Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1615/2024 12.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı əsasında verilmiş JN-051 A kod 40610028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgisini iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırmaqla həmin şəhadətnamədə qeyd olunmuş X10 və X2 adları nəzərə alınmadan 0.09 hektar həyətyanı torpaq sahəsi üzərində X3 və X11 ilə birlikdə ümumi birgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə və JN-051 A, kod 40610028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0.09 hektar həyətyanı torpaq sahəsinə dair şəhadətnamədən, faktiki olaraq mülkiyyətə heç bir münasibəti olmayan və mülkiyyətçi olmayan X4 və X2 mülkiyyətçilər siyahısından çıxarılması ilə ona (əsl mülkiyyətçi kimi tək adının saxlanması ilə) mülkiyyət hüququ barədə sənədlərin (mülkiyyət hüququna dair) – hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, ölçü planın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1615/2024 nömrəli qərardadı ilə X3, Şərifzadə (Mirzəyeva) Aytən Məsim qızı və Qəbələ rayonu Kürd bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə və JN-051 A, kod 40610028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgisini faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırmaqla həmin şəhadətnamədə qeyd olunmuş X4 və X2 adları nəzərə alınmadan sözügeden 0.09 hektar həyətyanı torpaq sahəsinə dair” X3 və X11 ilə birlikdə ümumibirgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, ölçü planın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Qəbələ rayonu Qaradeyin kəndində pasport qeydiyyatında olmaqla yaşayır. Yaşadığı ərazi üzrə aqrar islahatları aparılan zaman, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə mülkiyyətinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mülkiyyətinə verilməsi JN-051 A, kod 40610028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, onunla birlikdə mülkiyyətçi olaraq ona və ailəsinə heç bir aidiyyəti olmayan, Qəbələ rayonu Qaradeyin kəndində pasport qeydiyyatında olmayan və yaşamayan X10 və X12 da mükiyyətçi olaraq göstərilmişdir. Həmin şəxslərin onunla heç bir qohumluq əlaqələri yoxdur. Bunu yaşadığı ərazi üzrə nümayəndəliklərin verdikləri arayışlar da təsdiq edir. Yaxın vaxtlarda mülkiyyətində olan torpaq sahəsinə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və plan ölçünün alınması üçün müraciət edəndə qeyd edilən şəxslərin adlarının şəhadətnamədən çıxarılması ilə mülkiyyət sənədinin verilməsi barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Cavabdeh etiraz məktubunu aşağıdakı kimi əsaslandırmışdır: - JN-051A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə mülkiyyətçilər siyahısında adları qeyd olunan X14 və X7 adlarının mülkiyyətçilər sırasından çıxarılması ‘"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; JN-051A, kod 40610028 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamə, Qəbələ rayon İcra Hakimiyyəti Qaradeyin kənd inzibati ərazi dairəsinin 04, 03, 06 nömrəli arayışları; Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Kürd Bələdiyyəsinin xx.xx.2019cu il tarixli №01-li arayışı, Azərbaycan Respublikası Milli Arxiv idarəsi Qəbələ Rayonİcra Hakimiyyəti Qəbələ Rayonn Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli cavab məktubu və məktuba əlavə edilmiş Qəbələ rayonu Qaradeyin kəndi üzrə təsərrüfatbaşına kitabdan 1985-2000-ci illər üzrə İddiaçı təsərrüfatından çıxarışın təsdiq edilmiş surəti; Qəbələ rayonu Qaradeyin kəndi üzrə X10 və X2 uçotda olduqları təsərrüfat üzrə 1985-1995-ci illər üzrə təsərrüfatbaşına kitabdan çıxarışın təsdiq edilmiş surəti, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu və məktuba əlavə edilmiş Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı əsasında Qəbələ rayon Qaradeyinli kəndi üzrə həyətyanı torpaq sahəsi ayrılmış subyektlər siyahısından İddiaçı, X10 və X8 aid hissədən çıxarışların təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2628/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həminsənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı artıq qeydiyyata alınmış mülkiyyət hüququna dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdır. İddiaçının adına “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş lakin ailə üzvləri qrafasında onun təsərrüfatına aidiyyəti olmayan digər şəxslərin (X10 və X12) adları qeyd edilmişdir. İddiaçı, həmin şəxslərin adlarının texniki səhv nəticəsində şəhadətnamədə qeyd edildiyini bildirərək veriləcək çıxarışda onların adlarının qeyd edilməməsini cavabdeh orqandan xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 və X12 faktiki olaraq torpaq islahatı aparılan zaman X15 və X16 qeyd olunmaqla Rəhilə Xəlilovanın təsərrüfatında uçotda olmuşlar. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qəbələ rayon Qaradeyinli kəndi üzrə həyətyanı torpaq sahəsi ayrılmış subyektlər siyahısında X15 və X1 Xəlilova ilə birgə təsərrüfatda qeyd edilmişlər. Əlyazma ilə tərtib edilmiş ilkin subyektlər siyahısında iddiaçının ailə üzvləri olaraq X3 və X13 qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 10 saylı iclas protokolu ilə iddiaçının, X3 və X5 ümumibirgə mülkiyyətinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmiş, sonradan subyektlər siyahısında iddiaçının ailə üzvləri texniki səhv nəticəsində düzgün qeyd edilmədiyindən tərtib edilmiş şəhadətnamədə də, həmin səhv təkrarlanmış və iddiaçının təsərrüfatına aidiyyəti olmayan şəxslər ümumibirgə mülkiyyətçi olaraq göstərilmişlər. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsususiyyətləri öyrənilmiş, təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,1393 hektar torpaq sahəsi Qəbələ rayonu Qaradeyin kənd İnzibati Ərazisinin sərhədləri daxilində yerləşir. Həmin torpaq sahəsi, Qəbələ rayonu Qaradeyin kəndi ərazisində aparılmiş torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanı olan sahədir. Sözügedən torpaq sahəsinin 0,0532 hektar hissəsi JN-51A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş 0,09 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki naturada ölçülmüş 0,1393 hektar torpaq sahəsinin 0,0861 hektar hissəsi isə yaşayış məntəqələri torpaqlarında, uqodiyası həyətyanı olmaqla Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. X6 X9 (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 0,1393 hektar torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları uqodiyası həyətyanı torpaqları olmaqla, mülkiyyət forması bələdiyyədir. Rəyə əlavə edilmiş yerquruluşu planından görünür ki, iddiaçıya məxsus Şəhadətnamə ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında konfiqurasiya fərqləri mövcuddur. Hər bir halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi TEKUİS-də yaşayış məntəqələri torpaqlarına aid olmaqla Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid ərazi olaraq göstərildiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan yerquruluşu qaydasında dürstləşmə işləri aparmaqla konfiqurasiya fərqlərini aradan qaldırmalı və torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin iddiaçıya verilməsini təmin etməlidir. Belə ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2.4 və 2.5-ci bəndlərinə əsasən X6 X9 ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X6 X9 daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-051 A kod 40610028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin cizgisini iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırmaqla həmin şəhadətnamədə qeyd olunmuş X10 və X2 adları nəzərə alınmadan 0,09 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı ümumi birgə (X3 və X11 ilə birlikdə) mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1615/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1615/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver