Məhkəmə qərarları › İş №2-1(116)-1651/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1651/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1651/2023 24.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək güzəştli şərtlərlə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildən başlamışdır. 1984-cü ildən hal-hazıra kimi Mingəçevir şəhərində yerləşən Azərbaycan İES MMC-də zərərli sahədə çalışır. Güzəştli şərtlərlə əmək pensiya hüququm xx.xx.2020-ci il tarixdə yaranıb. Cavabdeh orqan iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin etmişdir. İddiaçı həmin qərarla razılaşmayaraq yazılı şəkildə cavabdehə güzəştli şərtlərlə əmək pensiyasının düzgün hesablanıb verilməsi barədə müraciət etmiş, lakin, müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə münasibətinə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42328,39 manat təşkil edirdi. Buna görə də iddiaçının 57 yaşının tamam olduğu 7 aprel 2020-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildi. “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021 -ci il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filial tərəfindən iddiaçı V.lsmayılova 6 sentyabr 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 1 yanvar 2021-ci il tarixindən hesablanmışdır. Belə ki, pensiya hüququnun yarandığı tarixədək işlədiyi dövrdə qazandığı 47147,97 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 203,22 manat (47147,97:232 ay (65 il-57 il 8 ay=88 ay+144 ay)) məbləğində müəyyən edilib. xx.xx.2022-ci il tarixindən əmək pensiyasının minimum məbləğinin 240,00 manat müəyyən edilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği həmin tarixdən 240,00 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01,2022-cı il tarixindən etibarən 248,16 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 1597,12 manat pensiya məbləği hesablanıb. Həmin pensiya məbləği xx.xx.2021- 31,07.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 199,64 manat olmaqla pensiyanızın üzərinə əlavə edilərək iddiaçının müvafiq kart hesabına köçürülüb. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 303,75 manat olmaqla ona ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının iddia etdiyi xx.xx.2020-ci il tarixdən təyin olunması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində ona ödənilməmiş pensiya fərqinin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 36 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi keçmiş SSRİ orudusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Müharibə veteranıdır. -ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1980 - xx.xx.1981 xx.xx.1984 - xx.xx.1995 xx.xx.1996 - xx.xx.2006 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə pensiya təyin olunmuşdur. - Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin xx.xx.2020-ci il tarixli İşin xarakteri haqqında arayışdan görünür ki, iddiaçı, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Azərbaycan DRES"- nın Mərkəzi təmir sexində 2-ci dərəcəli avadanlıqlarin təmiri üzrə çilingər vəzifəsində (Əmr №17/K xx.xx.1984), xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı İİ tarixədək həmin sexdə 3-cü dərəcəli avadanlıqların təmiri üzrə çilingər vəzifəsində (Əmr №470 xx.xx.1984), xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək sexdə 4-cü dərəcəli avadanlıqların təmiri üzrə çilingər vəzifəsində (Əmr №7 xx.xx.1986), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu tarixədək sexdə 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №40/K xx.xx.1989), xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək sexdə 5-ci dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №106/K xx.xx.1989) işləmişdir. xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi yığımla əlaqədar) işdən azad edilmişdir (Əmr№193/K xx.xx.1995) xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx"- nın Mərkəzi-Təmir sexində 5-ci dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №126/K xx.xx.1996), xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 6-ci dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. (Əmr№ 346/Ş xx.xx.2001) xx.xx.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzi Təmir sexi - Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır.(Əmr№326/k xx.xx.2001). xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№466/Ş xx.xx.2008) xx.xx.2015-ci il tarixdən hal-hazıradək “Azərbaycan lES" MMC-nin Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinin "Yüksək təzyiqli armaturların təmiri briqadasında” 6-cı dərəcəli buxar-qaz-turbin avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №42/Ş xx.xx.2015) işləyir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2009-cu il tarixədək xx.xx.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.1984-cü i! tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən hal-hazıradək tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci ii tarixli 12 №-li qərarının 24-cü bölməsinin “a”, bəndinə uyğundur. “Azərenerji" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" -"xxxx" MMC adlandırılmışdır. “Azərenerji" ASC-nin xx.xx.2006-cı il tarixli AU/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC- Azərbaycan İstilik Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsinə nail olmaqdır. Cavabdeh orqan iddiaçıya 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüzülüyünü iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 42328,39 manat təşkil etməsi ilə əsaslandırır və bildirir ki, iddiaçıya 6 sentyabr 2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 1 yanvar 2021-ci il tarixindən hesablanmışdır. Belə ki, pensiya hüququnun yarandığı tarixədək işlədiyi dövrdə qazandığı 47147,97 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 203,22 manat (47147,97:232 ay (65 il-57 il 8 ay=88 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu (həm keçmiş SSRİ orudusunda, həm də Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət əmək fəaliyyəti ilə üst-üstə düşən hissə nəzərə alınmaqla) və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 3 ay 17 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən - xx.xx.1995-ci il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2005ci il tarixədək “Azərbaycan DRES"- nın Mərkəzi təmir sexində 12 il 6 aydan çox işlədiyi avadanlıqlarin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan yəni, xx.xx.2020-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yarandığından və xx.xx.2006-cı ilədək ümumi və xüsusi iş stajı ilə bağlı tələb iddiaçıya münasibətdə ödənildiyindən, cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalını hesablamaqla pensiyanın 1 yanvar 2021-ci il tarixindən təyin edilməsində səhvə yol vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar