Məhkəmə qərarları › İş №2-1(116)-1620/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1620/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1620/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi Xidmətinə qarşı “cavabdehin üzərinə daşınmaz əmlakın çıxarışın alınması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 14 saylı Ərazi Xidmətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə daşınmaz əmlakın çıxarışın alınması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçının müraciətinizdən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. İddia ərizəsində hazırkı tələblə bağlı cavabdeh orqana müraciət edildiyi qeyd edilsə də, iş materiallarına müvafiq müraciətin edildiyini, o cümlədən cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina etməsini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa cavabdeh orqanın adı və iddia tələbi düzgün qeyd edilməmişdir. Belə ki, cavabdeh orqan – “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi qeyd edilməli və tələb iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməlidir. İzah olunmuşdur ki, torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmasını xahiş etdiyiniz hüququn növünü qeyd etmədən həmin torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı tələb aydın deyil. Əgər nail olmaq istənilən hüquqi nəticə 5.7915 ha və 1.8883 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlıdırsa, tələb aşağıdakı kimi ifadə oluna bilər: - cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə 5.7915 ha və 1.8883 ha torpaq sahələri üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm. Həmçinin iş materiallarında olan AN-0994233 nömrəli alqı-satqı müqaviləsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsindəki imza iddiaçının həmin müqavilədə olan imzasından xeyli dərəcədə fərqlənir və imzanın İddiaçı yerinə başqa şəxs tərəfindən icra edilməsi təəssüratı yaranır. İnzibati Prosessual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırki iş üzrə iddiaçının iddia ərizəsindəki imzanın iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi hazırki iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından vacib əhəmiyyət daşıyır. Odur ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün müvafiq iddia ərizəsi İddiaçı şəxsən iştirakı ilə notarial qaydada, yəni imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunmaqla məhkəməyə təqdim olunmalıdır. Eyni zamanda İddiaçı şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək (iş günləri və iş saatları daxilində) iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim edə, yaxud iddia ərizəsi iddiaçının müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalana bilər. Yuxarıda yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya 10 (on) gün müddət vaxt təyin edilmişdir. Müvafiq məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində yuxarıda qeyd edilən nöqsanlar aradam qaldırılmamışdır.. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 14 saylı Ərazi Xidmətinə qarşı “cavabdehin üzərinə daşınmaz əmlakın çıxarışın alınması öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar