Məhkəmə qərarları › İş №2-1(116)-1637/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1637/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1637/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X5, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.1982-ci ildən xx.xx.2021-ci ilə qədər olan iş stajının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8043/2022 nömrəli qərardadı ilə inzbati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 48720.00 manat hesablandığı halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 32487.64 manat təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. - ИТ-0825747 №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982 - xx.xx.1987, xx.xx.1992 – xx.xx.1996 xx.xx.2009 – xx.xx.2010, xx.xx.1987 – xx.xx.1989, xx.xx.1996 – xx.xx.1996 xx.xx.2010 – xx.xx.2012, xx.xx.1989 – xx.xx.1991, xx.xx.1996 – xx.xx.2001 xx.xx.2021 – xx.xx.2022. xx.xx.1991 – xx.xx.1992, xx.xx.2001 – xx.xx.2008, - AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X1 4-cü dərəcəli qazanxana sexi avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edimişdir. (Əmr 269/K nömrəli xx.xx.2001-ci il tarixli). xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Qazan və Köməkçi Avbadanlıqların Təmiri sexində 4-cü dərəcəli qazanxana sexi avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir (Əmr 326/K nömrəli xx.xx.2001-ci il T3TXİİ). xx.xx.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Köməkçi Avadanlıqlar sahəsi -Qazan və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır. (Əmr№326/k xx.xx.2001). xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə) işdən azad edilmişdir (Əmr 466/Ş,xx.xx.2008-ci il tarixli). İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Belə ki, İddiaçı işlədiyi müddət ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/3, titrəmə, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. “Azərenerji “ ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə stukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək tutduğu qazanxana sexi avadanlığının təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, tökücülər boşaldıcılar vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 214000a- 18455) uyğundur. Həmin sahədə iş stajı xx.xx.2001-ci il tarixdən – xx.xx.2009-cu il tarixədək 7 il 6 ay 3 gün təşkil edir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, xx.xx.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Təchizat şöbəsinə əmtəəşünas vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1996-cı il. Əmr № 105/K). xx.xx.1997-ci il tarixdən Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. (xx.xx.1997-ci il Əmr № 27/K). 02.OT.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olmuşdur. ("xxxx" xx.xx.2001-ci il Əmr № 80 ) “Azərenerji ASC”- nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan DRES - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - Azərbaycan İstilik Elektrik X2 Cəmiyyət adlandırılmışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında güzəştli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, xx.xx.2010-cu ildə (əmr № 10/17-kş, xx.xx.2010-cu il) "Azenco”ASC-nin Elektrik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin Qazan Avadanlıqlarının təmiri sexinə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.2012-ci ildə (Əmr №-98/17-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin buxar-qaz turbini) avadanlığının təmirində işləyən “a” fəhlələr bəndinə əsasən çilingərlər xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 02 il, 08 ay, 25 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında güzəştli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı xx.xx.2009-cu ildə (əmr №-01/k; xx.xx.2009-cu il) "xxxx" MMC-nin X3 Təmiri və Sazlama İdarəsinin Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.2010-cu ildə (əmr № 01/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmirində işləyən “a” fəhlələr bəndinə əsasən çilingərlər xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 01 ildir. "xxxx" MMC xx.xx.2012-ci il tarixdən "xxxx"MMC adlandırılıb. - "xxxx" ASC-nin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, iddiaçı, güzəştli yaşa görə pensiya hüququ verən xx.xx.2009-xx.xx.2010-cu il və xx.xx.2010-xx.xx.2012-ci illərdə zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/3, titrəmə, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorlarına görə əlavə 12% əlavə əmək haqqı və 06 gün əlavə məzuniyyət günü verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlandığından, iddiaçıya qüvvədə olan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq pensiya təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. İddiaçının 25 ildən az olmayan (27 il 16 gün) ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 14 il 1 ay 25 gün müddətində güzəştli şərtlərələ yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Cavabdeh orqanın iddia tələbinə etirazının əsas dəlili iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 48720.00 manat hesablandığı halda onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 32487.64 manat təşkil etməsi ilə bağlıdır. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir ki, belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. İstinad olunan dəyişikliklərlə bağlı Qanun xx.xx.2022-ci ildən qüvvəyə minmişdir və iddiaçı da məhz həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının, tutduğu qazanxana sexi avadanlığının təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə əsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə, tökücülər boşaldıcılar vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bilməsinin Elektrik stansiyaları,enerji qatarları,buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndə qazanxana,turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin(vəzifə kodu 2140000a- 18455) uyğundur. Bundan başqa işdə olan, güzəştli arayışdan da görünür ki, iddiaçının işlədiyi vəzifə zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/3, titrəmə, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar