Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1610/2021 19.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “X2 cəzasının çəkilməsi üçün 14 saylı Cəzaçəkmə müəssisəsindən X3 göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı (üçüncü şəxs Şəki Penitensiar müəssisəsi) məhkəməyə müraciət edərək, X2 cəzasının çəkilməsi üçün 14 saylı Cəzaçəkmə müəssisəsindən X3 göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, oğulları X1 Rayon Məhkəməsinin 17.02.2021-cı il tarixli 1(075)-17/2021 saylı hökmünə əsasən 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhərində yerləşən 14 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. İddiaçılar qeyd edirlər ki, onların kifayət qədər yaşı var və eyni zamanda müəyyən xəstəliklərdən əziyyət çəkirlər. Həmçinin övladlarını görə bilmək üçün Bakı şəhərinə gedib-gəlməyə maddi imkanları yoxdur. Oğulları Ş.Mikayılovun cəzasının çəkilməsi üçün X3 göndərilməsinə köməklik göstərilməsi barədə dəfələrlə Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etmişlər. Müraciətlərinə Penitesiar Xidmətin rejim əməliyyat idarəsinin rəisi tərəfindən cavab verilərək bildirilmişdir ki, ilk dəfə az ağır cinayət törətmiş şəxslərin saxlanılması nəzərdə tutulmadığından oğullarının həmin müəssisəyə keçirilməsi mümkün deyil. Bu yanaşma çox absurd, əsassız və qanunsuzdur. Belə ki, həmin müəssisədə 1000-ə yaxın şəxs cəza çəkir və onların əksəriyyəti ilk dəfə az ağır cinayət törətmiş şəxslərdir. Əsasən Şəki və yaxın ətraf bölgələrdən olan şəxslərdir. X7 Müəssisəsinin yaradılma məqsədi də bundan ibarətdir ki, Şəki və onun yaxın ətrafı rayonlarından olan şəxslərin cəzalarını yaşadıqları əraziyə yaxın müəssisədə çəksinlər. Bu həm orların özləri, həm də yaxın qohumları üçün edilən humanist addımdır. Cavabdehin bu mövqeyim qanunsuz və əsassız hesab etdikləri üçün məhkəyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçılara 03.11.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi Cinayət, Cinayət- Prosessual və Cəza İcra Məcəllələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbancan Respublikasının Cinayət Məcəlləsinin 56.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1-56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. Məcəllənin 56.4-cü maddəsinə görə isə cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər: 56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə; 56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı. Azərbancan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Odur ki, yardımda göstərilənlərə əsasən iddiaçılara müvafiq tələblə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsinə (rayon(şəhər) məhkəməsinə) müraciət etmək hüquqları izah olunmuş, iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, göstərilənlərə münasibət bildirmələri təklif edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianızın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadlarının şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə billməsi imkanı iddiaçılara izah edilmişdir. İddiaçılar məhkəmənin yarımına cavab olaraq 15.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizə ilə müraciət edərək bildirmişlər ki, Penitensiar Xidmət onlar tərəfindən verilən, onun səlahiyyət dairəsinə aid olan ərizələrinə baxmaqdan imtina edir, qanunsuz və heç bir hüquqi əsası olmayan cavablar verir. İddiaçılar məhkəmədən xahiş edirlər ki, onlara sadə, başa düşəcəkləri üsulla hüquqları izah edilsin və köməklik göstərilsin. Bakı şəhərinə övladlarını görməyə getmək üçün maddi imkanları yoxdur. Onun yerini qanunsuz olaraq dəyişdikləri üçün Penitensiar Xidmətə dəfələrlə müraciət etsələr də, əsaslı cavab vermir, yuxarı instansiyalar isə şikayətlərinə baxmır. Odur ki, qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq köməklik göstərilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi Cinayət, Cinayət-Prosessual və Cəza İcra Məcəllələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbancan Respublikasının Cinayət Məcəlləsinin 56.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü həmin Məcəllənin 56.1.1-56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. Məcəllənin 56.4-cü maddəsinə görə isə cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər: 56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə; 56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı. Azərbancan Respublikasının Cəza İcra Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir. Azərbancan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçılara müvafiq tələblə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsinə (rayon(şəhər) məhkəməsinə) müraciət etmək hüququ məhkəmənin 03.11.2021-ci il tarixli yardım məktubu ilə izah edilmiş və dinlənilmək hüququ təmin olunmuşdur. İddiaçılar məhkəmənin yardımını almış 15.11.2021-ci il tarixli məktubla münasibətlələrini bildirmişlər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “X2 cəzasının çəkilməsi üçün 14 saylı Cəzaçəkmə müəssisəsindən X3 göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1610/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1610/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver