Məhkəmə qərarları › İş №2-1(116)-1616/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1616/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1616/2023 21.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 12 noyabr N89-cu ildən 12 noyabr N91-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. N92-ci ilin may ayının 13-dən Azərbaycan Milli Ordusunun sıralarında hərbi qulluğa daxil olmuş, N saylı hərbi hissənin tərkibində N iyun N92-ci il tarixdən 15 avqust N92-ci ilədək Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiəsi uğrunda döyüşlərdə iştirak etməyi Azərbaycan Respubılikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, 361 saylı arayışla təsdiq olunur. Arayış AON90724228 saylı qeydiyyat kartına əsasən verilmişdir. Hərbi biletində döşülərdə iştirakı qeyd edilmiş, möhürlə təsdiqlənmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, ona "Müharibə veteranı" adı və vəsiqəsi verilməyib. Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə cavab olaraq cavabdeh 28 fevral 2022-ci il tarixli, 4/3-1559 saylı məktubla iddianı rədd etmiş, əsas olaraq döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədləri hərbi bilet, əmrdən çıxarışlar) olmaması göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Ərizəsinə əlavə etdiyi, arayışda, hərbi biletin təsdiq olunmuş surətində bu barədə qeydlər vardır. Cavabdeh təqdim etdiyi sənədlər əsasında araşdırma aparsaydı mütləq ərizəni təmin etməli idi. xx.xx.2013-cü il tarixli arayışda da döyüşlərdə iştirakı təsdiqlənmişdir. Həmin vaxtlar ağır xəstə olduğundan sənədləşdirmə işlərinə lazımı, qədər vaxt ayıra bilməmişdir. Bundan başqa "Veteran adı" və vəsiqəsinin verilməsi barədə müxtəlif dövlət orqanları arasında mübahisələr olub. Zərdab rayon Məhkəməsinin 2(036)-32/2012 saylı mülki iş üzrə 26 yanvar 2012-ci il tarixli qətnaməsi ilə Qarabağ uğrunda döyüşlərdə iştirak etməyi faktı müəyyən edilib, "veteran adı" və vəsiqəsinin verilməsi öhdəliyi keçmiş Zərdab Rayon Hərbi komissarlığının üzərinə qoyulmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli etirazından görünür ki, İddiaçı yeni hərbi bilet 2005-ci İldə verilib, orada olan yazılar da hərbi komissarlıq tərəfindən aparılıb, N nömrəli hərbi hissəyə daxil olması və ehtiyata buraxılması barədə əmrlər barədə qeyd aparılmamışdır. Həmçinin, bildirmək lazımdır ki, Zərdab rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən görmək olar ki, həmin sənəd (AR MPM-nin 82-ci maddəsinə görə) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçün preyudisial xarakter daşımır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2023cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-32/2012 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı 09 iyun N92-ci il tarixdən 15 avqust N92-ci il tarixədək Azərbaycan Respublikası Milli Ordusunun N saylı hərbi hissəsində hərbi xidmətdə olmaqla Qarabağ uğrunda döyüşlərdə iştirak etməsi faktı təsdiq edilmiş, “Müharibə veteranı” adının verilməsi vəzifəsi Zərdab rayon Hərbi Komissarlığının üzərinə qoyulmuşdur. - AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.N92-ci ildən xx.xx.N92-ci ilədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin xx.xx.2022-ci il tarixli 6-345 nömrəli və xx.xx.2022-ci il tarixli 361 nömrəli arayışlarından görünür ki, iddiaçı həqiqətən xx.xx.N89-cu il tarixdən xx.xx.N91-ci il tarixədək Keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.N92-ci ildə səfərbərlik yolu ilə hərbi xidmətə göndərilmiş, N nömrəli hərbi hissəyə təhvil verilmiş və N-nömrəli hərbi hissənin tərkibində xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N91-ci il oktyabrın 9dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N96-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar