Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1631/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Günel Soltan qızının sədrliyi, Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: Şəki şəhəri, Süleyman Eldarov küçəsi, ev 3 xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 həmin evə paylı mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı2 paylı mülkiyyət hüququ isə xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətçiləri olduğu Şəki şəhəri, Süleyman Eldarov küçəsi, ev 3-də qeydiyyatda olan X4 həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən 22 oktyabr 2024-cü il tarixli məktubla iddiaçıların qaldırdığı həmin məsələnin həllindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı mülkiyyətində olan fərdi yaşayış evindən həmin şəxsin qeydiyyatdan çıxarılması barədə iddia qaldıraraq Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Şəki şəhəri, Süleyman Eldarov küçəsi, ev 3 onların xüsusi mülkiyyətindədir. 26 avqust 2018-ci il tarixdə (İddiaçı1 oğlu) Elçin X2 ilə rəsmi qaydada nikaha daxil olaraq ailə qurdu. Toydan sonra iddiaçıların razılığı ilə Aytac Abdurəhimova həmin evə qeydiyyata düşmüşdür. Şəki Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. X5 artıq o evdə yaşamır, cehiz əşyalarını da aparmışdır. Qeydiyatı formal xarakter daşıyır. Evdən istifadə hüququ da yoxdur. Onun formal şəkildə evlərində qeydiyyatda olmaları mülkiyyət hüquqlarını pozur. Cavabdeh inzibati orqan Şəki Şəhər Rayon Polis Şöbəsi iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin 11 dekabr 2024-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər (nümayəndə vasitəsilə təmsil olunmamışlar). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «İnzibati icraat haqqında» Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı: MƏHKƏMƏSİNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmənin qənaətinə görə iddia mümkün iddiadır. Belə ki, cavabdeh inzibati orqan Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Eyni zamanda cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarına əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Şəki Şəhər Rayon X16 şəhəri, M.F.Axundzadə pr.-1 ünvanında yerləşir. İddianın əsaslılığı: Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin iddiaçıların mülkiyyətində olan yaşayış sahəsindən ərizəsində adı göstərilən şəxsin qeydiyyatdan çıxarılmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubu ilə Şəki şəhəri, S.Eldarov küçəsi, 3 nömrəli evə dair İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın surəti təqdim olunmuş və bildirilmişdir ki, X3 Şəki şəhəri, Süleyman Eldarov küçəsi, ev 3 üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materialları ilə müəyyən edilir ki, X5 İddiaçı1 keçmiş gəlinidir və iddiaçının oğlu X9 ilə nikah bağladıqdan sonra iddiaçılara məxsus yaşayış sahəsinə pasport qeydiyyatına düşmüşdür və hazırda həmin ünvanda faktiki yaşamamaqla həmin fərdi yaşayış evinə dair heç bir əmlak hüququ yoxdur. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətanməsindən görünür ki, X9 ilə X6 arasında 26 avqust 2018-ci ildə Şəki Rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 274 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Eyni zamanda işə əlavə olunan AZ İ№ 445044-li Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçının (İddiaçı1) oğlu X7 X10 ilə olan nikahı pozulmuşdur. Bu barədə xx.xx.2024-cu il tarixində № 26 ilə nikahın ləğv edilməsi haqqqında akt qeydləri kitabında qeyd edilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsindən məhkəməyə daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanına qeydiyyata alınmış və şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçılara məxsus yaşayış sahəsində qeydiyyatda qalmasının heç bir hüquqi əsası olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında digər üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən Şəki şəhəri, Süleyman Eldarov küçəsi, 3 nömrəli evə sahiblik, istifadə və sərəncam hüququ paylı mülkiyyətçilər kimi hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsusdur. Aidiyyəti səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsindən alınmış sorğuya cavabda da X1 fərdi yaşayış evinə istifadə hüquqlarının qeydiyyata alınmadığı təsdiqini tapır. Üçüncü şəxs X3 iddiaçıların hazırda mülkiyyətində olan fərdi yaşayış evinə dair hüququnun mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxsin özü tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. Hazırkı iş üzrə üçüncü şəxs iddiaçılara münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericilyi baxımından iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçıların isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüquqları əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Şəki Şəhər Rayon Polis Şöbəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 müraciəti üzrə həmin şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X3 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Şəki şəhəri, Süleyman Eldarov küçəsi, 3 nömrəli evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X3 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Şəki şəhəri, Süleyman Eldarov küçəsi, 3 nömrəli evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 6legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X15 Əsədova
Məhkəmə qərarları › İş №2-1(116)-1631/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1631/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver