Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1633/2022 01.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "doğum tarixi "xx.xx.1949-cu il" qeyd edilmiş doğum akt qeydinin,lməsi və ona doğum haqqında şəhadətnamənin tərtib edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Əvvəla, İddiaçı iddia ərizəsinin nəticəvi hissəsində iddia tələbini "Cavabdeh üzərinə barəmdə doğum tariximin "xx xxxxxx 1949-cu il" qeyd edilmiş doğum akt qeydinin,lməsi və mənə doğum haqqında şəhadətnamənin tərtib edilib verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edəsiniz" kimi ifadə etmişdir. Həmin cümlədə sözlər natamam (...akt qeydinin,lməsi...) yazıldığına görə tələbin nədən ibarət olması tam aydın olmur. Aydın olmayan iddia tələbi isə mümkün sayıla bilməz. Bundan başqa, iddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçının əldə etmək istədiyi hüquqi nəticə ona xx.xx.1949-cu ildə doğulmasını təsdiq edən doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir. Bu nəticəyə nail olmaq üçün iddiaçının etməli olduğu hüquqi hərəkətlər aşağıdakılardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, inzibati məhkəmələrin səlahiyyətinə aid edilmiş iddialar akt kitablarında qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı mübahisələr, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud akt kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialardır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.1947-ci ildə onun valideynlərinin İddiaçı adlı qızı doğulmuş, uşağın adına doğum akt qeydi və doğum haqqında şəhadətnamə tərtib edilmiş, həmin uşaq doğulduqdan qısa müddət sonra vəfat etmiş, lakin mərhumun adına ölüm akt qeydi və ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. İddiaçının həmin bacısı vəfat edəndən sonra xx.xx.1949-cu ildə iddiaçı doğulmuş və ona mərhum bacısının adı qoyulmuşdur. İddiaçının doğumu ilə bağlı ayrıca doğum akt qeydi və doğum haqqında şəhadətnamə tərtib edilməmişdir və xx.xx.1947-ci ildə doğulmuş İddiaçı barədə tərtib edilmiş doğum haqqında şəhadətnamə İddiaçı aid deyil. Göründüyü kimi, xx.xx.1947-ci ildə doğulmuş və adına doğum akt qeydi tərtib edilmiş İddiaçı adlı şəxs hazırkı iddiaçı deyil və həmin doğum akt qeydinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçının doğumu, ümumiyyətlə, qeydə alınmamışdır. Belə olan halda, akt kitabında mövcud olan həmin akt qeydində düzəlişlərin edilməsini, yaxud akt kitabında qeydin düzgün olmamasının müəyyən edilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. İddiaçının doğumu bugünədək qeydə alınmadığına görə o, doğum haqqında şəhadətnamə verilməsini də tələb edə bilməz, çünki doğum haqqında şəhadətnamə doğum akt qeydinin əsasında verilir. İddiaçının xx.xx.1949-cu ildə doğulmasını təsdiq edən doğum haqqında şəhadətnamə verilməsini tələb edə bilməsi üçün ilk növbədə onun doğumu qeydə alınmalıdır. Doğumun qeydə alınmasının qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda nəzərdə tutulmuşdur. Həmin Qaydanın 2.5-ci bəndində deyilir ki, doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-cı bəndində isə deyilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd yoxdur. Belə olan halda isə, onun doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.2-ci maddəsində isə deyilir ki, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 4.3-cü bəndində deyilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan normalardan görünür ki, doğum faktı hüquqi əhəmiyyəti olan fakt hesab edilir və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxılması inzibati məhkəmələrin deyil, ümumi məhkəmələrin səlahiyyətinə aiddir. Odur ki, İddiaçı doğum faktının müəyyən edilməsi barədə ərizə ilə yaşadığı yer üzrə Oğuz Rayon Məhkəməsinə müraciət edə bilər. Hazırkı iddia isə yuxarıda göstərilən səbəblərə görə mümkün sayıla bilməz. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə yuxarıda sadalanan və iddianın mümkünlüyünü istisna edən hallar ətraflı şəkildə İddiaçı izah edilmiş və çatışmazlıqların aradan qaldırılması, məhkəmənin yardım məktubu ilə razılaşmadığı halda isə, fikrini əsaslandırılmış formada məhkəməyə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu xx.xx.2022-ci ildə ünvana çatdırılmış, lakin təyin olunmuş müddət ərzində və ondan sonra ötən günlərdə iddiaçı məhkəmənin yardım məktubuna cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "doğum tarixi "xx.xx.1949-cu il" qeyd edilmiş doğum akt qeydinin,lməsi və ona doğum haqqında şəhadətnamənin tərtib edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1633/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1633/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver