Məhkəmə qərarları › İş №2-1(116)-1605/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1605/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1605/2023 21.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşı “xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarının ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023cü il tarixli **********981100 nömrəli qərarı ilə kameral yoxlama nəticəsində 2022- ci il üçün mənə 7699.18 manat əlavə vergi və sığorta haqqı məbləği hesablanmışdır. İddia ərizəsinə əsasən iddiaçı cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, o malları “Sədərək” Ticarət bazarından alır. Həmin bazarda isə alınan mallara qaimə verilmir. Beləliklə, həmin məktubdan göründüyü kimi o, 2022-ci il başlayan kimi bu barədə 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir. Lakin vergi orqanı onun həmin müraciətinə heç bir münasibət bildirməmiş, bir il gözləmiş və bundan sonra həmin il üçün ona əlavə vergi hesablamışıdır. Qeyd edilən məktubdan isə göründüyü kimi ona elektron qaimə fakturasının verilməməsində onun heç bir təqsiri yoxdur. Əksinə o, həmin qaiməni ala bilmək üçün cavabdehə vaxtında müraciət etmişdir.Hazırkı qərara əsasən həmin əlavə məbləğin hesablanmasının səbəbini 2022-ci ildə alınmış malların elektron qaimə fakturasının olmaması olduğu ona bildirilmişdir Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı ərizəsində 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********981100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə kameral yoxlama nəticəsində 2022-ci il üçün ona 7699.18 manat əlavə vergi və sığorta haqqı hesablandığını bildirmişdir. R.Qasımov ərizəsində bildirmişdir ki, vergi orqanı tərəfindən ona həmin əlavə məbləğinin hesablanmasının əsas səbəbi kimi 2022-ci ildə onun tərəfindən alınmış mallara görə elektron qaimə fakturanın təqdim edilməməsi ilə əlaqədər olmuşdur. Həmçinin, İddiaçı ərizəsində malları “Sədərək” Ticarət Mərkəzindən aldığını, alınmış malların müqabilində qeyd olunan ticarət mərkəzi tərəfindən ona elektron qaimə-faktura verilmədiyini, 2022-ci il tarixdən vergi orqanına müraciət etdiyini, vergi orqanı tərəfindən onun müraciətinə heç bir münasibət bildirilmədiyini, elektron qaimə- faktura verilmədiyi səbəbindən sahibkarlıq faəliyyətini dayandırdığını və qeyd olunan səbəblərə görə vergi orqanının xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Göstərilənlərlə bağlı bildirilir ki, uçot-baza məlumatına əsasən fiziki şəxs vergi orqanı tərəfindən xx.xx.2016-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışından ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi İddiaçınin (VÖEN **********) fəaliyyəti təhlil edilərək malların elektron qaimə-fakturalar əldə etmədən təqdim edilməsi müəyyən edilmişdir. Vergi ödəyicisinə araşdırmada iştrak etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1 -ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2022-ci ii tarixli **********551200 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi İddiaçı ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş xidmətlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları mövcud uçot baza məlumaları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki vergi ödəyicisi tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərində 11035.6 manat dəyərində “ağ kağız svetikopya, RAMKA 50*70, Kamaz (53229) **-FN-*** starterin kriçotkası, ayaqqabı şotkası, çaynik, Katric 285a, Papka arxiv üçün, qazan və sair mallar təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün və ya artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilmişdir, Vergi ödəyicisi İddiaçı vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və barəsində xx.xx.2022-ci il tarixli **********104900 nömrəli “Vergi ödəyicisinin riskili vergi ödəyicisi hesab edilməsi barədə Qərar" qəbul edilmişdir. R.Qasımov ərizəsində 2022-ci il tarixdən vergi orqanına müraciət etdiyini, vergi orqanı tərəfindən isə onun müraciətinə heç bir münasibət bildirilmədiyini qeyd etmişdir. Göstərilən ilə bağlı bildirilir ki, vergi ödəyicisinin vergi orqanına etdiyi müraciəti ilə bağlı vergi orqanının xx.xx.2022-ci il tarixli **********685800 nömrəli məktubu ilə vergi ödəyicisinin müraciəti cavablandırılmışdır. Vergi ödəyicisinə kameral qaydada hesablanılmış 2022-ci ilə dair gəlir vergisinə münasibət bildirilərkən qeyd etmək istərdik ki, vergi ödəyicisinin gəlirlərinin uçotu lazımı qaydalarda (e-qaimə əsasında) aparılması müəyyən edilsədə xərclərinin uçotu, malların alışı qanunvericilikdə nəzərdə tutulduğu qaydada aparılmadığı müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyeki olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirin 75 faizi gəlir vergisindən azaddır. Göründüyü kimi, R.Qasımovun Vergi Məcəlləsində nəzərdə tutulmuş maddədən istifadə etmə hüququ yaranamamışdır. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********170200 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Göründüyü kimi vergi ödəyicisində alınmış mallara görə alış sənədi ( elektron qaiməfaktura) olmadığı üçün, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində göstərilən güzəştdən istifadə hüququ yaranmamış və nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 4384,02 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01,03.2023-cü il tarixli **********98100 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Yuxanda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Qeyd olunanlardan aydın olur ki, İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********98100 nömrəli Qərarın ləğv edilməsi edilməsi barədə ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********98100 nömrəli qərar; - xx.xx.2023-cü il tarixli **********170200 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında Uyğunsuzluq məktubu; - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********104900 nömrəli qərar; Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia əriazəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1 -ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstüyünlüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstüniyü əldə etmək məqsədilə hər hansı formada bağlanmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 16.1 -cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektrlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (“VM”) əsasən: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 71-1.1 ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanına uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1- ci maddəsində göstərilən uçot sənədlərini qanunvericilikdə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1 və 3.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarları müəyyən edilmişdir. 2.1.1- bu meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda , 3.1.1- vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərliq mal çeşidlərinin göstəridiyi aşkar edildikdə, 31.2 - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş,belə sübutlar müəyyən olunmamışdır.Həmçinin,iddia ərizəsindən və iddiaçının izahatından görünür ki,onun tərəfindən satış məqsədi ilə alınan mallara dair qaimələr verilməmiş,gəlirin əldə olunmasına çəkilən xərcin məbləğinə dair sübut mövcud olmamışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşı “xx.xx.2023-cü il tarixli **********981100 nömrəli qərarının ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar