Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1658/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdeh Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı “26 may 2007-ci ildə doğulan X10 barəsində Yevlax rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında X11 adı ilə 05 sentyabr 2007-ci ildə, 837 nömrə ilə aparılmış doğum haqqında akt qeydinin və həmin qeyd əsasında X11 adı ilə verilmiş 05 sentyabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “26 may 2007-ci ildə doğulan X10 barəsində Yevlax rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında X11 adı ilə 05 sentyabr 2007-ci ildə, 837 nömrə ilə aparılmış doğum haqqında akt qeydinin və həmin qeyd əsasında X11 adı ilə verilmiş 05 sentyabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Rusiya Federasiyasının vətəndaşları - İddiaçı1 ilə İddiaçı2nın faktiki nikahlarından 26 may 2007-ci il tarixdə, Rusiya Federasiyasının Moskva şəhərində, Fidan adlı uşaqları doğulmuşdur. Həmin vaxt Fidanın valideynlərinin nikahları rəsmişləşdirilmədiyi üçün Rusiya Federasiyasının Moskva şəhərinin X2 qeydiyyatı idarəsinin Medvedkovskiy şöbəsi tərəfindən atalıq faktı müəyyən edilmiş və buna dair 23 iyun 2007-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən İddiaçı2 26 may 2007-ci ildə doğulan Fidan adlı uşağın atasının İddiaçı1 olduğu müəyyən edilmiş və Fidanın doğum faktı Rusiya Federasiyasının Moskva şəhərinin X2 qeydiyyatı idarəsinin Medvedkovskiy şöbəsi tərəfindən, 23 iyun 2007-ci il tarixdə, 2637 nömrə ilə qeydə alınaraq, onun adına eyni tarixli - yəni, 23 iyun 2007-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. X6 valideynləri İddiaçı1 və İddiaçı2 15 iyul 2011-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində nikahlarını rəsmiləşdirmişlər. Fidan doğulan vaxt R. Baxşalıyevlə İddiaçı2 başqa bir uşaqları da olduğuna və 2 körpə uşağı saxlamaqda çətinlik çəkdiklərinə görə Fidan adlı həmin uşağı Azərbaycan Respublikasının Yevlax rayonunda yaşayan qohumu, X5 himayəsinə vermişlər. X9 həmin vaxt Azərbaycan Respublikasının vətəndaşı olan, Yevlax rayon sakini X12 ilə rəsmi nikahda olmuş, lakin uşaqları olmamışdır. X1 valideynlərinin razılığı və xəbəri olmadan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax Rayon X2 X7 (hazırki - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon qeydiyyat şöbəsi) müraciət edərək Fidan adlı uşağın X12 ilə olan nikahından doğulduğunu bildirmiş və həmin şöbənin doğum haqqında akt qeydləri kitabında uşaq 05 sentyabr 2007-ci il tarixdə, 837 nömrə ilə, X3 qeydə alınaraq, onun adma doğum haqqında müvafiq şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Fidanın 22 iyul 2007-ci ildə doğulduğu, anasının X9, atasının isə X12 olduğu qeyd edilmişdir. X9 bu faktı Fidanın valideynlərindən gizlətmiş və bu barədə onlara məlumat verməmişdir. Bir müddət sonra Fidanın anası olan İddiaçı2nın üçüncü uşağı doğulmuşdur. Üç uşağı saxlamaq daha çətin olduğu üçün, həmçinin qohumu X5 övladı olmadığına görə o, Fidan adlı uşağını X4 geri almamış və X13 ailəsində böyümüşdür. X5 əri X12 22 avqust 2009-cu il tarixdə, X9 isə 08 oktyabr 2015-ci il tarixdə vəfat etmişlər. Həmin vaxt Fidan Yevlax şəhərində, orta məktəbdə təhsil aldığı üçün Yevlax rayonunda, yaxın qohumlarının himayəsində yaşamaqla təhsilini davam etdirmişdir. Fidanın adına Yevlax rayonunda doğum haqqında yeni şəhadətnamə alınması faktı onun valideynlərinə bu yaxınlarda məlum olmuş və valideynlər bundan ciddi narahatlıq keçirmişlər. Buna görə də Fidanın valideynləri - İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon qeydiyyat şöbəsinə rəsmi qaydada ərizə göndərərək həmin şöbənin X2 qeydiyyatı kitabında X11 adı ilə 05 sentyabr 2007-ci ildə, 837 nömrə ilə aparılmış doğum haqqında akt qeydinin və həmin qeyd əsasında X11 adı ilə verilmiş 05 sentyabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən göndərilən 24 yanvar 2024-cü il tarixli cavab məktubunda X2 ilkin qeydlərinin ləğv edilməsi məsələsinin yalnız məhkəmə qaydasında mümkün olduğu bildirilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZ-İ 996286 nömrəli doğum haqqında şəhadətnamə, Vİ-ЖГ 495923 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, İİİ-МЮ 745205 nömrəli doğum haqqında şəhadətnamə, İV-МЮ 588284 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, xx.xx.2007-ci il tarixli 837 nömrəli doğum haqqında akt qeydi, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş xx.xx.2024-cü il tarixli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, Yevlax rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında 05 sentyabr 2007-ci ildə, 837 nömrə ilə aparılmış doğum haqqında akt qeydinin ləğv edilməsində iddiaçının hüquqi marağı ondan ibarətdir ki, Fidanın doğum faktı Rusiya Federasiyasının Moskva şəhərinin X2 qeydiyyatı idarəsinin Medvedkovskiy şöbəsi tərəfindən, 23 iyun 2007-ci il tarixdə, 2637 nömrə ilə qeydə alınaraq, onun adına eyni tarixli - yəni, 23 iyun 2007-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Buna görə də Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş akt qeydinin ləğvi ilə bağlı inzibati mübahisə yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (X2 qeydə alınması) 158.1. X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X2 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. X2 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X2 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X2 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. http://e-qanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. X2 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “X2 dövlət qeydiyyatı” Qaydası:
2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Rusiya Federasiyasının Moskva şəhərinin X2 qeydiyyatı idarəsinin Medvedkovskiy şöbəsi tərəfindən, 23 iyun 2007-ci il tarixdə, 2637 nömrə ilə X6 doğum faktı 23 iyun 2007-ci il tarixdə, 2637 nömrə ilə qeydə alınaraq doğum haqqında şəhadətnamə verilmişdir. Sözügedən sənəddə uşağın atası - İddiaçı1, anası - İddiaçı2, doğum tarixi xx.xx.2007-ci il, doğum yeri – Rusiya Federasiyası, Moskva şəhəri qeyd edilmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən doğum akt qeydi tərtib edilərkən artıq Rusiya Federasiyasında müvafiq akt qeydinin tərtib edilməsi nəzərə alınmamış, uşağın adı, soyadı və ata adı “X11”, valideynləri - X9 və X12 göstərmişdir. Mübahisələndirilən doğum akt qeydində uşağın doğum yeri Yevlax şəhəri, doğulduğu tarix xx.xx.2007-ci il, doğumu təsdiq edən sənəd olaraq Yevlax uşaq poliklinikasının arayışı göstərilsə də, işdə olan Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, xx.xx.1977-ci il təvəllüdlü Əsədova (Kamalova) Vüsalə Namiq qızının xx.xx.2007-ci il tarixində Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin doğum şöbəsinə müraciət etməsi ilə bağlı hər hansı bir qeyd və xəstəlik tarixi aşkar edilməmişdir. Göründüyü kimi Yevlax rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X11 adı ilə 05 sentyabr 2007-ci ildə, 837 nömrə ilə aparılmış doğum haqqında akt qeydi əsassız olduğundan iddiaçılar haqlı olaraq həmin qeydlərin ləğv edilməsini tələb etmişlər. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). İddiaçının uşağı Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması barədə aparılan qeydiyyatın heç bir hüquqi əsası olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Yevlax rayon Qeydiyyat Şöbəsinin üzərinə X11 barəsində tərtib edilmiş, xx.xx.2007-ci il tarixli, 837 nömrəli “doğum haqqında” akt qeydinin və onun əsasında tərtib edilmiş AZ-İ 996286 №-li doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.