Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1633/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.N2-ci il tarixdə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Ağdərə rayonunun Dırımbon, Çıldıran və Sırxavənd kəndlərinin ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N2-ci il tarixdə yaxınlığında top mərmisinin düşməsi nəticəsində "Qapalı kəllə beyin travması, baş beynin silkələnməsi" diaqnozu ilə travma almışdır. Bundan sonra xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci ilədək Gəncə şəhərində yerləşən 230 saylı hərbi hospitalda stasionar müalicədə olmuşdur. Hospitala gətiriləndə eşitmə və nitq qabiliyyəti pozulmuş vəziyyətdə olmuş, bir müddət sonra özünə gəlmişdir. Hospitalda yaralıların, ağır vəziyyətdə olanların sayının çoxluğu ilə əlaqədar olaraq müalicəni qeydiyyatda olduğu rayon xəstəxanasında davam etdirməli olduğunu bildirərək hospitaldan buraxılmışdır. Daha sonra səhhəti normallaşandan sonra hərbi hissəyə geri qayıtmaq istəsə də hərbi hissə ləğv edildiyindən geri qayıtması mümkün olmamışdır. Həmin müddətdən sonra müharibə veteranı vəsiqəsinin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçı, "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir, Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-2N06 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 26 nömrəli əmrinə əsasən İddiaçı, şəxsi heyətin siyahısına salınaraq bütün növ təhcizatlarla təmin edilmiş, həmçinin N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N nömrəli əmrinə əsasən bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N nömrəli əmri ilə iddiaçının bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılması onun ehtiyata buraxılmasına dəlalət etmir. Çünki hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı adına tərtib edilmiş hərbi hissə komandirinin bütün əmrlərində ehtiyata buraxılması, qeydiyyata durması üçün hansı SHXÇDX-nə göndərilməsi, məzuniyyətdən istifadə edibetməməsi, pul mükafatlarının verilib-verilməməsi barədə müvafiq qeydlər olmalıdır. Əmrdən də göründüyü kimi iddiaçının ehtiyata buraxılması və s. kimi qeydlər öz əksini tapmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteran sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N (N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Yuxarıda göstərilənləri nəzərə alıb, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.20N9-cu il tarixli N/Q-7306 və xx.xx.202N-ci il tarixli N/Q-N0667 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli 6N4 nömrəli qərarında qeyd edilmişdir ki, Zaqatala RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 saylı və Gəncə hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli HPN5/233N7 nömrəli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı hərbi xidmət keçərkən xx.xx.N2-ci ildə aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Zaqatala rayon şöbəsinin xx.xx.20N6-cı il tarixli NN83 nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli 428 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N2-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. - Gəncə Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi hissəni özbaşına tərk etmə və ya fərarilik cinayətlərinin subyekti olmaması, xidmət yerinə qayıtmamasının üzrlü səbəbdən olması nəzərə alınaraq, əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.N.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-62/2-394/2023 nömrəli məktubundan görünür ki, Zaqatla rayon sakini N97N-ci il təvəllüdlü İddiaçı N989-NN-ci illərdə keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.N2-ci ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 nömrəli göstərişinə əsasən Gəncə Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-N5/23N7 nömrəli məktubuna əsasən barəsində heç bir cinayət işinin araşdırılmadığına görə hərbi qeydiyyat götürülmüşdür. İddiaçı barəsində Gəncə Hərbi Prokurorluğundan daxil olmuş məktublar saxlama müddətlərinin bitdiyi üçün ləğv edildiyinə görə göndərilməsi mümkün deyildir. - N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli N №-li əmrindən görünür ki, iddiaçı, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil daxil edilmişdir. - N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 40 №-li əmrindən görünür ki, İddiaçı döyüş əməliyyatları rayonuna növbətçiliyə getmiş hesab edilmişdir. - N №-li hərbi hissə komandirinin NN noyabr N2-ci il tarixli 57 №-li əmrindən görünür ki, sıravi mexanik N-ci motoatıcı bölüyün mexanik sürücüsü İddiaçı hospitaldan qayıtdığına görə təminata daxil edilməsi əmr edilmişdir. - N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmrindən görünür ki, Azərbaycan Respublikasının NN 04.93-cu il M N 2/N-820 №-li saylı əmrinə əsasən hərbi və adlı siyahısının MN-nə göndərilmiş N,5 müddətinə çağırılmış və hərbi toplanışına gələnlər haqqında cinayət işi qaldırılmışlardan başqa h/h-nin siyahısından hərbi çağırışçı - 82.İddiaçı taburun bütün növ ləvazimatlarından və siyahısından çıxarılması əmr edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 653 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li nizami hissə üzrə əmrində istinad olunmuş “Azərbaycan Respublikasının xx.xx.N3-cü il tarixli M.N 2/N-820 №-li əmri” Azərbaycan Respublikası Müdafiə nazirinin aprel N3-cü il tarixli əmrlərində aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Cavabdeh orqan ilkin imtina cavabını iddiaçının döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etməsi ilə əsaslandırmışdır. İddia tələbinə etirazda isə cavabdeh orqan bildirmişdir ki, iddiaçının N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmri ilə bütün növ təminatlardan və şəxsi heyətin siyahısından çıxarılması onun ehtiyata buraxılması demək deyildir. Həmçinin iddiaçı hərbi döyüşlərdə iştirakını sübut edən sənədlərə malik deyildir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Hərbi xidmət keçdiyi zaman iddiaçı, N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 40 №-li əmri ilə döyüş növbətçiliyinə getmişdir. Gəncə Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında X2 xəstənin stasionar kartasından çıxarış məlumatlarına istinad edilmiş, iddiaçının xx.xx.N2-ci il tarixdə kəllə-beyin travması alması qeyd edilmişdir. Həmçin sözügedən qərarda N nömrəli həri hospitaldan iddiaçı barəsində verilmiş “Epikriz”ə istinad edilərək iddiaçının xx.xx.N2-ci ildən – xx.xx.N2-ci il tarixədək N nömrəli hərbi hospitalda stasionar müalicədə olması, xx.xx.N2-ci il tarixdən hərbi təlimlərdən azad olmaq şərtilə hərbi hissəsinə göndərilməsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli 6N4 nömrəli qərarında iddiaçının xx.xx.N2-ci ildə aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsi” qeyd edilmiş və həmin qərarda yaralanma ilə bağlı - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə iddiaçıya qoyulmuş diaqnozun hərbi travma göstərilməsi və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasının qeyd edilməsi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını birbaşa sübut edir. Həmçinin iddiaçının N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 40 №-li əmri ilə ilə döyüş əməliyyatları gedən rayona göndərilməsi də iş materialları ilə sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və bütün növ təminatlardan çıxarılması müvafiq əmrlərlə təsdiqləndiyindən, həmçinin iddiaçının döyüş əməliyyatlarında iştirakı və aldığı travmanın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə sübuta yetirilir. Məhkəmə, iddiaçının hərbi hissənin bütün növ ləvazimatlarından və siyahısından çıxarılmasını nəzərdə tutan N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmrinə münasibətdə qeyd edir ki, sözügedən əmrdə MN-nə göndərilmiş N,5 müddətinə çağırılmış və hərbi toplanışına gələnlər haqqında cinayət işi qaldırılmışlardan başqa h/hnin siyahısından bir qrup hərbi çağırışçının o cümlədən iddiaçının çıxarılması nəzərdə tutulmuşdur. Yəni, faktiki olaraq istinad olunan əmrdə cinayət işi qaldırılmışlar digər şəxslərdən fərqləndirilmiş və məhz N,5 müddətinə çağırılmış və hərbi toplanışına gələnlərin siyahıdan çıxarılması əmr edilmişdir. Yuxarıda qeyd edilmiş işin hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı, xx.xx.N2-ci ildə yaralanaraq, xx.xx.N2-xx.xx.N2-ci il tarixlərdə N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğundan, NN noyabr N2-ci il tarixdən yenidən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmasına baxmayaraq, aldığı travma ona hərbi xidmətini davam etdirməyə imkan vermədiyindən istinad olunan N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə tərəfindən cavabdeh orqana sorğu verilərək N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li nizami hissə üzrə əmrində istinad olunmuş “Azərbaycan Respublikasının xx.xx.N3-cü il tarixli M.N 2/N-820 №-li əmri tələb edilmiş, lakin cavabdeh orqan sorğu edilən əmrin Azərbaycan Respublikası Müdafiə nazirinin aprel N3-cü il tarixli əmrlərində aşkar olunmadığını bildirmişdir. Hər bir halda iddiaçının N iyul N3-cü il tarixdən sonra hərbi xidmətinin olmaması onun qərəzli hərəkətləri, hərbi hissəni özbaşına tərk etməsi və ya fərariliklə bağlı olmamışdır. Odur ki, onun hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün (N iyul N3-cü il) həqiqi hərbi xidmətinin sonu hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, istinad olunan Əsanmənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, qanuni əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və çıxarılması sübuta yetirildiyindən və istinad olunan Əsanmənin tələbləri baxımından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1633/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1633/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver