Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1633/2024 11.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi elektrik çilingəri, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi usta vəzifəsi, xx.xx.2006-cı il tarixdən hal hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1963-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1980-ci il tarixdən 1985-ci il tarixədək Azərbaycan neft və kimya institutunda təhsil almışdır. Həmin institutu Avtomatlaşdırılmış idarəetmə sistemləri ixtisası üzrə mühəndis sistematexnik kimi bitirmişdir. Əmək fəaliyyətinə isə xx.xx.1986-cı il tarixdən “Azərbaycan DRES-in X2 və Avtomatika sexində, Avtomatik İdarəolunma sistemi sahəsində elektrik stansiyasının avtomatika və ölçmə cihazlarına xidmət edən İV qurup elektrik çilingəri kimi başlamışdır. xx.xx.1986-cı il tarixdə texniki Təhlükəsizlik, istismar, yanğından mühafizə qaydalarından imtahan verdikdən sonra tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək X2 və Avtomatika sexi, Avtomatik idarəolunma sistemi sahəsində elektronçu mühəndis vəzifəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə AİS sahəsində TP AİS-in xarici əlaqələri üzrə 1 qurup usta vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" MMC-nin X2 və Avtomatika sexində, elektrik stansiyasının avtomatika və ölçmə cihazlarına təmir və xidmət edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək həmin sexdə növbə rəisi vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixdən X2 və Avtomatika sexində növbə rəisi vəzifəsində müstəqil işə buraxılmış və halhazıradək X2 və Avtomatika sexində növbə rəisi vəzifəsində işləyir. İddia ərizəsinə əlavə eldiyi işin xarakteri haqqında arayışda da qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, 04,04.1990-cı ii tarixdən xx.xx.1998-cı il tarxədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006- cı il tarixədək, xx.xx.2006-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, sahə gərginliyi, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempraturu, əməyin ağırlığı, əsəb, emosional və intellektual gərginlik olması faktorları mövcud olan şəraitdə işləmişdir. İş şəraiti ağır və zərərli olduğuna görə xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək aylıq məvacibinin 12% məbləğində, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək aylıq məvacibinin 08% məbləğində, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-cı il tarixədək aylıq məvacibinin 12% məbləğində, xx.xx.2005-ci il tarixdən hal-hazıradək aylıq məvacibimin 12% məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret hallarını özündə əks etdirən iş yerindən arayışı cavabdeh orqana təqdim etmədiyindən onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Belə ki İddiaçı cavabdeh orqana təqdim etdiyi zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret hallarını özündə əks etdirən arayış tam şəkildə və düzgün formada doldurulmadığından mötəbər sübut kimi qiymətləndirilməmişdir. İddiaçı Daməd oğlunun Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim etdiyi istehsalat fəaliyyəti haqqında arayışa əsasən İddiaçı xx.xx.1986-cı il tarixdən əmək fəaliyətinə X2 ve Avtomatikası sexində stansiyanın avtomatika və ölçmə cihazlarına xidmət edən Vİ qrup öyrənən elektrik çilingəri vəzifəsinə qabul edilmiş (xx.xx.1986-cu il əmr No 68), sınaq müddəti keçdikden sonra tutduğu vəzifədə müstəqil işə başlamışdır (xx.xx.1986, əmr No 62). Sexin AİS sahəsində elektronçu mühəndis (25 04.1989, əmr No 75) və TP AİS sahəsində xarici əlaqələr üzrə İ qrup usta vəzifəsində (xx.xx.1990, əmr No 49) işləmişdir. 07.09,1998-ci il tarixli 73/K No-li əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2005- ci il tarixli 403/Ş No-li əmrlə "xxxx" MMC-nin X2 va Avtomatika sexinə elektrik stansiyasının avtomatika ve ölçmə cihazlarının təmir ve xidmət edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. X2 va Avtomatika sexinə (xx.xx.2006 əmr No 10/Ş) öyrənən növbə rəisi, sınaq müddəti keçdikden sonra müstəqil olaraq X2 və Avtomatika sexində növbə rəisi vəzifəsində (xx.xx.2006 əmr No 104/Ş) işə başlamışdır ve hal-hazırda həmin vəzifədə işləyir. Göründüyü kimi sözügedən arayışda İddiaçı işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda qeyd edilən hansı sahə və vəzifəyə uyğun olması ilə bağlı heç bir qeyd yoxdur. İddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;
2. İddiaçıya məxsus ******* seriya nömrəli əmək kitabçası;
3. İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxiyyət vəsiqəsinin surəti,
4. İddiaçıya məxsus HB seriyalı 968837 nömrəli diplomun surəti,
5. İddiaçıya məxsus ББ seriyalı 145755 nömrəli hərbi biletin surəti,
6. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlar,
7. 2013-cü il tarixli İstehsalat fəaliyyəti haqqında arayış,
8. 2013-cü il tarixli işin xarakteri haqqında arayış,
9. 01.07.2009-cu il tarixli Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi,
10. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC –nin xx.xx.2024-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1) qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır. 2) azı 25 il ümumi sosial sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmalıdır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır İddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, onun ümumi sosial sığorta stajı müddəti 25 ildən çoxdur,bu hal cavabdeh tərəfindən də mübahisələndirilməyib. Hazırkı iddia tələbi üzrə mübahisə iddiaçının qanuna əsasən minumum 12 il 6 ay güzəştli iş stajına malik olmaması ilə bağlıdır. İddiaçı tərəfindən iddia ərizəsinə “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayış əlavə edilmişdir.Həmin arayışda iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması qeyd edilməmişdir.Müvafiq dəqiqləşdirmə məqsədilə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC –nin xx.xx.2024cü il tarixli məktub təqdim edilmişdir.İş yeri üzrə təqdim edilən məlumatdan da göründüyü kimi iddiaçının "xxxx" MMC-də güzəştli iş stajı 11 il 09 ay 18 gündür.İddiaçının xx.xx.1989cu il tarixindən xx.xx.1990-cı il tarixinədək,13 yanvar 2006-cı il tarixindən etibarən çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli və 23 yanvar 2007-ci il tarixli Qərarları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan iddia tələbi uğursuzdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə