Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1648/2025 25.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X27 Günel Soltan qızının sədrliyi, məhkəmə iclas katibi Xasiyeva Aydan Nəbi qızının katibliyi, İddiaçı oğlunun, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı oğlunun Cavabdehnə qarşı “Laçın rayonu Leninkənd icra nümayəndəliyində 1950-ci ilin dekabr ayında tərtib edilmiş 29 nömrəli doğum aktının qeydində soyadının “Rzayevdən” “Abdullayevə”, doğum tarixinin “xx.xx.1950”-ci ildən, xx.xx.1950-ci il tarixə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Laçın rayonu Leninkənd icra nümayəndəliyində 1950-ci ilin dekabr ayında tərtib edilmiş 29 nömrəli doğum aktının qeydində soyadının “Rzayevdən” “Abdullayevə”, doğum tarixinin “xx.xx.1950”-ci ildən xx.xx.1950-ci il tarixə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, atası X26 ilə anası X5 birgə nikahından xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasının Laçın rayonu Lenin kəndində doğulmuşdur. Hələ 2 yaşı tamam olmamış anası X12 bacısı xx.xx.1952-ci il təvəllüdlü X2 hamilə olarkən onunla birlikdə atasından ayrılaraq ata yurdu olan Ağdam rayonunun Gülablı kəndinə köçmüşdür. Qurban Pirimov adına Ağdam rayonu Gülablı kənd orta məktəbinə daxil olmuş və 10-cu sinifi həmin məktəbdə bitirib məzun olmuşdur. 1969-cu il tarixdə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış və 1971-ci il tarixdə Azərbaycan Respubliksına qayıtmışdır. Təxminən 1972-ci il tarixdə həyat yoldaşı X9 ilə nikah bağladıqdan sonra 1973-cü il tarixdə Türkmənistan Respublikasına getmiş və Sovet İttifaqı ləğv olunduqdan sonra müstəqil olan Türkmənistan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Anası isə Azərbaycan Respublikasında qalmış və 26 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı olaraq vəfat etmişdir. xx.xx.1993-cü il tarixdə həyat yoldaşı X13 ilə aralarında bağlanmış nikah aktı qeydi Türkmənistan Respublikasında ləğv olunduğundan onunla Azərbaycan SSRİ Ağdam rayonu Gülablı kənd icra nümayəndəliyində tərtib olunmuş nikah haqqında şəhadətnamələri Türkmənistan Respublikası Büzmeyin rayonu VVAQ şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydi tərtib olunarkən onlardan alınmışdır. Daha sonra, yəni 04 noyabr 2011-ci il tarixdə həyat yoldaşı ilə aralarında nikah Türkmənistan Respublikası Abadan şəhəri VVAQ şöbəsində yenidən bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin orqan tərəfindən qeyd edilmişdir. İş materiallarına əlavə etdiyi İ-AH 150152 nömrəli Türkmənistan Respublikasının Pasportu, 07 iyul 1969-cu il tarixdə Qurban Pirimov adına Ağdam rayonu Gülablı kənd orta məktəbindən verilmiş AZ seriyalı 286003 nömrəli Attestatı və eyni zamanda Türkmənistan Respublikası Abadan şəhəri VVAQ şöbəsi tərəfindən 04 noyabr 2011-ci il tarixdə tərtib olunmuş K0160768 nömrəli Nikah haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1950-ci il tarixdə Azərbaycan Respublikasının Laçın rayonunda anadan olmuşa və soyadı Abdullayevdir. Bir ildir ki, Azərbaycan Respublikasına geri qayıtmışdır. Hazırda Zaqatala rayonu Yuxarı Tala kəndində müvəqqəti yaşamaq üçün qeydiyyata alınmışdır. Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək üçün Miqrasiya Xidmətinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasında doğulduğuna görə Azərbaycan vətəndaşlığı mənsubiyyətini müəyyən etmək məqsədi ilə digər sənədlərlə yanaşı eyni zamanda doğum haqqında şəhadətnaməni təqdim etmək zərurəti yaranmışdır. Lakin doğum haqqında şəhadətnaməmi itirdiyindən əvvəlcə 2012-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət edərək doğum haqqında akt qeydi kitabından çıxarışın verilməsini xahiş etmişdir. Həmin Xidmətdən 15 iyul 2012-ci il tarixdə təqdim olunmuş Doğum haqqında Arayışdan görünür ki, onun 24 dekabr 1950-ci il tarixdə doğulması barədə 1950-ci ilin dekabr ayında Laçın rayon Leninkənd İcra nümayəndəliyində 29 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Eyni zamanda həmin doğum aktı qeydinin uşaq qrafasında soyad, ad və ata adı “X21” kimi yazılmışdır. Bununla bağlı olaraq daimi qeydiyyatda olduğu ərazi üzrə Cavabdehnə müraciət edərək 1950-ci ilin dekabr ayında Laçın rayon Leninkənd İcra nümayəndəliyində tərtib olunmuş 29 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında soyadının “Rzayev”dən “Abdullayev”ə və doğum tarixinin xx.xx.1950-ci il tarixdən xx.xx.1950-ci il tarixə düzəliş edilməsini xahiş etmişdir. Lakin Cavabdeh tərəfindən imtina məktubu verilərək izah olundu ki, təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində ziddiyyət və uyğunsuzluq olduğu üçün 1950-ci ilin dekabr ayında Laçın rayon Leninkənd İcra nümayəndəliyində tərtib olunmuş 29 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında soyadının “Rzayev”dən “Abdullayev”ə və doğum tarixinin xx.xx.1950-ci il tarixdən xx.xx.1950-ci il tarixə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, ona məxsus bütün sənədlərdə soyadı əslində “Abdullayev”, doğum tarixi isə 10 mart 1950-ci ildir. Lakin doğum haqqında akt qeydində yanlışlıqla soyadı “Rzayev” kimi, doğum tarixi isə 24 dekabr 1950-ci il kimi göstərilmişdir. Qeyd edilən akt qeydinin yanlış olduğunu Türkmənistan vətəndaşlığına məxsus pasportu və 07 iyul 1969-cu il tarixdə Qurban Pirimov adına Ağdam rayonu Gülablı kənd orta məktəbindən verilmiş AZ seriyalı 286003 nömrəli Attestatı, eyni zamanda Türkmənistan Respublikası Abadan şəhəri VVAQ şöbəsi tərəfindən 04 noyabr 2011-ci il tarixdə tərtib olunmuş K0160768 nömrəli Nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti təsdiq edir. Cavabdeh iddia ərizəsinə münasibətində bildirmişdir ki, İddiaçı oğlunun doğumu Laçın rayon Leninkənd icra nümayəndəliyi tərəfindən xx.xx.1950-ci il tarixində 29 nömrəli akt qeydi ilə tərtib olunmuş və həmin akt qeydinə əsasən onun soyadı “Rzayev”, doğum tarixi isə xx.xx.1950-ci il olaraq qeyd edilmişdir. Həmçinin, həmin akt qeydinə uyğun olaraq ata və ananın soyadları müvafiq olaraq “Əlvəndov” və “Əlvəndova" qeyd olunub. Vətəndaşın soyadının “Rzayev”dən “Abdullayev’’ə, doğum tarixinin xx.xx.1950-ci il tarixindən xx.xx.1950-ci ilə düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığı üçün qeydiyyat şöbəsi tərəfindən akt qeydinə düzəliş olunması mümkün deyildir, çünki vətəndaşın ilkin sənədi hesab edilən doğum aktında soyadı "Rzayev”, doğum tarixi isə xx.xx.1950-ci il qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsaslardan biri də vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarının olmasıdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaşa qeyd etdiyi soyada və doğum tarixinə uyğun tərəflərindən doğum aktına düzəliş edilməsi və doğum haqqında şəhadətnaməsinin verilməsinin mümkünsüzlüyü izah edilmiş məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Orta təhsil haqqında attesatatın surətindən görünür ki, İddiaçı Yelmar oğlu 1969cu ildə Ağdam rayonu, Q.Pirimov adına Gülablı kənd orta məktəbini bitirmişdir.
3. 24 dekabr 1950-ci il tarixli, 29 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, X21 xx.xx.1950-ci ildə anadan olmuş, atası X26, anası X7r.
4. 1953-cü il tarixli, 75 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, Dilavər Abdullayeva xx.xx.1952-ci ildə anadan olmuş, anası X8r, sənəddə ata qrafası boşdur.
5. A2326692 nömrəli Türkmənistan Respublikasına aid pasportun surətindən görünür ki, xx.xx.2023-cü ildə xx.xx.1950-ci il təvəllüdlü Abdullayev Shahmara verilmiş, xx.xx.2028-ci ilədək möhləti vardır.
6. MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Türkmənistan Respublikasının vətəndaşı, xx.xx.1950-ci il təvəllüdlü Shahmar Abdullayev xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək ölkə ərazisində yaşamağa icazəlidir.
7. MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Türkmənistan Respublikasının vətəndaşı Magira Abdullayeva xx.xx.2024-cü ildən xx.xx.2025ci ilədək ölkə ərazisində yaşamağa icazəlidir.
8. Nikahın pozulması haqqında İ-ИЮ seriyalı, 269847 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğlu ilə X9 arasında nikahın pozulması xx.xx.1993-cü ildə qeydə alınmış, nikahın pozulmasından sonrakı soyadlar- Abdullayev və Abdullayeva olmuşdur.
9. Nikahın bağlanması haqqında K ******* nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı oğlunun və xx.xx.1959-cu il təvəllüdlü X3 nikahı xx.xx.2011-ci ildə Türkmənistan Respublikasında qeydə alınmışdır.
10. Doğum haqqında 1-AB № ******* nömrəli şəhadətnamənin təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, X10 xx.xx.1976-cı ildə Azərbaycan SSR, Martuni rayonunda anadan olmuş, ata- İddiaçı Yelmar oğlu, ana- X6r.
11. Nikah haqqında AZ-İ seriyalı, 930403 nömrəli şəhadətnamənin surətindən görünür ki, X16 ilə X4 nikahı xx.xx.2013-cü ildə qeydə alınmışdır.
12. Doğum haqqında -ИЮ seriyalı, 283032 nömrəli şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1981-ci ildə Türkmənistan SSR–də doğulmuş, ata adı İddiaçı oğlu, ana adı X1 qeyd edilmişdir.
13. DYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Türkmənistan Respublikasının vətəndaşı Vüqar Abdullayev ölkə ərazisində daimi yaşamağa icazəlidir.
II. TƏTBİQ EDİLƏN HÜQUQ:
«İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər ttərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi . Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1. Mməhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Bənd 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bənd 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
III. MƏHKƏMƏNİN MÖVQEYİ
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. İddia mahiyyət etibarı ilə qismən əsaslıdır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Hazırkı iddia tələbinə əsasən iddiaçının nail olmaq istədiyi hüquqi nəticə Laçın rayonu, Leninkənd inzibati ərazi üzrə nümayəndəlikdə 1950-ci ilin dekabr ayında tərtib edilmiş 29 nömrəli doğum aktının qeydində soyadının “Rzayevdən” “Abdullayev” soyadına, doğum tarixinin xx.xx.1950-ci ildən xx.xx.1950-ci il tarixə dəyişiklik edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı İddiaçı izahat verərək göstərmişdir ki, onun doğum haqqında şəhadətnaməsi vətəndaşı olduğu Türkmənistan Respublikasında yaşayarkən baş vermiş yanğında yanmışdır. Ona görə də həmin şəhadətnaməni məhkəməyə və müvafiq qurumlara təqdim edə bilməmişdir. Həmçinin qeyd etmişdir ki, doğum haqqında şəhadətnaməsi olmasa da, orada soyadı Abdullayev, doğum tarixi xx.xx.1950-ci il kimi qeyd edilmiş, Türkmənistan Respublikasının vətəndaşlıq passportunu alarkən şəhadətnamədə olduğu kimi soyadı Abdullayev, doğum tarixi xx.xx.1950-ci il kimi qeyd edilmişdir. Abdullayev- anası Qızbəsdinin qızlıq soyadı olmuşdur. Anası ilə atası o, uşaq yaşlarında olarkən boşanmış, buna görə 1953-cü ildə doğulmuş bacısı Dilavər anası Qızbəsdinin soyadını almışdır. Boşanmadan sonra anası onun barəsində tərtib edilmiş sənədlərdə soyadını Abdullayev kimi qeyd etdirmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədlərə istinadən qeyd edir ki, Abdullayev- iddiaçının anası Qızbəsdinin qızlıq soyadı olmuşdur. İddiaçının bacısı da eyni soyadı almış və daşımışdır. Beləki, iş materiallarına əlavə edilmiş 1953-cü il tarixli 75 nömrəli doğum aktı qeydindən görünür ki, Dilavər Abdullayevanın doğum tarixi xx.xx.1952ci il kimi qeyd edilmiş, ata qrafası isə boş saxlanılmışdır. Göründüyü kimi iddiaçının yaşadığı dövrdə əldə etdiyi sənədlərdə soyadının “Abdullayev” kimi qeyd edilməsi heçdə təsadüfi olmamış, o cür tanınması anası ilə eyni soyadı daşıması ilə bağlı olmuşdur. Başqa sözlə, iddiaçının qeyd edilən “Abdullayev” soyadı ilə bağlılığını təsdiq edən fakt reallıqda mövcud olmuş və bu fakt yuxarıda adları qeyd edilən 1950-ci illərin əvvəllərində tərtib edilmiş sənədlərdə öz əksini tapmışdır. İddiaçının doğum aktı qeydindən savayı, digər heç bir sənəddə onun soyadı “Rzayev” kimi qeyd edilməmişdir. İddiaçının uzun illər ərzində istifadə etdiyi sənədlərdə soyadının "Abdullayev" olaraq qeyd edilməsi, bu sənədlərin etibarlı və davamlı olduğunu göstərir. Bu müddət ərzində müəyyən sənədlərdə və ictimai həyatında iddiaçı həmin soyadla tanınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının müdafiəsi, şəxsin həyatının hüquqi olaraq sabit və dəyişməz qalması prinsipinin qorunması baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, məhkəmə iddiaçının tələbini doğum akt qeydində soyadının “Rzayevdən”dən “Abdullayev”ə düzəliş edilməsinə münasibətdə əsaslı hesab edir. Bununla belə, məhkəmə iddiaçının doğum tarixinin xx.xx.1950-ci ildən xx.xx.1950-ci il tarixə dəyişiklik edilməsi ilə bağlı iddiasını əsaslı hesab etmir və bunu o cür izah edir ki, işə əlavə edilmiş sənədlərdə doğum tarixinin xx.xx.1950-ci il qeyd edilməsinə baxmayaraq, qeyd olunan faktı təsdiq edən hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı mövcud akt qeydinin yanlışlığını təsdiq edən hal aşkar edilməmişdir. İddiaçının doğum tarixinin (gün, ay) doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üstüstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Sonrakı dövrlərdə tərtib edilən sənədlərdə doğum tarixi xx.xx.1950-ci il kimi qeyd edilsə də, bu fakt doğumun xx.xx.1950-ci ildə baş verməsini istisna etmir. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Odur ki, iddia tələbi faktiki olaraq mövcud olan sənədlərə münasibətdə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə,
QƏRARA ALDİ
İddia qismən təmin edilsin. Cavabdeh üzərinə İddiaçı oğlu barəsində Laçın rayonu Leninkənd icra nümayəndəliyində 1950-ci ilin dekabr ayında tərtib edilmiş 29 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadının “Rzayevdən” “Abdullayevə” dəyişiklik edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim X28