Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-166/2020 31.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı Ucar rayonu Lək Bələdiyyəsinin cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “Ucar rayonu Lək kəndində yerləşən 0,45 hektar torpaq sahəsi ilə bağlı X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ucar rayonu Lək Bələdiyyəsi cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “Ucar rayonu Lək kəndində yerləşən 0,45 hektar torpaq sahəsi ilə bağlı X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ucar rayonu Lək Bələdiyyəsinin nümayəndəsi (sədri) X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə İPM-nin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət nəzərdə tutduğu üçün və hazırki halda iddiadan imtina cavabdehin iradəsindən asılı olmadığına görə (16.01.2020-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasına tərəflərin gəlmədiyi üçün) 18.03.2020-ci il tarixinə saat 15:00-a təyin edilmiş məhkəmə baxışı iclasının keçirilməsinə icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, hazırki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ucar rayonu Lək Bələdiyyəsinin cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “Ucar rayonu Lək kəndində yerləşən 0,45 hektar torpaq sahəsi ilə bağlı X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-166/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-166/2020
31.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver