Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1618/2024 17.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-N-8145/2-5/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X1 mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən həyətyanı sahəsindən elektrik verilişi xəttinin dayağının Azərişıq ASC-nin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-N-8145/2-5/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X1 mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən həyətyanı sahəsindən elektrik verilişi xəttinin dayağının Azərişıq ASC-nin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan birgə iddiaçı vəsatətlə müraciət edərək iddiaçı qismində oğlu İddiaçı qeyd edilməsini xahiş etmişdir. Vəsatət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Böyük Dəhnə kəndində yerləşən 0,253 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ xx.xx.2021-cı ildə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X1 mülkiyyətində olan torpaq sahəsinin ortasında yüksək gərginlikli elektrik dirəyi vardır. Həmin elektrik dirəyinin X1 mülkıyyətində olan torpaq sahəsində qalması onun mülkiyyət hüquqlarını pozur. Həmin elektrik dirəyinin mövcudluğuna görə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmir, orada tikinti işləri apara bilmirik. Ona görə də X2 xx.xx.2023-cü il tarixdə, ərizə işə Azərişıq ASC-yə müraciət edərək Şəki rayonu Böyük Dəhnə kəndində yerləşə torpaq sahəsindən elektrik dirəyinin çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibətində (etiraz) bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dayaq 35/10 kV-luq Dəhnə y/st-dan çıxan 10 kV-luq Aran hava xəttinin dayağıdır. Dayaq həmin ərazidə layihə əsasında 1960-cı ildə quraşdırılmışdır. Lakin sonradan həmin ərazi torpaq sahəsi kimi vətəndaşa satılmışdır. İddiaçının dəfələrlə müraciəti əsasında dayağın həmin torpaq sahəsindən çıxarılması üçün “Asan xidmət” mərkəzinə müraciət olunması tövsiyyə olunmuş və iddiaçı Şəki rayonu Böyük Dəhnə kənd sakini Nümayəndə tərəfindən “Asan xidmət" mərkəzinə BOE**********7874 saylı, 10.11 202-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. "xxxx" ASC tərəfindən müraciət əsasında həmin əraziyə baxış keçirilmiş və baxış əsasında müraciətin təmin olunması məqsədi ilə "xxxx" ASC tərəfindən smeta hesabatı aparılmışdır. Qeyd olunan hava xətti layihə əsasında 1960-cı il tarixində X3 tərəfindən quraşdırılaraq istismara verilmişdir. Lakin Nümayəndə oğla həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququ qeyd olunan hava xətti istismara verildikdən sonra, yəni xx.xx.2021-ci ildə verilmişdir. Nümayəndə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ hava xətti istismara verildikdən sonra verildiyindən onun iddiası əsasızdır. Nəzərinizə çatdırmaq istəyirik ki, 0.4 kV-luq elektrik verilişi xəttinin köçürülməsi üçün tərtib olunmuş smeta dəyəri "xxxx" ASC-nin müvafiq bank hesabına ödənildikdən sonra işin icrası təmin oluna bilər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. 24.05.2022-ci il tarixli Qiymətlərin Razılaşdırma protokolunun surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsində yerləşən elektrik xəttinin yerinin dəyişdirilməsi,elektrik dayaqlarının çıxarılmasından ibarətdir.İddiaçı elektrik xətti və dayaqlarının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən cavabdehin vəsaiti hesabına həmin prosesin icrasını cavabdehdən tələb etmişdir.Cavabdehin təqdim etidyi xərclərin smetası haqqında məlumatdan görünür ki,iddiaçının tələbinin icrasından imtina edilmiş,lakin həmin xərcin ödəniləcəyi halda müvafiq tələbin təmin ediləcəyi bildirilmişdir.Göründüyü kimi hazırkı mübahisənin əsası müvafiq smetanın ödənilməsi ilə bağlıdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının tələbinin icrası ilə bağlı cavabdeh tərəfindən müvafiq xərclərlə bağlı müqavilə təklifi tələbin icrasının həmin şərtlərdə mümkünlüyü isbat edir.İddiaçı burada xərclə bağlı məbləği deyil,xərcin olmasını istisna edir ki,bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. İşin təqdim edilən sənədlərindən göründüyü kimi elektrik dayaqları həmin ərazidə layihə əsasında 1960-cı ildə quraşdırılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmiş və müvafiq tələblə müraciət etmişdir.Burada mülkiyyət hüququnun müdafiəsi baxımından cavabdehin tələbin icrasını təmin etmək vəzifəsi yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən : İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nizamnəməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək yaradılmışdır. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya əsasən tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması” Qaydası : 1.1. Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-N-8145/2-5/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X1 mülkiyyətində olan Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən həyətyanı sahəsindən elektrik verilişi xəttinin dayağının Azərişıq ASC-nin öz hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə