Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-162/2022 24.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonunun İstisu kəndində yerləşən, 30.04.2005-ci il qeydiyyat tarixli, JN:398 seriyalı, kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan, faktiki istifadədəki 0,30 ha ölçüdə torpaq sahəsinin təyinatı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi əsas götürülərək daşınmaz əmlakın dövlət reyestrində “kənd təsərrüfatı təyinatı” şəklində göstərilməklə, həmin torpaq sahəsinin təkrar qeydiyyata alınması və buna dair yeni çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayonu İstisu kəndində yerləşən 30.04.2005-ci il qeydiyyat tarixli JN:398 seriyalı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan 0,30 ha torpaq sahəsi ilə bağlı hüquqlarının təkrar dövlət qeydiyyatına alınması, çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı rayonu İstisu kəndində mülkiyyət hüquqları ilə iddiaçıya məxsus 0,30 ha ölçüdə torpaq sahəsi vardır. İddiaçının torpaq sahəsi üzərindəki hüququ 30 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata alınmış və ona JN: 398 seriyalı, 40711028 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 09.06.2021-ci il tarixli imtina ərizəsində qeyd etmişdir ki, ərazi idarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparmış və əldə olunan məlumatlar elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməklə çay yatağına düşür. Qeyd edilən səbəbə görə də müraciətin təmin edilməsi mümkün olmamışdır. İddiaçının nümayəndəsi və vəkili 04.11.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, “Azərbaycan Respublikası İsmayıllı rayonunda yerləşən, 30.04.2005-ci il qeydiyyat tarixli JN:398 seriyalı, kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan faktiki istifadədəki 0,30 ha torpaq sahəsinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında olan uyğunsuzluqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 13.11-ci maddəsinə və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbilər haqqında” 07.03.2016-cı il tarixli Fərmanının tələblərinə müvafiq qaydada aradan qaldırmaqla hüquqlarının təkrar qeydiyyata alınması, buna dair çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.11.2021-ci il tarixli 2-1(116)-1152/2021 nömrəli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə cavabdeh inzibati orqan məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə iddia tələbinə dair 26.07.2021-ci il tarixli etiraz məktubunu məhkəməyə ünvanlamışdır. Etiraz məktubunda cavabdeh 09.06.2021-ci il tarixli imtina məktubunda göstərilənləri, yəni torpaq sahəsinin çay yatağına düşdüyünü qeyd edərək bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq 0,2944 hektardır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 02.11.2021-ci il tarixli 2-1(116)-1152/2021 nömrəli qərardadı ilə İsmayıllı rayonu Qalacıq bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili 13.01.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini dəqiqləşdirmiş və iddia tələbinin “Azərbaycan Respublikası İsmayıllı rayonunun İstisu kəndində yerləşən, 30.04.2005-ci il qeydiyyat tarixli, JN:398 seriyalı, kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan, faktiki istifadədəki 0,30 ha ölçüdə torpaq sahəsinin təyinatı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi əsas götürülərək daşınmaz əmlakın dövlət reyestrində “kənd təsərrüfatı təyinatı” şəklində göstərilməklə, həmin torpaq sahəsinin təkrar qeydiyyata alınması və buna dair yeni çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. 24.02.2022-ci il tarixli məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan X3 filialının 05.08.2021-ci il tarixli 217/65 nömrəli məktubuna əlavə edilən İstisu bələdiyyəsinin 23.08.2004-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İstisu bələdiyyəsi tərəfindən şərti yararsız torpaq sahəsindən 0,30 ha torpaq sahəsinin tikinti məqsədilə iddiaçıya satılması qərara alınmışdır. İşdə olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 21.12.2021-ci il tarixli məktubuna əlavə edilən İlisu bələdiyyəsinin 23.08.2004-cü il tarixli 09 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla İstisu bələdiyyəsinin şərti yararsız torpaq sahəsindən 0,30 ha torpaq sahəsinin tikinti məqsədilə iddiaçıya satılması qərara alınmışdır. Məktuba əlavə edilmiş 24.08.2004-cü il tarixli “Torpaqların alqı-satqısına dair” aktın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini 658533 nömrəli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. Akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İşdə olan: DTXK-nın İsmayıllı rayon şöbəsinin 24.08.2004-cü il tarixli 263 nömrəli rəyinin təsdiq edilmiş surətindən görünür ki, Şöbə iddiaçıya sözügedən torpaq sahəsinin satılmasına etiraz etməmişdir. JN-398 kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonunun İstisu bələdiyyəsinin 23.08.2004-cü il tarixli 09 saylı qərarı ilə 0,30 ha torpaq sahəsi tikinti məqsədilə Bakı şəhər sakini İddiaçı verilmişdir. Dövlət aktı 30.04.2005-ci il tarixdə 280 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “Dövlət aktı qeydiyyat kitabı”ndan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 0,30 ha torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş JN-398 kod 40711028 nömrəli Dövlət aktı qeydiyyat kitabında 280-ci sırada qeyd edilmişdir. Cavabdehin 11.10.2021-ci il tarixli məktubunda qeyd edilir ki, JN-398 kod 40711028 nömrəli Dövlət aktının arxivdə saxlanılmalı olan nüsxəsi ləğv edilmiş DTXK-nın İsmayıllı rayon şöbəsindən təhvil götürülmüş sənədlərdə aşkar edilməmişdir. Həmçinin aktın tərtib edilməsinə əsas olan sənədlər DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsində saxlanılmır. Qalacıq bələdiyyəsinin 15.12.2021-ci il tarixli 72 nömrəli məktubunda qeyd edilmişdir ki, İsmayıllı rayonu İstisu bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 sentyabr 147 nömrəli qərarı ilə ləğv edilərək İsmayıllı rayonu Qalacıq bələdiyyəsinə birləşdirilmişdir. İstisu bələdiyyəsinin bütün əmlakı Qalacıq bələdiyyəsinə təhvil verilmişdir. Hal-hazırda sabiq İstisu bələdiyyəsinin hüquqi varisi İsmayıllı rayonu Qalacıq bələdiyyəsidir. Qalacıq bələdiyyəsi sözügedən torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.10.2021-ci il tarixli **********44 nömrəli mətkubuna əlavə edilmiş tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd olunmuşdur ki, Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu İstisu kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İsmayıllı rayonu İstisu Bələdiyyəsinin 23.08.2004-cü ii tarixli 09 saylı qərarı ilə İddiaçı İsmayıllı rayonu İstisu kəndi ərazisində satılmış və adına qeyd edilmiş JN- 398 seriyalı (kod ********) “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən 0,30 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası kolluq olmaqla İsmayıllı rayon Qalacıq bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən 0,30 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. Çıxarışdan torpaq sahəsinin imtina məktubunda qeyd edildiyi kimi çay yatağında yerləşmədiyi müəyyən edilir. Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” 16.07.1996-cı il tarixli 155- İQ nömrəli Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı iş üzrə cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinasının əsasını iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin çay yatağında yerləşməsi təşkil edir. Halbuki, iş materiallarında olan mütəxəssis rəyindən torpaq sahəsinin imtinaya əsas göstərildiyi kimi çay yatağında yerləşdiyi müəyyən edilmir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi İsmayıllı rayonu İstisu bələdiyyəsinin 23.08.2004-cü il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş, Dövlət aktına əsasən iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bələdiyyənin sözügedən qərarı mübahisələndirilməmişdir və hazırda qüvvədədir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22.12.1998-ci il tarixli 593-İQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.50-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26.06.2021-ci il tarixli 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə əsasən Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinə əsasən: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: ... 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.3. dövlət reyestrinə müvafiq məlumatları paralel olaraq yazı üsulu ilə kağız üzərində və elektron formada daxil etmək; 3.1.4. hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; ... 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;... İş materialları ilə sabit olur ki, iddiaçıya torpaq sahəsi ayrılarkən bələdiyyə orqanı tərəfindən qanunvericiliyin tələbləri gözlənilmiş, rəylər alınmış, torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənildikdən sonra tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilərək səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən iddiaçının adına JN-398 kod 40711028 nömrəli Dövlət aktı tərtib edilmiş, akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş, həmçinin dövlət aktı qeydiyyat kitabında müvafiq nömrə ilə qeydiyyata alınmışdır. Eləcə də İlisu bələdiyyəsinin hüquq varisi olan İsmayıllı rayonu Qalacıq bələdiyyəsi də torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və “Nоrmаtiv hüquqi aktlаr hаqqındа” Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. “Pine Valley dеvеlоpmеnts Ltd” şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri, cavabdehin imtinasının əsassızlığını isə təsdiq edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh orqan tərəfindən imtina olunmasına əsas olaraq göstərilmiş hal iş materialları və həmçinin sözügedən əraziyə naturada baxış keçirmiş mütəxəssislər tərəfindən verilmiş rəydə öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməli, cavabdehin üzərinə İsmayıllı rayonunun İstisu kəndində yerləşən, 30.04.2005-ci il qeydiyyat tarixli, JN:398 seriyalı, kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan, faktiki istifadədəki 0,30 ha ölçüdə torpaq sahəsinin təyinatı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi əsas götürülərək daşınmaz əmlakın dövlət reyestrində “kənd təsərrüfatı təyinatı” şəklində göstərilməklə, həmin torpaq sahəsinin təkrar qeydiyyata alınması və buna dair yeni çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İsmayıllı rayonunun İstisu kəndində yerləşən, 30.04.2005-ci il qeydiyyat tarixli, JN:398 seriyalı, kod 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan, faktiki istifadədəki 0,30 ha ölçüdə torpaq sahəsinin təyinatı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi əsas götürülərək daşınmaz əmlakın dövlət reyestrində “kənd təsərrüfatı təyinatı” şəklində göstərilməklə, həmin torpaq sahəsinin iddiaçının adına təkrar qeydiyyata alınması və buna dair yeni çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-162/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-162/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver