Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1641/2025 17.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək Vartaşen Aqrokombinatında baş X6 müfəttişi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, o, 2023-cü ilin 30 oktyabr tarixində dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Ona 21 il 3 ay 18 gün staja uyğun pensiya təyin edilmişdir. Həmin tarixdə vaxtı ilə işlədiyi Oğuz Aqrokombinatındakı dövrü (xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixlər) əhatə edən 3 il 4 ay 12 gün araşdırılmalar aparıldığından dövlət qulluğu stajına aid edilməmişdir. Bu dövrdə o, baş X6 müfəttişi işləmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra- Qanun) 20.1.7, 8.1 və 8.3-cü maddələrinə, Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3 və 1.1.4 maddələrinə əsasən iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı ümumi iş stajı 39 il 8 ay 2 gün təşkil edir. Həmçinin iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 21 il 6 ay 18 gün dövlət qulluğu stajına aşağıdakı dövr daxil edilmişdir. xx.xx.1984-xx.xx.1989cu il tarixləri; xx.xx.1993-xx.xx.1997-ci il tarixləri; xx.xx.2002-xx.xx.2011-ci il tarixləri; xx.xx.2014-xx.xx.2017-ci il tarixləri üzrə işlədiyi dövrlər. İddiaçının xx.xx.1989-xx.xx.1993cü i! tarixləri üzrə Oğuz rayon Aqrokombinatında işlədiyi dövrlər onun dövlət qulluğu stajına aid edilməmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixdən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikasının X2 xx.xx.2023-cü il tarixli 9-3/2-1338/2023 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin 'inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, yalnız rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının aparıldığı qeyd olunmuş, rayon aqrar-sənaye kombinatlarında mövcud olan vəzifələrin uyğunlaşdırılmasının aparılmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində onun xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Oğuz rayon Aqrokombinatında işlədiyi dövrün ənun dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakın bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual, qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1.1 dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianın əsaslılığı. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 30 oktyabr 2023-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, adı çəkilən şəxsin ümumi iş stajı 39 il 8 ay 2 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.2001-xx.xx.2022-ci il, xx.xx.2002xx.xx.2010-cu il, xx.xx.2010- xx.xx.2011-ci il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər), dövlət qulluğu stajı isə 21 il 6 ay 18 gün (xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1993- xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2011-ci il və xx.xx.2014-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı Vartaşen Aqrokombinatın xx.xx.1989-cu il tarixli şura yığıncağının qərarına əsasən RASBnin (Rayon X9) baş X6 müfəttişi vəzifəsindən azad edilərək, xx.xx.1989-cu il tarixdə Aqrokombinatın baş X6 müfəttişi təyin edilmiş, xx.xx.1993-cü il tarixdə X8 və Ərzaq idarəsinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən idarəyə baş mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş bir sıra sovxozların respublikanın sənaye, nəqliyyat, müəssisə, təşkilat və idarələrinin tabeliyindən çıxarılıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin rayon aqrosənaye kombinatlarının tabeliyinə verilməsi barədə xx.xx.1992-ci il tarixli 646 nömrəli əmrindən görünür ki, əlavədə göstərilən sovxozlar Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin müvafiq rayon aqrokombinatlarına qaytarılmışdır. İş materiallarında olan Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1993-cü il tarixli 656 nömrəli əmrindən görünür ki, Respublika Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda idarəetmə orqanları olan rayon kənd təsərrüfatı və ərzaq idarələri ləğv edilmiş və onların bazasında rayon aqrar sənaye kombinatları yaradılmışdır. Həmin əmrə 1 və 2 nömrəli əlavələrin siyahısında Oğuz rayonunun da adı vardır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyası 616,01 manat müəyyən edilmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə isə iddiaçının hüquqi marağı xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək Vartaşen Aqrokombinatında baş X6 müfəttişi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. Cavabdeh orqan etirazında bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2005ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin 'inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, yalnız rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının aparıldığı qeyd olunmuş, rayon aqrar-sənaye kombinatlarında mövcud olan vəzifələrin uyğunlaşdırılmasının aparılmadığından iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Oğuz rayon Aqrokombinatında işlədiyi nəzərə almamışdır. Cavabdeh orqan etirazın dəlili olaraq X2 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmiş məlumatlara istinad etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin 'inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, yalnız rayon aqrarsənaye birliklərinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının aparıldığı qeyd olunmuş, rayon aqrar-sənaye kombinatlarında mövcud olan vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Cavabdeh orqan iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Oğuz rayon Aqrokombinatında işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almasa da, iş materialları ilə müəyyən edilir ki, iddiaçının işlədiyi orqan əvvəlcə Vartaşen rayon X9 daha sonra Vartaşen Aqrokombinatı, X8 və Ərzaq İdarəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yaradılması ilə əlaqədar olaraq (xx.xx.1993) rayon X7 adı altında fəaliyyət göstərmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, rayon aqrokombinatları rayon aqrar-sənaye birliklərinin ləğv edilməsi ilə əlaqədar, yəni sözügedən birliklərin əsasında yaradılıb. Sonradan isə həmin aqrokombinatlar ləğv edilərək yerli kənd təsərrüfatı və ərzaq idarələri fəaliyyət göstərməyə başlayıb. Məhkəmə qeyd edir ki, rayon aqrar-sənaye birliklərində və yerli kənd təsərrüfatı və ərzaq idarələrində iş dövrünün dövlət qulluğu stağına daxil edildiyi halda rayon aqrar-sənaye birliklərinin ləğvi ilə yaradılmış və yerli kənd təsərrüfatı və ərzaq idarələrindən əvvəl fəaliyyət göstərmiş rayon aqrokombinatlarındakı iş dövrünün dövlət qulluğu stağına daxil edilməməsi anlaşılan deyil. Göründüyü kimi Vartaşen rayon X9 - Vartaşen Aqrokombinatı, X8 və Ərzaq İdarəsi və Oğuz rayon X7 adı altında fəaliyyət göstərdiyindən iddiaçının iş yeri və yerinə yetirdiyi vəzifənin funksiyaları dəyişməmiş, əvvəllər Vartaşen rayon X4 işçisi olaraq yerinə yetirdiyi əmək funksiyasını yeni ad altında fəaliyyət göstərən Vartaşen Aqrokombinatdqa həyata keçirməkdə davam etmişdir. Yəni, formaca müəssisənin adı dəyişsə də, funksional struktur və əmək funksiyaları dəyişmədiyindən, iddiaçının iş yeri və yerinə yetirdiyi fəaliyyətin mahiyyəti əvvəlki kimi qalmışdır. Cavabdeh orqanın xx.xx.1984-xx.xx.1989-cü il və xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrləri dövlət qulluğu stajı kimi qəbul etdiyi halda, eyni müəssisənin digər adlar altında fəaliyyət göstərdiyi müddəti qəbul etməməsi anlaşılan deyil. Məhkəmə cavabdehin “rayon aqrokombinatlarında mövcud olan vəzifələrin uyğunlaşdırılmasının aparılmaması” ilə bağlı dəlilini əsassız hesab edərək bildirir ki, rayon aqro kombinatlarında mövcud olan vəzifələrin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması rayon aqrar-sənaye kombinatlarının dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz. Məhkəmə cavabdehin etirazın dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin imtinasının, eləcə də etirazının dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamaqla qanunsuz hesab edilməli və iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Vartaşen (Oğuz) rayon Aqrokombinatında baş X6 müfəttişi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına əlavə edilməklə əmək pensiyası yenidən hesablanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək Vartaşen (Oğuz) Aqrokombinatında baş X6 müfəttişi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-1641/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1641/2025
17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver