Məhkəmə qərarları › İş №2-1(116)-162/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-162/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-162/2025 12.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə JN-517 Torpağa Mülkiyyət Hüququna X24 və JN- 493 Torpağın Verilməsinə dair Şəhadətnamə ilə İddiaçı mərhum həyat yoldaşı X4 pay verilmiş torpaq sahəsinə mərhumun adına mükiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə JN-517 Torpağa Mülkiyyət Hüququna X24 və JN-493 Torpağın Verilməsinə dair Şəhadətnamə ilə İddiaçı mərhum həyat yoldaşı X4 pay verilmiş torpaq sahəsinə mərhumun adına mükiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-3424/2025 nömrəli qərardadı ilə X2, X7, X5, X8, X6 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsinə əsasən, İddiaçı 11 avqust 2009-cu il tarixdə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahından 12 yanvar 2012-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Ərizəçinin əri X11 20 iyun 2014-cü ildə vəfat etmişdir. Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışı ilə təsdiq olunur ki, mərhum X11 vəfat edən günə kimi Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsi 16 saylı evdə arvadı və uşağı ilə birlikdə yaşamışdır. Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin 27 mart 2019-cu il tarixli məktubundan görünür ki, X11 7 nəfər ailə üzvləri ilə birlikdə X14 getmiş, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə JN-517 Torpağa Mülkiyyət Hüququna X24 ilə 0.23 (iyirmi üç sot) hektar, JN-493 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə, 1,51 (bir hektar əlli bir sot) hektar, cəmi 1,74 (bir hektar yetmiş dörd sot) hektar onlara torpaq sahəsi verilmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququna dair şəhdətnamə almaq üçün Qəbələ Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinə müraciət etmiş, orada vərəsəlik işi açılmış, lakin ondan torpaq sahələrinə dair çıxarış alınması tələb olunmuşdur. Bununla əlaqədar notarius tərəfindən də 9 saylı Ərazi idarəsinə müvafiq sorğu göndərilmişdir. İddiaçı mərhum həyat yoldaşının atası və digər ailə üzvləri Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin çıxarışla əvəz olunması üçün müraciət etməkdən yayınmışlar. Azərbaycan Respublikaası Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi həyata keçirilməlidir. Müraciətinə əsasən cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-0058/2023 nömrəli məktub ilə Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X11 və ailə üzüvlərinin adına verilmiş JN-517 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 əsasən 0.23 ha kənd təsərrüfatı təyinatlı və JN-493F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 1.08 ha həyətyanı torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlərin əsli, vərəsəlik mə’.tubu, ölüm şəiıadətnaməsi, şəxsiyyət vəsiqəsi və ödəniş qəbzi ilə birlikdə Qəbələ Asan xidməti mərkəzinə müraciət etməyi tövsüyyə edilmişdir. Lakin bu günədək qanunla müyyən olunmuş qaydada müraciət olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubu ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN 493F KOD 40616028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə 1.08 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. JN 493B KOD 40616028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. 1921013586 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.2255 ha torpaq sahəsi X11 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.

5. JN 0517 KOD 40616028 nömrəli torpağa mülkiyyət hüququna X24nın surətindən görünür ki, X3 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə 0.23 ha həyətyanı torpaq sahəsi verilmişdir.

6. Qəbələ rayonu Nohurqişlaq kəndi üzrə həyətyanı torpaq sahəsi ayrəlan subyektlərin siyahısı.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə sonuncusu 12 mart 2025-ci il tarixinə olmaqla,dörd məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və onun vəkilinə lazımı qaydada məlumat verilmişdir.İddiaçı tərəfindən məhkəmə iclaslarında iştirak edilməmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı iki hissədən ibarətdir.

1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə JN-517 Torpağa Mülkiyyət Hüququna X23 əsasən İddiaçı mərhum həyat yoldaşı X11 və ailə üvlərinin ümumi birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi;

2. JN-493 Torpağın Verilməsinə dair Şəhadətnamə ilə mərhum X11 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, JN-517 Torpağa Mülkiyyət Hüququna X23 əsasən ümumi birgə mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmişdir.Belə ki,30 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi iddianın yuxarıda qeyd olunan hissəsi ilə bağlı iddiaçının hər hansı hüquqi marağı mövcud olmamışdır.İddiaçıya hüquqi yardım qaydasında izah edilir ki,torpaq sahəsinin mərhum ərinə məxsus hissəsinin naturada ayrılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında müraciət edə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2002-ci il tarixli 17 saylı qərarı ilə JN-517 Torpağa Mülkiyyət Hüququna X24 və JN-493 Torpağın Verilməsinə dair Şəhadətnamə ilə İddiaçı mərhum həyat yoldaşı X4 pay verilmiş torpaq sahəsinə mərhumun adına mükiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar