Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1639/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçı və bacısı X1 ümumi paylı mülkiyyətində olan 1961-ci ildə inşa edilmiş fərdi yaşayış evinin 7kv.m sahəyə malik köməkçi sahəsi və 31 avqust 2009-cu il tarixli texniki pasportda özbaşına tikili kimi qeyd edilmiş sahələri üzərində X8 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və bacısı X1 ümumi paylı mülkiyyətində olan 1961-ci ildə inşa edilmiş fərdi yaşayış evinin 7m kvadrat sahəyə malik köməkçi sahəsi və 31 avqust 2009-cu il tarixli texniki pasportda özbaşına tikili kimi qeyd edilmiş sahələri üzərində X8 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1639/2025 nömrəli qərardadı ilə X8 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, 2- 1(116)-3840/2024 nömrəli inzibati iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. İddia ərizəsinə əsasən, iddiaçı və bacısı X1 hər birimizin payı olmaqla ümumi paylı mülkiyyətində 1961-ci ildə inşa edilmiş, ümumi sahəsi 37,1 m2 olan fərdi yaşayış evi, o cümlədən, onun 1/4, bacısı X1 1/4 və X5 2/4 pay olmaqla 0,0716 ha həyətyanı torpaq sahələri vardır. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarımız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Son dövrdə ona məlum olmuşdur ki, əvvəlki texniki pasportda icazəsiz (özbaşına) tikili kimi göstərilən sahə, həmçinin, o və bacısı X1 mülkiyyətində olan fərdi yaşayış evinin 7 kv.m sahəyə malik köməkçi sahəsi, ümumilikdə 28,0 kv.m hissəsi X8 və X3 mülkiyyətinə işlənmiş və onların həmin əmlak üzərində hüquqları daşmmaz daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. O və bacısı X1 ümumi paylı mülkiyyətində olan 1961-ci ildə inşa edilmiş fərdi yaşayış evinin 7 m2 sahəyə malik köməkçi sahəsi və 31 avqust 2009-cu il tarixli texniki pasportda özbaşına tikili kimi qeyd edilmiş sahələri üzərində X8 və X3 adma daşmmaz əmlakm dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqmda daşmmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastn və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etdim. Lakin, iş üzrə cavabdeh inzibati orqan 16 noyabr 2024-cü il tarixli, 3- 21-3- 47/2-Q-00xx-xx/2024 nömrəli məktubla ərizənin icrasından imtina etmişdir.Cavabdeh orqan iddiaçının tələbindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, müraciətdə qaldırılan 1-ci məsələdə qeyd olunan fərdi yaşayış evinə dair məlumatların verilməsinin istənilən hissəsində ərizəçinin hüququ olmadığı üçün həmin hissəyə dair tərəflərindən məlumatların verilməsi mümkün olmamışdır. Həmçinin qeyd olunan digər məsələyə də iddiaçının ərizəsinə əsasən baxılması ərazi idarəsinin səlahiyyətləri daxilində olmamasından onun ərizənin icrası tərəflərindən mümkün olmamış. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxs gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı təqdim etdiyi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. DTXK-nin Zaqatala rayon şöbəsinin arayışı, Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu;
3. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş sənədlər;
4. 3616003919 qeydiyyat nömrəli xx.xx.2012, xx.xx.2018-ci il tarixli çıxarışın təsdiqlənmiş surəti;
5. A seriyalı 148098 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surəti;
6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı;
7. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-112/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarı;
Əsaslandırma hissəsi:
Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı iddiaçı və bacısı X1 ümumi paylı mülkiyyətində olan 1961-ci ildə inşa edilmiş fərdi yaşayış evinin 7kv.m sahəyə malik köməkçi sahəsi və 31 avqust 2009-cu il tarixli texniki pasportda özbaşına tikili kimi qeyd edilmiş sahələri üzərində X8 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İş materiallarına əlavə olunan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ümumi sahəsi 30,10 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi X1 xüsusi mülkiyyətindədir.Fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin 2/4 hissəsi X6,hər birinin payı 1/4 hissə olmaqla qalan hissədə İddiaçı, ½ hissəsi X1 xüsusi mülkiyyətində olmuşdur. X6 torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan xx.xx.2015-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki,xx.xx.1992-ci ildə vəfat etmiş X9 miras əmlakı 1961-ci ildə inşa olunmuş,Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1 mərtəbəli,2 otaqlı,ümumi sahəsi 30,1 kv.m yaşayış,37.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən ibarətdir İş materiallarına əlavə olunan **********72-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən ümumi sahəsi 58,10 kv.m olan fərdi yaşayış evinin 30,1 kv.m hissəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi X1, 28,0 kv.m hissəsinin ½ hissəsi X4, ½ hissəsi isə X6 xüsusi mülkiyyətindədir İlkin çıxarışlara əsasən müəyyən edilir ki, 1961-ci ildə inşa olunmuş,Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1 mərtəbəli,2 otaqlı fərdi yaşayış evinin sahəsi 30,1 kv.m olmuşdur.Həmin evin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçiləri tərəfindən həmin hissədə ümumi sahəsi 28,0 kv.m olan fərdi yaşayış evi sonradan inşa edilmişdir. Memarlıq planlaşdırma həllinin verilməsi nəticəsində həmin inşa olunmuş (sonradan icazəsiz artırmalar) hissə üzərində X7 və X6 hər birinin payı ½ hissədə olmaqla paylı mülkiyyət hüququnun qeydə alınması həyata keçirilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0,0716 kv.m torpaq sahəsinin ½ hissəsində inşa olunmuş 28,0 kv.m hissəsi üzərində X7 və X6 paylı mülkiyyət hüququnun qeydə alınmasına əsas Zaqatala Rayon İcra Hakimiyyətinin X5 adına təsdiq edilmiş “Memarlıq planlaşdırma həlli” olmuşdur.İddiaçı həmin sənədin mübahisələndirilməsi ilə bağlı iddia qaldırmış, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə iddia təmin edilməmişdir.İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edərək qeyd edir ki, yuxarıda qeyd olunan Qərar əsasında hazırkı iş üzrə cavabdehin aparmış olduğu qeydiyyatın əsasında dayanan “Memarlıq planlaşdırma həlli” məhkəmə araşdırmasının predmeti olmuş,həmin aktın qanuniliyi müəyyən edilmişdir.Odur ki,müvafiq sənəd əsasında mübahisələndirilən 7 kv.m köməkçi sahəyə və 31 avqust 2009-cu il tarixli texniki pasportda özbaşına tikili kimi qeyd edilmiş sahə üzərində X8 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi üçün əsas mövcud deyildir. Məhkəmə aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Fərmanın 2.3.1 və 2.3.2-ci bəndlərinə əsasən torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Nəticə etibarı ilə iddiaçı mövcud vəziyyətdə əsassız olaraq üçüncü şəxslərin daşınmaz əmlak üzərində qeydə alınan paylı mülkiyyət hüququnu mübahisələndirir. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçı və bacısı X1 ümumi paylı mülkiyyətində olan 1961-ci ildə inşa edilmiş fərdi yaşayış evinin 7m kvadrat sahəyə malik köməkçi sahəsi və 31 avqust 2009-cu il tarixli texniki pasportda özbaşına tikili kimi qeyd edilmiş sahələri üzərində X8 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə