Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-165/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon Aqrar İslahatı Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə fərdi mülkiyyətinə verilmiş 466,63 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-165/2022 nömrə ilə qeydə alınmışdır. Həmçinin İddiaçı2 cavabdeh “DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zərdab şəhəri, M.Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən 0.075 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-166/2022 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-166/2022 nömrəli qərardadı ilə İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-166/2022 saylı inzibati iş - İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2- 1(116)-165/2022 saylı inzibati işə birləşdirilmiş və 2-1(116)-166/2022saylı inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 tələblərini dəqiqləşdirərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 2 ünvanında yerləşən 0.075 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-166/2022 nömrəli qərardadı ilə X27, X13 və Zərdab Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-166/2022 nömrəli qərardadı ilə X27, X13 və Zərdab Bələdiyyəsinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində iştirakı adi cəlb etmədən zəruri cəlb etməyə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-165/2022 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçılar tələb hüququnu iddia etdikləri 0.12 ha torpaq sahəsinə dair A seriyalı 244320 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 436.63 kv.m və 1962-65-ci illərə aid təsərrüfatbaşına kitabda 750 kv.m torpaq sahəsinin qeyd edilməsi ilə əsaslandırmışlar. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçıların tələb hüquqlarının əsası kimi istinad etdikləri A seriyalı 244320 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 07 saylı qərarına əsasən tərtib edildiyi, həmçinin torpaq sahəsi müayinə olunan zaman həmin torpaq sahəsinin faktiki olaraq 0.0710 hektar olması, iddia olunan torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olması və 0.075 ha torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənəd təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçılar, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddiaçılarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - A 244320 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zərdab rayon AİK-nın xx.xx.2009-ci il tarixli 07 nömrəli qərarı ilə 436.63 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə X7 verilmişdir. - Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Zərdab rayon Dövlət Arxivində mühafizə olunan Zərdab qəsəbə sovetinin təsərrüfatbaşına kitabları 1963-1965-ci illəri əhatə edir. Zərdab Şəhər Sovetinin 1965-ci ildən sonra təsərrüfatbaşına kitablar tərtib edib-etməməyi barədə də heç bir məlumat yoxdur. Digər tələb etdiyiniz sənəd, "Zərdab Rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2009-cu il tarixli 07 saylı qərarı" barədə isə bildiririk ki, RAİK-nın 1996- 2005-ci illəri əhatə edən protokolları Zərdab Rayon Dövlət Arxivində mühafizə olunur. 2005-ci ildən sonra Protokolların Arxivdə olmaması ondan xəbər verir ki, 2005-ci ildən sonra RAİK fəaliyyətinə xitam verilib və 2009-cu ilə aid hansısa bir qərarın mövcud olması bu səbəbdən mümkün deyil. Arxiv araşdırması zamanı məlum oldu ki. Zərdab rayon XDS rəyasət heyətinin 21 dekabr 1992-ci il tarixli iclasının 10 saylı protokoluna əsasən X9 Zərdab-Kürdəmir yolunun cənub hissəsində mövcud pambıqtəmizləmə zavodu ilo 13 №-li yol istismar sahəsi arasındakı ərazidən müddətsiz istifadə etmək hüququ ilə 500 kvadrat metr torpaq sahəsi verilmişdir. - Zərdab Rayon Məhkəməsinin 2(035)-677/2020 nömrəli qətnaməsindən görünür ki, Ərizəçilərə mülkiyyət hüquqununh əsas verən Zərdab rayon X17 tərəfindən verilmiş Zərdab şəhərinin adlı siyahısının (Zərdab şəhəri üzrə həyətyanı torpaqların X18) (DBF) 90-cı qrafasında göstərilən X10 ilə AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən İddiaçı1, X14 ilə AZE seriyalı 08585772 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X6 və İslamova Şahnaz ilə AZE seriyalı 02678869 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X8 eyni şəxs olması faktı müəyyən edilmişdir. - A 244318 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zərdab rayon AİK-nın xx.xx.2009-ci il tarixli 07 nömrəli qərarı ilə 499.08 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə X25 verilmişdir. - Zərdab şəhəri üzrə xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, 90 sıra sayının qarşısında X21, Solmaz, Zahidə, X5 adları qeyd edilmiş, torpaq sahəsinin ölçüsü 0.07 ha qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 faktiki istifadəsində olan 0.0710 ha torpaq sahəsinin bir hissəsi AİK-nın xx.xx.2009-cu il tarixli 07 saylı qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ümumibirgə mülkiyyətlərində olan 0.043663 ha torpaq sahəsini, bir hissəsi 0.01039 ha 1289B bələdiyyə torpağını, bir hissəsi isə AİK-nın xx.xx.2009-cu il tarixli 07 saylı qərarı ilə verilmiş A244318 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X22 ümumibirgə mülkiyyətində olan 0.049908 ha torpaq sahəsinin 0.0170 ha hissəsini əhatə edir. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 41 №-li məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 1963-1965-ci illərə aid Zərdab qəsəbə sovetinin təsərrüfatbaşına kitabında X11 təsərrüfatında 0.075 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 0.075 ha həyətyanı torpaq sahəsi ayrılmış subyektlər siyasində X15 (ailə üzvləri ilə birlikdə) aid hissədən qeyd olunmuş subyektlərin siyahısı 16 saylı Ucar ərazi idarəsinin elektron baza məlumatlarında öz əksini tapmamışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubundan görünür ki, Bildiririk ki, 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin naturada göstərdiyi 0 071 ha torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları götürülmüşdür. Cavabdeh tərəfindən naturada göstərilən 0.071 ha torpaq sahəsinin 0.01039 ha hissəsi bələdiyyə mülkiyyətinə aiddir. X16 **********82-10301 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.0499 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi 0.071 ha torpaq sahəsi ilə üst-üstə düşmür. X16 adına **********0196 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi" (AN 244318) ilə verilmiş 0.0499 ha torpaq sahəsinin 0.017 ha hissəsi iddiaçının naturada göstərdiyi 0.071 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, **********82- 10301 reyestr nömrəli çıxarış **********0196 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi"nin (AN244318) əsasında verilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubundan görünür ki, sorğuya əlavə olunmuş sxemdə göstərilən ştrixlənmiş torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları təyinatlı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Təqdim edilən sxemdə ştrixlənmiş 0.0175 ha torpaq sahəsinin X1 faktiki istifadəsində olduğu qeyd edilmişdir. - ******* Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0499 ha torpaq sahəsi X12 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. Belə ki, AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş mütəxəssislərin iştirakı ilə torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun döngə nöqtələri götürülərək ərazi idarəsinin yerli şöbəsində elektron bazaya baxış keçirilməklə yerində yoxlanılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıların göstərdiyi faktiki istifadələrində olan və qonşu torpaq sahəsinin mülkiyyətçisi X3 məxsus torpaq sahəsinin aralarında, mütəxəssis tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu bildirilən açıq sahə mövcuddur. Baxış keçirilən torpaq sahəsi ilə Şölə Şirinovaya məxsus torpaq sahəsi arasında mişar daşından tikilmiş hasar olması mövcuddur. Şölə Şirinovanın torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsindən daş hasarla ayrılmışdır. Torpaq sahəsinin girişində və sonundakı X4 ilə sərhəddə qonşu torpaq sahəsi ilə daş kubikdən və şifer materialdan arakəsmə olsa da, sərhəd hasarı tam çəkilməmişdir. İddiaçılarla X4 arasında qalan, tərtib edilmiş sxemdə ştrixlənmiş torpaq sahəsi olaraq göstərilmiş torpaq sahəsi də daxil olmaqla iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları götürüldükdən sonra elektron baza məlumatları ilə uyğunluğunun müəyyən edilməsi üçün DƏDKR PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon Şöbəsində araşdırma davam etdirildi. Müəyyən edildi ki, iddiaçıların adına tərtib edilmiş A244320 nömrəli plan ölçüsənədində qeyd edilmiş 436.63 kv.m torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olan, döngə nöqtələri götürülmüş torpaq sahəsi daxilində yerləşir. Faktiki torpaq sahəsinin 0.01507 ha hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. X22 adına tərtib edilmiş A244318 nömrəli plan ölçü sənədində qeyd edilmiş 499.08 kv.m torpaq sahəsinin 0.0170 ha hissəsi DWJ bazasında iddiaçıların faktik istifadəsinə olan torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilsə də, X22 adına tərtib edilmiş çıxarış və texniki pasportda qeyd edilmiş torpaq sahəsinin koordinatları əsasında həmin torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edildi. Faktiki torpaq sahəsinin ölçüsü 757 kv.m müəyyən edildi. Ölçülmüş 757 kv.m torpaq sahəsinin Zərdab bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən başqa digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edildi. Yuxarıda qeyd edilənlər məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə və elektron bazaya baxış keçirməklə müəyyən edildiyindən, həmçinin torpağın sahəsi ilə bağlı məlumatlar elektron bazaya istinad edilməklə mütəxəssis tərəfindən bildirildiyindən, məhkəmə cavabdeh orqanın baxışdan sonra təqdim etdiyi məlumatların həqiqətə uyğun olmaması qənaətinə gəlir. Belə ki, digər şəxsin istifadəsində olduğu bildirlən torpaq sahəsi faktiki olaraq bələdiyyə mülkiyyətindədir və həmin hissədə qonşular arasında hər hansı mərz nişanı yoxdur. Faktiki torpaq sahəsinin ölçüsünün 710 kv.m olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin ölçüsünün 757 kv.m olması müəyyən edilmişdir. Digər tərəfdən Şölə Şirinova ilə üst-üstə düşməsi bildirilən hissədə isə ümumiyyətlə üst-üstə düşmə mövcud deyil. Belə ki, Şölə Şirinovanın adına çıxarış və texniki pasport üst-üstə düşdüyü bildirilən plan-ölçü sənədinə istinad edilməklə sonuncunun faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə tərtib edilmişdir və iş materiallarında mövcuddur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların qeydiyyatı üçün əsas göstərilmişdir. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...
2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.
5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. İstinad olunan normativ hüquqi aktların tələbləri baxımından iddiaçılar faktiki istifadələrində olan torpaq sahələri üzərində ümumibirgə mülkiyyət hüquqlarının 0.075 ha hissədə qeydə alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşlar. Bununla belə subyektlər siyahısından göründüyü kimi həmin torpaq sahəsində X14 və X8 da payları mövcuddur. İddia tələbinin qalan torpaq sahəsinə münasibətdə isə məhkəmə izah edir ki, 436.63 kv.m torpaq sahəsi istinad olunan təsərrüfatbaşınakitabda qeyd olunan 0.075 ha torpaq sahəsinin daxilində olduğundan iddia tələbinin 0.075 ha hissədən artıq hissəsi əsaslı sayıla bilməz və həmin hissədə cavabdeh orqan haqlı olaraq qeyd edir ki, iddiaçılar hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 5 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumibirgə mülkiyyət hüquqlarının X14 və X23 ilə birlikdə dövlət qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.