Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1605/2025 26.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1979-1984-cü illərdə Mingəçevir Baza politexnik texnikumunda "Elektrik stansiyaları şəbəkələri və sistemləri ixtisası üzrə əyani təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək məktəbdə mövsümi olaraq ocaqçı işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Məktəblərarası Tədris İstehsalat Kombinatında dalandar vəzifəsində çalışmışdır. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Tikinti-Təmir İdarəsində betonçu vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 36 nömrəli Texniki Peşə Məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək hazırda "xxxx" ASC adlanan müəssisədə əl ilə elektrik qaynaqçısı işləmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Peşə Məktəbində çalışmışdır. xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-nin Dispetçer və X3 Şəbəkəsi — “X10 Stansiyası” MMC-də X1 sahəsində elektrik montyoru vəzifəsində işləmişdir. “X10 Stansiyası” MMC-də xx.xx.2004cü il tarixdən xx.xx.2005-ci il tarixədək elektrik montyoru, xx.xx.2016-cı il tarixədək mühəndis işləmişdir. 01 03.2016-cı il tarixdən "Azərenerji ASC "Mingəçevir SES silsiləsi” MMC-də ("X10 Stansiyası" MMC-də) xx.xx.2018-ci il tarixədək rabitə bölməsində mühəndis vəzifəsində çalışmışdır. xx.xx.2018-ci il tarixdən hal-hazırki dövrədək elektrik sexində elektrik montyoru peşəsində çalışır. Göründuyü kimi ümumi ış stajı 25 ildən çoxdur. Ümumi sosial sığorta stajının 25 ildən çox olmasını və Nazirlər Kabinetinin 25 01.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına uyğun iş stajının 12 il 6 aydan çox olmasını nəzərə alaraq cavabdeh orqana 2023-cü ilin oktyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtina ilə razı deyil, hesab edir ki, imtina əsassızdır. Cavabdeh orqan, iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - iddiaçı İ.X8 müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq İddiaçı xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Ə-254424/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsinin (Xİİİ) bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları bəndinin (********) fəhlələr yarımbəndində (a) 2140200a—19819 kodu üzrə elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə. vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 482/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)-1399/2023 №-li işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində İşləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özüözlüyündə əsas vermir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC Mingəçevir SES silsiləsi MMC-nin arayışında iddiaçının xx.xx.2018-ci il tarixdən bugünədək sözügedən müəssisədə növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Həmin sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları sahəsinə uyğun deyil. Eyni zamanda, iddiaçının sözügedən arayışda növbətçi elektrik montyoru vəzifəsində çalışdığı müddətdə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan elektrik stansiyasının baş idarəetmə lövhəsində işləyib işləmədiyi barədə məlumat göstərilməyib. Buna görə də, həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 19 gün (xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilmişdir ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, AZE 0******* №-li şəxsiyyət vəsiqəsi, ЖТ 039185 və 783219 nömrəli diplomlar, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli güzəştli arayışı “X10 Stansiyaları Silsiləsi MMC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı, “Azərenerji ASC” Mingəçevir SES silsiləsi MM-nin xx.xx.2024-cü il tarixli arayışı , ИT-İ ******* №-li əmək kitabçası, Н3 ******* nömrəli hərbi bilet, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu , "xxxx" ASC X10 Stansiyaları Silsiləsi MMC-nin xx.xx.2024-cü il tarixli məktubu cavabdehin xx.xx.2025-ci il tarixli məktubu İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Bənd ğ) Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti -iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (1 yanvar 2006-cı ilədək qüvvədə olmuş) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”. (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianın əsaslılığı. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli güzəştli arayışına əsasən xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, hazırda Mingəçevir şəhərində qeydiyyatda olan İddiaçı həqiqətən əmək kitabçasına, "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1986-cı il tarixdən (Əmr № 143/k xx.xx.1986-cı il) xx.xx.1993-cü il tarixinə kimi (Əmr № 89/a xx.xx.1993-cü il) “Azərenerjitikinti" trestinin Mingəçevir şəhərində yerləşən “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli zərərli sahələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən (“Azərenerjitikinti” trestinin xx.xx.1993-cü il tarixli 89/a saylı əmrinə əsasən) “Azərenerjitikinti” trestinin Mingəçevir şəhərində yerləşən “Azərbaycan" DRES TQİ-nin nəzdində yaradılmış “Mənzilsosialtikinti” TQİ-yə köçürmə yolu ilə keçirilmiş, xx.xx.1994-cü il tarixinə kimi (Əmr № 47/k xx.xx.1994-cü il) həmin tikinti sahəsində, zərərli sahədə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1994-cü il tarixdən (Əmr № 47/k xx.xx.1994-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsindən işdən azad edilmişdir. İddiaçı “Azərenerjitikinti” trestinin Mingəçevir şəhərində yerləşən “Azərbaycan" DRES Tikinti Quraşdırma İdarəsində zərərli sahələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüqüqu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” XXX111. Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə olan -əl ilə qaynaq aparan elektirik qaynaqçısı- peşəsinə uyğundur, eynilik təşkil edir və imtiyazlı təqaüd almaq hüququna malikdir. İddiaçı "Azərenerjitikinti” trestinin Mingəçevir şəhərində yerləşən “Azərbaycan" DRES Tikinti Quraşdırma İdarəsində zərərli sahələrdə işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi üzrə işlədiyi iş stajı 7 il 9 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 nömrəli qərarının 35. "Ümumi peşələr" bölməsinin -əl ilə qaynaq aparan elektrik qaynaqçısı bəndinə əsasən imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayışda heç bir indeksasiya və kompensasiyadan istifadə edilməmişdir, əmək haqqı cədvəllərindən yazılmışdir. SSRİ Energetka Nazirliyinin xx.xx.1991-ci il tarixli 60 nömrəli əmrinin "A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti" tresti “Azərenerjitikinti" İstehsal Tikinti Quraşdırma Birliyi İTQB adlandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin 20 may 1993-cü il tarixli 619 saylı sərəncamına əsasən “Azərenerjitikinti" İstehsal Tikinti Quraşdırma Birliyi İTQB-nin bazası əsasında "xxxx" Dövlət Şirkəti (DŞ) yaradılmışdır. Azərbaycan Respublikası Prezdentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "Azərenerjitikintiquraşdırma” Dövlət Şirkəti bazası əsasında "Azəreneıjitikintiquraşdırma Açıq Səhmdar Cəmiyyəti (ASC ) yaradılmışdır. "Azərenerjitikintiquraşdırma”ASC "Azərenerjitikinti" trestinin Mingəçevir şəhərində yerləşən "Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsi və "Azərenerjitikinti' trestinin Mingəçevir şəhərində yerləşən "Azərbaycan” DRES TQİ-nin nəzdində yaradılmış "Mənzilsosialtikinti" Tikinti Quraşdırma İdarəsinin hüquqi varisidir.), İş materiallarında olan “X10 Stansiyaları Silsiləsi MMC-nin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə, əmək pensiyası hüququ verən peşədə (vəzifədə) baş idarəetmə şiti növbətçi elektrik montyoru (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifi üzrə sosial sığorta (əmək) stajı-5 il 8 ay 27 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri CO2, səsküy, işıqlanma, əməyin ağırlığı, yeknəsəkliyi, əsəb, emosional və intelektual gərginlik ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 24a bəndinə və 2140200a-19819 vəzifə koduna uyğundur. İş materiallarında olan “Azərenerji ASC” Mingəçevir SES silsiləsi MM-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixə kimi (xx.xx.2016-cı il tarixli Əmr № 42/KŞ) ‘‘X10 Stansiyaları Silsiləsi” MMC-nin Rabitə bölməsində 9-cu dərəcə ilə mühəndis vəzifəsində işləyib. Təşkilatı struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2018-ci il tarixindən (xx.xx.2018-ci il tarixli Əmr № 316/KŞ) Elektrik sexində 5-ci dərəcə ilə zərərli işə görə 12% əlavə ödəniş olmaqla BİŞ üzrə növbətçi elektrik montyoru vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. İş materiallarında olan "xxxx" ASC X10 Stansiyaları Silsiləsi MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin Rabitə bölməsinə mühəndis vəzifəsinə qəbul olunub. xx.xx.2018-ci il tarixdə təşkilatı struktur dəyişikliyi ilə əlaqədar olaraq Baş idarəetmə şitinə növbətçi elektrik montyoru vəzifəsinə keçirilib və hal-hazırda həmin vəzifədə işləyir. Həmin iş yeri zərərli iş sahəsi hesab edildiyi üçün onun vəzifə maaşına 12% əlavə əmək haqqı ödənilir. İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 24-cü bölmənin 24.2 hissəsinin “a” bəndinə əsasən “elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru” vəzifəsinə, eyni zamanda AR Nazirlər Kabinetinin 21 iyun 1993 cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölməsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru” (kod 2140200a-19819) vəzifəsinə uygun gəlir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, xx.xx.2021-ci il tarixinə onun ümumi iş stajı 34 il 11 ay 8 gün (xx.xx.2006-cı il tarixinədək 19 il 7 ay 8 gün (xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.1997- xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2004-cü il, xx.xx.2004- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 15 il 4 ay) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 41855,03 manat təşkil edirdi. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı mövcud olmalıdır. 2) 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. İş materiallarından görünür ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsini istədiyi xx.xx.2023-cü il tarixə onun 25 ildən artıq ümumi sosial sığorta stajı vardır. İddiaçının xüsusi iş stajına münasibətdə cavabdeh orqan iddiaçının xx.xx.2018-ci il tarixdən bugünədək Azərenerji" ASC Mingəçevir SES silsiləsi MMC-də işlədiyi növbətçi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 02 nömrəli Siyahıda nəzərdə tutulan bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları sahəsinə uyğun olmadığı, eyni zamanda, iddiaçının sözügedən arayışda növbətçi elektrik montyoru vəzifəsində çalışdığı müddətdə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan elektrik stansiyasının baş idarəetmə lövhəsində işləyib işləmədiyi barədə məlumat göstərilmədiyinə istinad edərək həmin dövrün güzəştli iş stajı kimi tanınmasından imtina etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ümumilikdə 7 il 8 ay 19 gün müddətindəki güzəştli iş stajı kimi qəbul edilmişdir (xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr). Cavabdeh orqanın mövqeyindən bəlli olur ki, o, iddiaçının xx.xx.2018-ci ildən hazırkı vaxtadək işlədiyi növbətçi elektrik montyoru vəzifəsini güzəştli iş stajı hüququ verən iş kimi qəbul etməmiş və bu səbəbdən iddianı təmin etməmişdir. Məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdeh iddiadan imtina edərkən və məhkəməyə verilən iddiaya qarşı etiraz təqdim edərkən dəlillərini əsaslandırmaq üçün istinad etdiyi oxşar işlər üzrə Ali Məhkəmənin icmalına və qərarlarına zidd mövqe nümayiş etdirmişlər. Belə ki, Ali Məhkəmənin oşxar işlər üzrə icmal məktublarında və qərarlarında göstərilmişdir ki, güzəştli şərtlərlə pensiya hüququ müəyyən edilərkən nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiadan imtina edərkən iddiaçının xx.xx.2018-ci il tarixdən hazırki vaxtdadək sözügedən müəssisədə işlədiyi -baş idarəetmə şiti növbətçi elektrik montyoru vəzifəsi ilə NK-nin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyorları vəzifəsinin uyğunluq təşkil etməməsi fikrini əsaslandırarkən hər iki hər iki vəzifənin və ya işin funksional baxımdan bir-birilə eynilik təşkil edib-etməsini yoxlamamış, məsələyə bu prizmadan deyil, qeyd edilən vəzifələrin ad baxımından bir-birilə eynilik təşkil etməsi mövqeyindən çıxış etmişdir. Başqa sözlə, cavabdeh qurum şəxsin faktiki yerinə yetirdiyi vəzifə funksiyasının qeyd edilən qərarda pensiya hüququ verən işə uyğun olub-olmadığını yoxlamadan, yalnız vəzifə adının fərqliliyini əsas gətirərək pensiya hüququnun tanınmasından imtina etmişdir. Məhkəmə, oxşar işlər Ali Məhkəmənin icmalında və konkret qərarlarında formalaşan təcrübəyə uyğun olaraq iddaçının işlədiyi və sözügedən qərarda təsbit edilmiş vəzifələrin funksional baxımdan bir-biri ilə uyğunluğunu yoxlamış və qərarın yuxarı hissəsində göstərilən sənədləri alaraq iş materiallarına əlavə etmişdir. Toplanmış sənədlərlə müəyyən edilmişdir ki, baş idarəetmə şiti növbətçi elektrik montyoru vəzifəsi güzəştli əmək pensiyası hüququna əsas verən, CO2, səs-küy, işıqlanma, əməyin ağırlığı, yeknəsəkliyi, əsəb, emosional və intelektual gərginlik xüsusiyyətlərinə malik olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 24a bəndinə və 2140200a-19819 vəzifə koduna uyğun olmuşdur. Qeyd edilən vəzifə zərərli iş sahəsi hesab edildiyi üçün iddiaçının vəzifə maaşına 12% əlavə əmək haqqı ödənilməkdədir. Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 24-cü bölmənin 24.2 hissəsinin “a” bəndinə əsasən “elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru” vəzifəsinə, eyni zamanda AR Nazirlər Kabinetinin 21 iyun 1993 cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölməsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru” (kod 2140200a-19819) vəzifəsinə uygun gəlməsi barədə sənədlərin mövcud olması və onların Siyahıda qeyd edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu təsdiq etməsi halında, cavabdeh orqanın hansı meyara əsasən iddiaçının həmin hüququnu tanımaması məhkəmə üçün aydın deyildir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdən etibarən işlədiyi -baş idarəetmə şiti növbətçi elektrik montyoru vəzifəsi həmin vəzifədə qeyd edilən tarixdən xx.xx.2023-cü ilə kimi çalışdığı 4 il 10 ay 12 gün, habelə elektrik qaynaqçısı kimi çalışdığı 7 il 8 ay 19 gün müddətləri zərərli sahə kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olsa da, həmin vaxt tələb olunan güzəştli iş stajı olmadığından, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının məhz xx.xx.2023-cü il tarixdən təyin edilməsini tələb edir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixə iddiaçının qanunvericiliklə tələb olunan 25 ildə artıq ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən stənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 62,4 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə X13 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-1605/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1605/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver