sent) ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25,40 (iyirmi beş manat 40 qəpik) manatın iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun 25,40 (iyirmi beş manat 40 qəpik) manatının cavabdeh X6, 5 (beş) manatının iddiaçıBank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, 80 (səksən) manat məhkəmə-mühasibatlıq ekspertizası xərcinin 70 (yetmiş) manatının cavabdeh X6, 10 (on) manatının iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi və iddia tələbinin “ipoteka predmetləri olan əmlaklar satıldıqdan sona əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, cavabdehin ipotekaya qoyduğu mənzillərə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzillərdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması hissəsi”ndə iddianın təmin edilməməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tаrixli 2(046)-1406/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 33/01 və 33/02 №-li Hərracın yekunları barədə protokollardan görünür ki, 29.04.2021-ci il tarixdə iddiaçı hər iki daşınmaz əmakla bağlı hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi bağlamaqla həmin əmlaklar üzərində mülkiyyət hüququ əldə etmişdir. - 08.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına tam xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. - 08.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil iddiaçının adına tam xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11.12.2019-cu il tarixli, 2(102)-7894/2019 nömrəli qərarından görünür ki, Göyçay rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Göyçay rayon notariat kontoruna və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh 17.06.2021-ci il tarixli məktublarından görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - Göyçay rayon Notariat ofisinin 15.09.2021-ci il tarixli, 1240 nömrəli məktubundan görünür ki, Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanında X11, Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 91 ünvanında X5 qeydiyyatdadır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, 08.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 08.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin yaşayış sahələrində pasport qeydiyyatındadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərdən X2 şəhəri, Heydər Əliyev prospekti ev 67, mənzil 24 ünvanında yerləşən mənzilin keçmiş mülkiyyətçisidir. Həmin mənzil Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.09.2020-ci il tarixli, 2(107)-15/2020 nömrəli qətnaməsinin icrası qaydasında 33/01 və 33/02 №-li Hərracın yekunları barədə protokollara əsasən iddiaçının xüsusi mülkiyyətinə keçmiş, bununla da üçüncü şəxs Pərviz Həmidov həmin mənzildə olan əmlak hüquqlarını itirmişdir. Həmçinin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X1 iddiaçının mülkiyyətində olan yaşayış sahəsində hər hansı bir əmlak hüququnun olması müəyyən olunmur. Bundan başqa müəyyən edilir ki, üçüncü şəxslərin heç biri qeydiyyatda olduqları ünvanda faktiki yaşamırlar. İddiaçının isə həmin daşınmaz əmlaklar üzərində tam xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin yaşayış sahələrində qeydiyyatı tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxsin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan Göyçay şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 24 ünvanından X7 və ünvan 9dan X1 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-160/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-160/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver