Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1624/2023 13.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vakansiyanın olmasına baxmayaraq, işlə təmin olunmadığına görə X1 analoji vakant vəzifə yarandığı tarixdən Ağsu rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsinə təyin olunduğu tarixədək keçən müddət ərzində həmin vəzifə üzrə ödənişlər nəzərə alınmaqla itirilmiş pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vakansiyanın olmasına baxmayaraq işlə təmin olunmadığına görə, vakansiyanın yarandığı vaxtdan əmək haqqının hesablanaraq ödənilməsi, vakansiyaya verilmiş vəzifələrdən biri üzrə işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “vakansiyanın olmasına baxmayaraq, işlə təmin olunmadığına görə X1 analoji vakant vəzifə yarandığı tarixdən Ağsu rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsinə təyin olunduğu tarixədək keçən müddət ərzində həmin vəzifə üzrə ödənişlər nəzərə alınmaqla itirilmiş pul məbləğinin ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyində (bundan sonra Nazirlik) müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu iş yeri isə Nazirliyin yanında X4 Xidmətinin Ağsu regional ərazi şöbəsində məsləhətçi-əmək müfəttişi vəzifəsi olmuşdur. İşlədiyi müddətdə nümunəvi işçi olmuş və daima rəhbərliyin etimadını qazanmışdır. Dövlət qulluqçularının 2021-ci il üzrə qiymətləndirilməsi olmuş və çalışdığı müfəttişlik üzrə ən yüksək faiz toplayan işçi olmuşdur. Ştatların ixtisarı ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən işdən azad olunmuşdur. Dəfələrlə müraciətindən sonra 07 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (bundan sonra DİM) ehtiyat kadr kimi qeydiyyata alınmışdır. Dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kımi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələləri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına va ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21,1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası ilə tənzimlənir. Həmin Qaydanın 8-ci hissəsinə əsasən dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə DİM-ə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə DİM-ə məlumat verilməlidir. Analoji vakant vəzifə dedikdə şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifə nəzərdə tutulur. DİM-nin 13 oktyabr 2022-ci il tarixdə elan etdiyi ümumi müsahibə elanlarında analoji vəzifələrin olduğunu gördükdə DİM-ə zəng vurmuş, Mərkəzdən ona Nazirliyə müraciət etməyi məsləhət görmüşlər. Nazirliyin kadrlar şöbəsinin müdir müavini Elşad Əliyevlə telefonla danışmış. Həmin şəxs ona elanın artıq verildiyini, onunsa yaxın zamanda münasib yerdə işlə təmin olunacağını bildirmişdir. Müsahibələr bitdikdən və müsahibəyə çıxarılmış yerlər tutulmadıqda o, 23 dekabr 2022-ci ildə yenidən Elşad müəllimə zəng vurub həmin vəzifəyə onu göndərmələrini xahiş etmişdir. Elşad müəllim ona ilin sonu olduğunu, işin çox olduğunu bəhanə gətirərək, yeni ildən sonra əlaqə saxlamağı xahiş etmişdir. Nazirliyə 10 yanvar 2023-cü il tarixli məktub ünvanlamış. Məktubda yaranmış vakansiyalardan birində işlə təmin olunmağını xahiş etmişdir. Vətəndaşların müraciətləri haqqında qanunun 10-cu maddəsinə əsasən 15 iş günü müddətində müraciəti cavablandırılmamışdır. Nazir müavini Anar Əliyevin 28 fevral 2023-cü ildə Ağsu şəhərində vətəndaşları qəbul edəcəyi məlumatını aldıqda elektron poçt vasitəsi ilə qəbula yazılmış və qəbula getdiyi gün, yəni 28 fevral 2023-cü il tarixdə müraciətinə cavab almışdır. Müraciəti 14 fevral 2023-cü il tarixli 3-17/2-R-1493/2023 nömrəli məktubla cavablandırılmışdı. Cavab məktubunda vakansiyanın olmadığı, olduğu təqdirdə işlə təmin olunacağı bildirilirdi. Anar müəllimin qəbulunda olmuş. Nazirlikdən ona gələn məktubu və vakant vəzifələrin olması ilə bağlı məlumatları Anar müəllimə təqdim etmişdir. Anar müəllim məsələ ilə məşğul olmağı və onun işlə təmin olunmağını yanındakı işçilərə tapşırmışdır. Bu günə qədər heç bir məlumat yoxdur. Vakant vəzifənin olmasına baxmayaraq bəzi məmurlar qanunvericiliyin tələblərini pozaraq onun işlə təmin olunmasına maneçilik törətmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 33.1.3cü maddəsinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən işdən azad edilmiş və Qanunun 34-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissələrinə uyğun olaraq müəyyən edilmiş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti və öz razılığı ilə xəbərdarlıq müddəti əvəzinə əmək haqqı ödənilmişdir. Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Qanunun 33.1-ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə öz işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi Şəki İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli Qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2-1(107)-283/2022 nömrəli Qərardadı ilə təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2-1(116)-1260/2022 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3-cü hissəsinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Həmçinin, həmin Qaydaların 8-ci hissəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılmış və bu barədə X5 məlumat verilmişdir. Qaydanın 11 -ci hissəsinə əsasən dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin analoji vakant vəzifəyə təyin edilməsi qanunvericilikdə müəyyən edilmiş vəzifənin tutulma şərtlərinə uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı ilə təsdiq edilmiş “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin 3-cü hissəsinə əsasən Ümumi Şərtlər “Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və “Bilməlidir” hissələrindən ibarətdir. 4-cü hissəyə əsasən “Təhsilə dair tələblər" hissəsində vəzifənin tutulması üçün zəruri olan ali təhsil müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında təhsilə dair aşağıdakı tələblərdən biri müəyyən edilir: ixtisas (ixtisaslar); ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları); ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları) və ixtisas (ixtisaslar). Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında ixtisas, ixtisas istiqaməti və ya ixtisaslar qrupu göstərilmədən ali təhsil müəyyən edilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 fevral 2022- ci il tarixli əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 16 ərazi şöbəsi ləğv edilmiş və əsasında 12 regional şöbə yaradılmışdır. Nəticədə Ağsu regional ərazi şöbəsi (Ağsu, Göyçay və Kürdəmir rayonları əhatə etmişdir) ləğv edilmiş X6 Şöbəsi (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarını əhatə edən) yaradılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X6 şöbəsində (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları) məsləhətçihüquqşünas vəzifəsi mövcud olmuşdur (vəzifənin tutulma şərtləri əlavə olunur). Belə ki, həmin vəzifənin tutulma şərtlərində təhsil tələbi kimi hüquqşünaslıq ixtisası qoyulmuşdur. Lakin İ. Rzayevin ixtisası “iqtisadiyyatın hüquqi tənzimləməsi” olduğundan onun həmin vəzifəyə təyin edilməsi mümkün olmamışdır. Həmçinin Qaydanın 10-cu hissəsinə əsasən dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər (staj və ya sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslər istisna olunmaqla) əvvəllər tutduqları vəzifədən daha yüksək vəzifəyə (analoji vəzifə istisna olunmaqla) iddia etdikdə, onlarla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsahibə keçirilir. Qanunun 29.3-cü maddəsinin altıncı hissəsinə əsasən dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs bu Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq keçirilən ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq keçirilən daxili müsahibədə iştirak edə bilər. Lakin iddiaçı bu günə qədər Nazirlik tərəfindən elan edilən daxili və ümumi müsahibələrdə iştirak etməmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda Ağsu rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsində çalışır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - X3 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bu Qayda dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Həmin Qaydanın 8-ci hissəsinə əsasən, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, həmin Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. Analoji vəzifə dedikdə tutulması şərtləri uyğun olan vəzifə nəzərdə tutulur. “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı ilə təsdiq edilmişdir. Ümumi Şərtlər “Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və “Bilməlidir" hissələrindən ibarətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Ağsu Regional Ərazi Şöbəsində məsləhətçi-əmək müfəttişi vəzifəsində qulluq keçmiş İddiaçı dövlət qulluğuna Nazirliyin 28 fevral 2022-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.3cü maddəsinə (dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmiş və onun Nazirlikdə 2 il müddətinə ehtiyat kadr kimi saxlanılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 'Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri informasiya Sistemi”nə və "Dövlət qulluğu - Vəzifələrin idarə Edilməsi Sistemi"nə daxil edilmiş 27 aprel 2023-cü il tarixinə olan məlumatlara əsasən Nazirliyin X6 Şöbəsində 1 ştat vahidi məsləhətçihüquqşünas vəzifəsi vakantdır. İddiaçı İ,V.Rzayevin ali təhsil üzrə ixtisası (iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası) qeyd olunan vəzifənin vəzifə təlimatı ilə müəyyən edilmiş təhsil tələbi ilə (hüquqşünaslıq ixtisası) uyğunluq təşkil etmir. Əlavə olaraq bildiririk ki, Nazirliyin X6 Şöbəsində vakant olan 1 ştat vahidi məsləhətçi-hüquqşünas vəzifəsinin tutulması məqsədilə müsabiqənin müsahibə elanı edilməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 fevral 2022-ci il tarixli **********2 nömrəli əmrindən (“İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında”) çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Ağsu regional ərazi şöbəsinin məsiəhətçi-əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı dövlət qulluğuna 01 mart 2022ci il tarixdən xitam verilmiş, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 8-ci hissəsinə əsasən İddiaçı Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılması və bu barədə X5 məlumat verilməsi qərara alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-17/2-R-1493/2023 nömrəli məktubundan görünür ki, Nazirliyin 28 fevral 2022-ci il tarixli əmri ilə Nazirlik yanında X4 Xidmətinin X6 şöbəsi yaradılaraq Ağsu regional ərazi şöbəsi, İsmayıllı regional ərazi şöbəsi, Qobustan regional ərazi şöbəsi və Şamaxı regional ərazi şöbəsi həmin regional şöbədə birləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********2 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixindən işdən azad edilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissələrinə uyğun olaraq müəyyən edilmiş əmək stajından asılı olaraq işdənçıxarma müavinəti və öz razılığınızla xəbərdarlıq müddəti əvəzinə əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 8-ci hissəsinə əsasən dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə X5 məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən vəzifəyə təyin edilməlidirlər və bu barədə X5 məlumat verilməlidir. Nazirlik yanında X4 Xidmətində analoji vakant vəzifə mövcud deyil. - AZEMİS-dən çıxarışdan görünür ki, iddiaçı Ağsu Rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsində işləyir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “vakansiyanın olmasına baxmayaraq işlə təmin olunmadığına görə, vakansiyanın yarandığı vaxtdan əmək haqqının hesablanaraq ödənilməsi, vakansiyaya verilmiş vəzifələrdən biri üzrə işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na nail olmaq olmuşdur. Məhkəmə iclasında iddiaçının izahatı və AZEMİS məlumatları əsasında müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq hazırda Ağsu Rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsində işləyir. Nəzərə alınmalıdır ki, iddiaçı Ağsu rayonunda qeydiyyatda olmaqla, artıq həmin rayonda Statistika İdarəsində işlədiyindən, onun cavabdeh orqanın istənilən digər regionda işlə təmin ediləcəyi halda həmin işdən çalışacağı inandırıcı görünmür. Məhkəmə iclasında verdiyi izahatında da, iddiaçı, iddianın təmin olunacağı halda vakansiyaya verilmiş vəzifələrdən biri üzrə işləyəcəyi və hazırkı işindən çıxacağını yox, öz seçimi əsasında vakansiyaya verilmiş vəzifələrdən biri üzrə və yaxud hazırda işlədiyi vəzifədə çalışmaqda davam edib-etməyəcəyinə qərar verəcəyini bildirmişdir. Qeyd olunan hal iddiaçının artıq ilkin tələb üzrə hüquqi marağının itməsi və bir növ cavabdeh orqanın ona qarşı qərəzli hesab etdiyi hərəkətlərinə görə hazırkı mübahisəni davam etdirməsi qənaəti yaratdığından, iddiaçıya nail olmaq istədiyi hüquqi nəticəyə uyğun tələbin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilmişdir. İddiaçı cavabdeh orqana qarşı tələbini dəqiqləşdirərək “vakansiyanın olmasına baxmayaraq, işlə təmin olunmadığına görə X1 analoji vakant vəzifə yarandığı tarixdən Ağsu rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsinə təyin olunduğu tarixədək keçən müddət ərzində həmin vəzifə üzrə ödənişlər nəzərə alınmaqla itirilmiş pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçının dəqiqləşdirilmiş tələbə münasibətdə də iddia ərizəsinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Belə ki, dəqiqləşdirilmiş iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İlkin tələbdə iddiaçı, vakansiyaya verilmiş vəzifələrdən biri üzrə işlə təmin olunmasını və vakansiyanın yarandığı tarixdən əmək haqqının hesablanaraq ödənilməsini tələb edirdisə, hazırda iddiaçının tələbi “X1 analoji vakant vəzifə yarandığı tarixdən Ağsu rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsinə təyin olunduğu tarixədək keçən müddət ərzində həmin vəzifə üzrə ödənişlər nəzərə alınmaqla itirilmiş pul məbləğinin ödənilməsi” barədədir. İş materiallarında iddiaçının sözügedən tələblə ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vakansiyanın olmasına baxmayaraq, işlə təmin olunmadığına görə X1 analoji vakant vəzifə yarandığı tarixdən Ağsu rayon Statistika İdarəsində baş məsləhətçi vəzifəsinə təyin olunduğu tarixədək keçən müddət ərzində həmin vəzifə üzrə ödənişlər nəzərə alınmaqla itirilmiş pul məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1624/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1624/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver